|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Gəncə şəhərinin sosial-mədəni inkişafında xidmətləri olan şəxslərə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Gəncə şəhərinin
sosial-mədəni inkişafında xidmətləri olan aşağıdakı
şəxslərə Azərbaycan Respublikasının
fəxri adları verilsin: "Azərbaycan Respublikasının
əməkdar elm xadimi" Novruzov Vaqif Seyfəddin oğlu "Azərbaycan Respublikasının
əməkdar müəllimi" Əliyev Mahal Yunus oğlu Qasımova Tamara Əliqazax qızı Məmmədov Ramiz Musa oğlu Şərifov Famil Həsən oğlu "Azərbaycan Respublikasının
əməkdar həkimi" Ələkbərov Könül Fidail oğlu Nəzərli Anubat Teymur oğlu "Azərbaycan Respublikasının
əməkdar artisti" Abdullayev Tural Eldar oğlu Allahverdiyeva Zərinə Zülfiqar qızı
"Azərbaycan Respublikasının
əməkdar rəssamı" Babayev Nazim Əliqulu oğlu Süleymanov Rövşən Zülfiqar oğlu İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 sentyabr 2008-ci il
|
Azərbaycan
müəllimlərinin XIII qurultayının iştirakçılarına Hörmətli
qurultay iştirakçıları! Əziz
müəllimlər və təhsil işçiləri! Sizi - Azərbaycan müəllimlərinin XIII qurultayının iştirakçılarını səmimi-qəlbdən salamlayır, hər bir Azərbaycan müəlliminə, ölkənin bütün təhsil işçilərinə ən xoş arzularımı yetirirəm. Bu gün Azərbaycan yüksək iqtisadi inkişaf templərinə görə dünyada unikal mövqe tutan ölkələrdən biridir. Həyata keçirdiyimiz iqtisadi islahatların beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilməsi, 700 mindən artıq iş yerinin açılması, ümumi daxili məhsulun son dörd ildə iki dəfə artması, özəl sektorun qazandığı müvəffəqiyyətlər ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoymasından xəbər verir. Bütün bu nailiyyətlər Azərbaycan təhsilinə də öz müsbət təsirini göstərmişdir. Təhsilə ayrılan xərclərin bir neçə dəfə artırılması, Azərbaycanda mövcud olan məktəblərin yeni avadanlıqlarla və kompüterlərlə təchiz edilməsi, onların 30 faizinin yeni binalar və korpuslarla, hər bir şagirdin pulsuz dərsliklərlə təmin olunması, Azərbaycan və dünya ədəbiyyatı nümunələrinin ümumən 13 milyondan artıq tirajla çap olunub kitabxanalara çatdırılması və digər tədbirlər bunu bir daha sübut edir. Azərbaycanın
təhsil tarixi hər birimizin fəxr etdiyi
nailiyyətlərlə zəngindir. Azərbaycan müəllimləri
bütün tarix boyu təhsildə daim varisliklə novatorluğun,
ənənə ilə islahatın vəhdətini öz
fəaliyyətlərində əks etdirmişlər. Bu gün
qədəm qoyduğumuz informasiya cəmiyyəti və
biliklərə əsaslanan yeni tipli iqtisadiyyatın formalaşması,
qloballaşma çağırışları bütün dünya
təhsil sistemi qarşısında yeni vəzifələr
qoyur. "Təhsil əsri" adı qazanmış XXI
əsr Azərbaycan təhsilinin də yeniləşməsini
və müasirləşməsini tələb edir. Əminəm
ki, Azərbaycan müəllimləri fəaliyyətlərini bu
tələblərə uyğun daha da təkmilləşdirərək,
müstəqil Azərbaycan Respublikasının çiçəklənməsinə
xidmət edən gənc nəslin yetişdirilməsi işinə
öz töhfələrini verəcəklər. |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Akademik Zərifə Əliyeva adına qızlar liseyinin açılışı Sentyabrın 19-da Zaqatala şəhərində
akademik Zərifə Əliyeva adına qızlar liseyinin açılışı
olmuşdur. Prezident İlham Əliyevi təhsil işçiləri,
liseyin kollektivi hərarətlə qarşıladılar. Dövlətimizin başçısı açılışı bildirən lenti kəsdi və liseylə tanış oldu. Prezidentə məlumat verildi ki, Dövlət Neft Şirkətinin vəsaiti hesabına tikilmiş 500 şagird yerlik lisey binasının təməli 2007-ci ildə qoyulmuşdur.
|
Azərbaycan müəllimlərinin XIII qurultayı
Sentyabrın 22-də Azərbaycan müəllimlərinin XIII
qurultayının nümayəndələri ümummilli lider
Heydər Əliyevin adına Sarayın qarşısındakı
bağa toplaşaraq ulu öndərin abidəsi önünə
tər çiçək dəstələri qoydular. Saat 10.00-da Azərbaycan Dövlət Akademik
Opera və Balet Teatrında ümumilikdə XIII, müstəqillik
dövründə III qurultay öz işinə başladı. Ali
məclisin açılışında Azərbaycanın
təhsil naziri, professor Misir Mərdanov giriş nitqi söylədi: - Hörmətli
həmkarlar! Əziz qonaqlar! Yüz ildən artıq bir müddətdə
Azərbaycanın ictimai-siyasi və mədəni həyatında
mühüm rol oynamış, bir çox tarixi tədbirlərin
şahidi olan bu möhtəşəm salonda bu gün
Azərbaycan müəllimlərinin XIII qurultayı öz işinə
başlayır. Mən bu əlamətdar hadisə münasibətilə qurultay nümayəndələrini, hörmətli qonaqlarımızı, ölkəmizin pedaqoji ictimaiyyətini və bütün xalqımızı səmimi-qəlbdən təbrik edir, qurultayımızın işinə uğurlar arzulayıram. |
Hörmətli qurultay nümayəndələri!
Hörmətli qonaqlar! Xanımlar və cənablar! Azərbaycan müəllimlərinin XIII qurultayı
müstəqil dövlətimizin beynəlxalq aləmdə nüfuz
dairəsinin durmadan genişləndiyi, iqtisadiyyat,
təhsil, mədəniyyət və idman
sahələrində böyük uğur və
qələbələrin əldə olunduğu tarixi bir dövrə
təsadüf edir. Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin genişmiqyaslı islahatçı
fəaliyyəti sayəsində ötən 5 ildə ölkə
büdcəsinin 10 dəfə artaraq 12 milyard manata çatması,
əsas makroiqtisadi göstəricilərin ilbəil artması
Azərbaycanı iqtisadi inkişaf tempinə görə lider
dövlətlər sırasına çıxarmışdır. Ulu öndər Heydər Əliyevin uğurlu iqtisadi siyasətinin davamı olaraq son 5 ildə mühüm beynəlxalq əhəmiyyətə malik Bakı-Tbilisi-Ceyhan neft kəmərinin, Bakı-Tbilisi-Ərzurum qaz kəməri-nin istifadəyə verilməsi, Bakı-Tbilisi-Qars dəmiryolunun tikintisi sahəsində ciddi addımların atılması nəticəsində Azərbaycan bütövlükdə Avrora məkanında eneryi təhlükəsizliyinin əsas təminatçılarından birinə çevrilmişdir. |
Azərbaycan müəllimlərinin XIII qurultayı iştirakçılarının Azərbaycan xalqına müraciəti Əziz həmvətənlər! Hörmətli soydaşlar! Müstəqil Azərbaycan Respublikası bu gün
millətimiz və dövlətimizin tarixi taleyi üçün çox önəmli
və əlamətdar bir dövrünü yaşayır.
Azərbaycan xalqı hazırda milli dövlətçiliyimiz
üçün tarixi əhəmiyyətli, taleyüklü ictimai-siyasi
hadisə - növbəti prezident seçkiləri
ərəfəsindədir. Bu tarixi seçimin
nəticələri müstəqil Azərbaycanın
hərtərəfli inkişafı, xalqımızın
layiq olduğu xoşbəxt, firavan həyata qovuşması,
dövlətçiliyimizin möhkəmləndirilməsi və müstəqilliyimizin
əbədililiyinin təmin olunması, ölkəmizin davamlı
inkişaf strategiyasının uğurla davam etdirilməsi
və çağdaş demokratik dünyaya inteqrasiyası yolunda
çox böyük əhəmiyyət daşıyır. 2003-cü ildə keçirilmiş prezident seçkilərinin nəticələri Azərbaycan xalqının tarixi taleyində çox böyük rol oynamış, ötən beş ildə ölkəmizin beynəlxalq aləmdə nüfuzu artmış, iqtisadiyyat, təhsil, mədəniyyət və idman sahələrində böyük uğur və qələbələr qazanılmışdır. |
Azərbaycan
Yazıçılar Birliyinin sədri Anarın çıxışı -
Hörmətli qurultay iştirakçıları. Hörmətli
qonaqlar. Bu gün, sentyabr ayının 22-də yayın son,
payızın ilk günündə, gündüzlə-gecənin tarazlaşdığı
bir gündə mən yazıçılar adından və şəxsən
öz adımdan sizin hamınızı təbrik etmək
istəyirəm. Hər fəslin öz gözəlliyi var. Payız fəslinin də gözəlliyi və özəlliyi ondan ibarətdir ki, məhz payızda orta və ali məktəblərin qapıları şagirdlərin, tələbələrin üzünə açılır. Bu, xüsusilə 1-ci sinfə gedən şagirdlər üçün əlamətdar bir dövrdür. çünki onlar ilk dəfə "Əlifba" kitabında hərflərlə tanış olurlar. Bu hərflər vasitəsilə sözlərin yaranmasını bilirlər. Sözlərdən cümlələr yaranır, cümlələrdən fikirlər. Fikirlərdən isə abidələr və son nəticədə tarix yaranır. Dünyanın ən böyük ədəbi və elmi əsərlərinin kökü bu "Əlifba" kitabındadır. |
Sentyabrın
24-də Təhsil Nazirliyində Təhsil Sektorunun İnkişafı
üzrə İkinci Layihənin maliyyələşdirilməsi
məqsədilə Beynəlxalq İnkişaf Assosiasiyasının
Azərbaycan Respublikasına ayırdığı kredit üzrə
sazişin imzalanma mərasimi keçirildi. Tədbirdə təhsil naziri Misir
Mərdanov, Dünya Bankının Azərbaycan üzrə
meneceri cənab Qreqori Yedjeyçak, təhsil nazirinin müavinləri,
müvafiq şöbə və struktur bölmələrinin
rəhbərləri, ümumi təhsil sahəsində Dünya
Bankının dəstəyi ilə həyata keçirilən
layihənin komponent və alt-komponent koordinatorları,
layihənin əlaqələndirmə qrupunun əməkdaşları
və KİV nümayəndələri iştirak
edirdilər. |
2008-ci ildə "Azərbaycan Respublikasında
texniki peşə təhsilinin inkişafı üzrə Dövlət
Proqramı (2007-2012-ci illər)"na əsasən görüləcək
ən mühüm işlərdən biri də Avropa Komissiyasının
"Peşə Təhsili və Təlimi İslahatı
Strategiyası və Azərbaycanın seçilmiş regionunda
sınaq tətbiqi" layihəsi çərçivəsində
İsmayıllı Turizm və Otelçilik üzrə Peşə
Məktəbinin yaradılmasıdır. Qeyd edək ki, adıçəkilən layihənin həyata keçirilməsində məqsəd Azərbaycanın qeyri-neft sektorlarının rəqabət qabiliyyətinin və peşə təhsili sistemi məzunlarının iş tapmaq imkanlarının artırılmasına yardım etmək, eləcə də peşə təhsili və təlimi sisteminin müasirləşdirilməsi üçün siyasət hazırlama potensialını, strategiya və fəaliyyət proqramını təkmilləşdirmək, səriştə əsaslı peşə təhsili və təliminin tətbiqi ilə əlaqədar nümunəvi tərəfdaşlıq modeli işləyib hazırlamaqdan ibarətdir. |