![]() |
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
2008-ci il nə ilə yadda qalacaq? * Prezident İlham
Əliyevə fevralın 18-də Macarıstanın nüfuzlu
Korvinus Universitetinin fəxri doktoru adı verilmişdir. * Prezident İlham
Əliyevə fevralın 21-də M.V.Lomonosov adına Moskva
Dövlət Universitetinin fəxri professoru adı verilmişdir. * Prezident İlham
Əliyev Qərb bölgəsinə səfəri zamanı
iki təhsil müəssisəsində olmuşdur. Martın
3-də İlham Əliyev Samux rayon mərkəzində
şahmat məktəbinin açılışında iştirak
etmişdir. Martın
4-də Prezident Xanlar şəhərində şəhid
İbrahim Hüseynov adına 1 nömrəli orta
məktəbdə olmuşdur. * Aprelin 18-də
Prezident İlham Əliyev Fizuli rayonuna səfəri zamanı
Zobucuq qəsəbəsində orta məktəb binasının
açılışında iştirak etmişdir. Dövlət
başçısı həmin gün Biləsuvar rayonunda İskəndər
Tahirov adına 7 nömrəli Mehdili kənd orta
məktəbində də olmuşdur. * Prezident İlham
Əliyev aprelin 28-də Bakının Yasamal rayonunda görkəmli
oftalmoloq alim, akademik Zərifə Əliyevanın adını
daşıyan məktəbin açılışında iştirak
etmişdir. * Mayın 7-də
Heydər Əliyev adına İdman Konsert Kompleksində ümummilli
lider Heydər Əliyevin 85 illik yubileyinə həsr edilmiş
"Bir ömrün salnaməsi" bədii sərgisinin açılışı
olmuşdur. Prezident İlham Əliyev mərasimdə iştirak
etmişdir. * Prezident İlham
Əliyev mayın 9-da Bakının Əzizbəyov
rayonunun Binə qəsəbəsində yenidən qurulmuş
uşaq bağçasının açılışında iştirak
etmişdir. * Prezident İlham
Əliyev mayın 16-da YUNESKO-nun Baş direktoru Koişiro
Matsuuranı qəbul etmişdir. * Prezident İlham
Əliyev mayın 16-da ABŞ-ın Harvard Universitetinin
professoru Cozef Nayı qəbul etmişdir. * Prezident İlham
Əliyevə mayın 22-də
Taras Şevçenko adına Kiyev Milli Universitetinin
fəxri doktoru diplomu təqdim edilmişdir. * Prezident İlham
Əliyev iyunun 3-də Naxçıvan Tibb Məktəbinin
yenidən qurulmuş binasının açılışında
iştirak etmişdir. * Prezident İlham
Əliyev iyunun 16-da ABŞ-ın Con Hopkins Universitetinin
Mərkəzi Asiya və Qafqaz İnstitutunun rəhbəri
Frederik Starı qəbul etmişdir. * Prezident İlham
Əliyev iyunun 20-də ABŞ Dövlət katibinin təhsil
və mədəniyyət məsələləri üzrə
köməkçisi Qoli Amerinin başçılıq etdiyi nümayəndə
heyətini qəbul etmişdir. * Prezident İlham
Əliyev iyulun 24-də Qars Qafqaz Universitetindəki
Heydər Əliyev Tədris Mərkəzi ilə tanış
olmuşdur. * Prezident İlham
Əliyev avqustun 22-də Xızı rayonunda şahmat
məktəbi ilə tanış olmuşdur. * Prezident İlham Əliyev sentyabrın 7-də Salyan rayonu Qardili kənd orta məktəbi binasının açılışında iştirak etmişdir. Sentyabrın 7-də dövlət başçısı Cəlilabad şəhərindəki akademik Zərifə Əliyeva adına orta məktəbdə də olmuşdur. * Sentyabrın
12-də "Gülüstan" sarayında təhsil naziri Misir
Mərdanovun rəhbərliyi altında hazırlanıb
nəfis şəkildə çapdan buraxılmış
"Prezident İlham Əliyev və Azərbaycanda
təhsilin inkişafı - 2003-2008" kitabının
təqdimat mərasimi keçirilmişdir. * Sentyabrın
15-də Bakı Dövlət Universitetində yeni inşa
edilmiş, müasir tələblərə cavab verən
tədris korpusunun açılış mərasimi olmuşdur.
Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin
yeni tədris korpusunun açılış mərasimində iştirak
etmişdir. * Sentyabrın
15-də Bakının Yasamal rayonundakı şəhid Paşa
Nəzərov adına 60 nömrəli orta məktəbin yeni
binasının açılış mərasimi olmuşdur.
Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir. * Sentyabrın 19-da
Zaqatala şəhərində akademik Zərifə Əliyeva
adına qızlar liseyinin açılışı olmuşdur.
Prezident İlham Əliyev liseyin açılışında iştirak
etmişdir. * Sentyabrın
22-də Azərbaycan Dövlət
Akademik Opera və Balet Teatrında Azərbaycan müəllimlərinin
ümumilikdə XIII, müstəqillik dövründə III qurultayı
keçirilmişdir. Prezident İlham Əliyev qurultay iştirakçılarına
təbrik məktubu ünvanlamışdır. * Sentyabrın
27-də Prezident İlham Əliyev Qusar rayonunun Balaqusar
kənd orta məktəbinin yeni binası ilə tanış
olmuşdur. * Prezident İlham
Əliyev sentyabrın 27-də Xaçmaz şəhərində
görkəmli oftalmoloq alim, akademik Zərifə xanım
Əliyeva adına 8 nömrəli təbiət fənləri
təmayüllü məktəb-lisey ilə tanış olmuşdur. * Prezident İlham
Əliyev oktyabrın 4-də Şirvan şəhərində
ulu öndər Heydər Əliyevin adını daşıyan
parkla tanış olmuşdur və orada bir qrup təhsil işçisi
ilə görüşmüşdür. * Prezident İlham
Əliyev oktyabrın 4-də Beyləqan rayonu
ərazisində Xocavənddən olan məcburi köçkünlər
üçün salınmış qəsəbədəki 360 şagird
yerlik orta məktəbin binasının açılışında
iştirak etmişdir. * Oktyabrın 6-da
"Gülüstan" sarayında
İslam ölkələrinin ali təhsil və elm
nazirlərinin "Elmdə gənc alimlərin gücü
ilə dəyişikliklərə nail olunması" mövzusunda
IV konfransı işinə başlamışdır. ölkə
Prezidenti İlham Əliyev konfrans iştirakçılarına
təbrik məktubu ünvanlamışdır. * Prezident İlham
Əliyev oktyabrın 6-da İslam
ölkələrinin ali təhsil və elm nazirlərinin IV
konfransının iştirakçılarını qəbul
etmişdir. * Oktyabrın 7-də
Prezident İlham Əliyev Biləsuvarda məktəb-lisey
kompleksinin açılışında iştirak etmişdir. * Oktyabrın 7-də
Prezident İlham Əliyev Masallı şəhərində
"Dəfinə" liseyi üçün tikilmiş bina ilə
tanış olmuşdur. * Oktyabrın 8-də
Prezident İlham Əliyev Lənkəran rayonunun
Səpnəkəran kəndindəki Möhübbət
Həmzəyev adına orta məktəbdə olmuşdur. * Oktyabrın 10-da Bakının
Qala qəsəbəsində 63 nömrəli uşaq bağçasının
yeni binası istifadəyə verilmişdir. Prezident İlham
Əliyev mərasimdə iştirak etmişdir. * Noyabrın 6-da
Prezident İlham Əliyev Ankaranın Batıkənd
məhəlləsində Heydər Əliyev adına
ibtidai məktəbdə olmuşdur. * Prezident İlham
Əliyev noyabrın 10-da dünya şöhrətli alim,
həmyerlimiz Lütfi Zadəni qəbul etmişdir. * Noyabrın 28-də
Məxdumqulu adına Türkmənistan Dövlət
Universitetində Prezident İlham Əliyevə bu ali
məktəbin Fəxri professoru adı verilməsinə
həsr edilmiş mərasim keçirilmişdir.
|
![]() |
![]() |
![]() |
![]() |