|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Yeni idman kompleksi istifadəyə verildi Dekabrın 23-də
paytaxtın Binəqədi rayonunda
"Vətən" Respublika İxtisaslaşdırılmış
Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbi üçün yeni tikilmiş idman
kompleksinin açılışı
oldu. Məktəbin həyətinə toplaşmış
uşaqları, onların məşqçi-müəllimlərini,
qonaqları səmimi salamlayan təhsil naziri Misir
Mərdanov, AFFA-nın prezidenti Rövnəq Abdullayev,
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı
Alı Qocayev idman
kompleksində yaradılmış şəraitlə tanış
oldular. Məşqçi-müəllim, uşaqların
geyinib-soyunma otaqlarında, habelə trenojor zalında yaradılmış
şərait müasir
standartlara tam cavab
verirdi. "Vətən" Respublika İxtisaslaşdırılmış
Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol
Məktəbinin direktoru Fazil Eyyubovun verdiyi məlumatdan aydın
oldu ki, burada 1500 uşaq və gənclə 40 məşqçi-müəllim
məşğul olur. Məktəbin istilik sistemi ilə
maraqlanan təhsil naziri Misir Mərdanov yeni idman kompleksinin
tikintisinin keyfiyyətindən,
eləcə də maddi-texniki bazasının lazımi
səviyyədə olmasından, idman avadanlıqları
ilə təchizatından razı qaldığını
dedi. Sonra təhsil naziri, AFFA-nın prezidenti və
digər qonaqlar idman
kompleksinin yeni
istifadəyə verilmiş futbol meydançasına baş çəkdilər. Uşaqlar və gənclər qarşısında
çıxış edən təhsil naziri Misir Mərdanov hamını
qarşıdan gələn 31 Dekabr Dünya Azərbaycanlılarının
Həmrəylik Günü və Yeni il münasibətilə
təbrik edərək onlara gələcək işlərində uğurlar
arzuladı. Nazir son illər yeniyetmə
və gənclərimizin idmana daha çox meyil və maraq
göstərdiyini qeyd etdi. ölkə başçısı
cənab İlham Əliyevin respublikamızda bədən
tərbiyəsi və idmanın inkişafına xüsusi
diqqət, qayğı göstərdiyini deyən təhsil
naziri Azərbaycan idmançılarının beynəlxalq yarışlarda
qazandıqları uğurların sayının getdikcə
artdığını söylədi. Təhsil Nazirliyi
ilə AFFA-nın futbolun inkişafı istiqamətində
bir sıra mühüm tədbirlər həyata keçirildiyini qeyd
edən nazir Misir Mərdanov birgə fəaliyyət
nəticəsində görülən işləri yüksək
qiymətləndirdi. Nazir işgüzar əməkdaşlığın
bundan sonra da davam etdiriləcəyini
qeyd edərək bunun
üçün AFFA-nın prezidenti Rövnəq Abdullayevə öz təşəkkürünü
bildirdi. çıxış üçün söz alan AFFA-nın
prezidenti Rövnəq Abdullayev dövlət başçısı
cənab İlham Əliyevin 10 oktyabr 2005-ci il tarixli
sərəncamı ilə təsdiq olunmuş
"Azərbaycan Respublikasında Futbolun inkişafına
dair Dövlət Proqramı (2005-2015-ci illər)"na uyğun
olaraq AFFA ilə Təhsil Nazirliyinin həyata keçirdiyi işlərdən
danışdı.Rövnəq Abdullayev bildirdi ki, son illər
ölkədə futbolun inkişafında, onun kütləviləşməsində
Təhsil Nazirliyi Azərbaycan Futbol
Federasiyası Assosiasiyası ilə birgə yaxından
iştirak edir. Onu da qeyd etdi ki, "Vətən"
Respublika İxtisaslaşdırılmış Olimpiya
Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbi
üçün yeni tikilmiş idman kompleksinin açılışı
Təhsil Nazirliyinin uşaq
və yeniyetmələr arasında idmanın bu növünə
marağın artırılmasına göstərdiyi
dəstəyin bariz nümunəsidir. Belə analoji
tədbirlərin gələcəkdə də gerçəkləşdiriləcəyinə
ümidvar olduğunu dedi. Dövlət Proqramından irəli
gələn vəzifələrə toxunan çıxışçı
bu istiqamətdə görülməsi
nəzərdə tutulan tədbirlərdən də
söz açdı. AFFA ilə yaxından əməkdaşlıq
etdiklərinə görə təhsil naziri Misir Mərdanova
minnətdarlıq etdi. Binəqədi Rayon İcra Hakimiyyətinin
başçısı Alı Qocayev mərasimdə iştirak
edən bütün qonaqları bu əlamətdar hadisə münasibətilə
təbrik edərək, uşaq və gənclərə
idmanın ən maraqlı növü olan futbolda müvəffəqiyyətlər qazanmağı
arzuladı. Mərasimin sonunda təhsil naziri və
qonaqlar uşaqlarla xatirə şəkli çəkdirdilər.
Samirə KƏRİMOVA
|