· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 2009-2010-cu dərs ilində ümumtəhsil məktəblərinin I siniflərində işləyəcək müəllimlər üçün öyrədici təlim kursunun təşkili haqqında

 

Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

Yeni fənn kurrikulumlarının tətbiqi sahəsində ibtidai sinif müəllimlərinin  zəruri bilik və bacarıqlara yiyələnməsi zərurətini nəzərə alaraq

 

ƏMR EDİRƏM:

 

1. 2009-cu ilin fevral-iyun ayları ərzində 2009-2010-cu dərs ilində respublikanın təlim Azərbaycan və rus dillərində aparılan ümumtəhsil məktəblərinin I siniflərində işləyəcək ibtidai sinif müəllimləri üçün 5 günlük öyrədici təlim kursu təşkil olunsun.

2. Təlim kursunun tədris planı və proqramı təsdiq edilsin.

3. Kurrikulum islahatlarının davam etdirilməsi və kurrikulumun tətbiqinə dəstək alt-komponentinin koordinatoru A.Əhmədov, Kurrikulum Mərkəzinin direktoru Ə.Abbasov:

3.1.Təlim kurslarında dərs aparacaq mütəxəssislərin adlı siyahısını müəyyənləşdirsinlər və təsdiq olunmuş proqram üzrə mövzuların səmərəli tədrisini təmin etmək məqsədilə onlar üçün UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin ekspertləri ilə birlikdə müvafiq hazırlıq treninqləri keçirsinlər.

3.2.Təlim kursunun proqramını əhatə edən təqdimat nümunəsi hazırlayıb elektron variantını kurs məşğələləri aparan mütəxəssislərə çatdırsınlar.

3.3.Bu əmrin I bəndində nəzərdə tutulmuş müddət çərçivəsində kurs tədbirlərinin rayon və şəhərlər üzrə keçirilmə qrafikini hazırlayıb yerlərə göndərilməsini təmin etsinlər.

4. Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri, özəl məktəblərin və nazirlik tabeliyindəki ümumi təhsil müəssisələrinin direktorları:

4.1.2009-2010-cu dərs ilində təlim Azərbaycan və rus dillərində aparılan ümumtəhsil məktəblərinin I siniflərində işləyəcək ibtidai sinif müəllimlərinin, habelə hər bir əsas və orta məktəb üzrə 2 nəfər ehtiyat müəllimin adlı siyahısını əlavə edilən forma əsasında hazırlayıb 2008-ci il dekabrın sonunadək elektron variantı ilə birlikdə nazirliyə (əlaqə telefonu: 496-92-78) göndərsinlər.

4.2.Məcburi köçkün rayonları üzrə ümumtəhsil məktəblərinin, nazirliyin tabeliyindəki lisey və gimnaziyaların, məktəblərin, habelə peşə liseylərinin I sinif müəllimlərinin həmin müəssisələrin yerləşdikləri rayon və şəhərlərdə təşkil olunan təlim kurslarına cəlb ediləcəyini nəzərdə tutsunlar.

4.3. I siniflərdə dərs deyəcək müəllimlər müəyyənləşdirilərkən onların təhsilini, elmi-nəzəri və metodik hazırlıqlarının səviyyəsini, müasir pedaqoji yanaşmalara bələd olmalarını və digər zəruri amilləri ciddi şəkildə nəzərə alsınlar.

4.4.Təlim kurslarının səmərəliliyinə nail olmaq üçün təşkilati işləri vaxtında başa çatdırsınlar, məşğələlərin texniki təchizatını təmin etsinlər.

5. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını təmin etsin.

6. Əmrin icrasına nəzarət nazir müavini, TSİİL üzrə Milli Əlaqələndirici İ.İsgəndərova həvalə olunsun.

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri