· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

Heydər  Hüseynovun 100 illik yubileyinin keçirilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin "Heydər  Hüseynovun 100 illik yubileyinin keçirilməsi haqqında" 11 iyul 2008-ci il tarixli, 2942 nömrəli sərəncamının icrasını təmin etmək məqsədi ilə 

ƏMR EDİRƏM:

1. Azərbaycanın görkəmli filosof alimi, SSRİ Dövlət mükafatı laureatı, akademik Heydər Nəcəf oğlu Hüseynovun 100 illik yubileyinin keçirilməsinə dair  Azərbaycan Resrublikası Təhsil Nazirliyinin tədbirlər planı təsdiq edilsin (əlavə olunur).

2. Ali təhsil müəssisələrinin rəhbərlərinə tədbirlər planının icrasının  təmin edilməsi və görülmüş işlər haqqında məlumatı, 20 dekabr 2008-ci il tarixədək Təhsil Nazirliyinə təqdim edilməsi tarşırılsın.

3. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmr və tədbirlər planının "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını təmin etsin.

4. Əmr və tədbirlər planının çoxaldılıb yerlərə göndərilməsi ümumi şöbəyə (İ.Mirzəyev) tarşırılsın.

5. Əmrin icrasına nəzarət  nazir müavini İ.Hüseynovaya   həvalə edilsin.

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri

 

16 sentyabr 2008-ci il

 

 

 

 

 

 

 

 

Dərs günlərində dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin "İş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında" 23 sentyabr 2008-ci il tarixli, 229 nömrəli qərarına əsasən

ƏMR EDİRƏM:

1. 6 günlük tədris həftəsi ilə işləyən ümumtəhsil məktəblərində 29 sentyabr iş günü 28 sentyabrla əvəz edilsin.

2. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını təmin etsin.

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri

25 sentyabr 2008-ci il

 

 

 

 

 

 

Naxçıvan MR Təhsil Nazirliyinə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, Gəncə Şəhər Təhsil İdarəsinə, bütün rayon (şəhər) təhsil şöbələrinə, digər ümumtəhsil müəssisələrinə

Bildiririk ki, respublikanın ümumtəhsil məktəblərinin I sinifləri üçün dərsliklər (dərslik komplektləri) 2008-2009-cu dərs ilinə ümumi təhsilin Milli Kurrikulumu əsasında və tender yolu ilə hazırlanmışdır. Tenderin nəticələrinə uyğun olaraq adları qeyd olunan nəşriyyatların çap etdikləri aşağıdakı dərsliklər (dərslik komplektləri) istifadəyə verilmişdir:

1."Ana dili" ("çaşıoğlu" EİF)

2. "Riyaziyyat" (Azərbaycan və rus dillərində, "Altun-Kitab" MMC)

3. "İnformatika" (Azərbaycan və rus dillərində, "Bakı" nəşriyyatı)

4. "Həyat bilgisi" (Azərbaycan və rus dillərində, "Aspoliqraf LTD" MMC)

5. "İngilis dili"  ("Kövsər" NP MMC)

6. "Fransız dili" ("Kövsər" NP MMC)

7. "Rus dili" ("Kövsər" NP MMC)

8. "Ərəb dili" ("Kövsər" NP MMC)

9. "Musiqi" (Azərbaycan və rus dillərində müəllim üçün vəsait, "Naksuana" MMC).

Dərslik və müəllim üçün vəsaitlər dövlət vəsaiti hesabına çap olunmuş və məktəblərin istifadəsinə pulsuz verilmişdir. Şagirdlər üçün iş dəftərləri isə nəşriyyatların hesabına çap olunduğundan açıq satış yolu ilə realizə edilir.

Təlim rus dilində olan ümumtəhsil məktəbləri üçün "Rodnaə reçğ" dərslik komplekti və "Təsviri incəsənət" (Azərbaycan və rus dillərində) üzrə müəllim üçün vəsait hazırlanmışdır və yaxın günlərdə yerlərə göndəriləcəkdir.

Nəzərinizə çatdırırıq ki, ümumtəhsil məktəbləri üçün hazırlanmış dərsliklərin, o cümlədən I siniflər üçün dərslik, iş dəftəri və müəllim üçün vəsaitlərin titul səhifələrində Təhsil Nazirliyinin əmrinin nömrəsi və tarixi qeyd olunur.

Daxil olan məlumatlar, araşdırmalar göstərir ki, ayrı-ayrı kitab köşklərində I siniflər üçün Dərslikləri Qiymətləndirmə Şurası tərəfindən müsbət rəy almamış və Təhsil Nazirliyi tərəfindən təsdiq olunmamış əlyazmaları dərslik, iş dəftəri və müəllim üçün vəsait adı ilə çap olunaraq satılmaqdadır. Məktəblərdə istifadəyə yararlı olmayan həmin kitablar bu məsələnin incəliklərini bilməyən valideynlər tərəfindən alınır (aldırılır) və uşaqların istifadəsinə verilir, məktəb rəhbərləri isə buna göz yumurlar.

Qeyd edilənləri nəzərə alaraq sizə tapşırılır ki, bu məsələ ilə bağlı məktəblərin rəhbərlikləri, pedaqoji kollektivlər və valideynlər arasında müvafiq maarifləndirmə işi aparmaqla, Təhsil Nazirliyi tərəfindən təsdiq edilməmiş dərsliklərin (dərslik komplektlərinin) istifadəsi tam dayandırılmalıdır.

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri

 

18 sentyabr 2008-ci il