|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Tədris binası istifadəyə verildi Bakının 9 nömrəli ümumtəhsil
məktəbində bayram əhvali-ruhiyyəsi vardı.
Buna səbəb dövlət vəsaiti hesabına tikilmiş
500 şagird yerlik yeni yardımçı tədris binasının
istifadəyə verilməsi idi. Tədbirdə Nəsimi
Rayon İcra Hakimiyyətinin başçısı Nəsib
Məhəməliyev, millət vəkilləri ülvi Quliyev,
Məlahət Həsənova, Asim Mollazadə, Bakı
Şəhər üzrə Təhsil İdarəsi müdirinin müavini
Müslüm Qəzənfərov və digər qonaqlar iştirak
edirdilər. Tədbir iştirakçılarını
salamlayan məktəbin direktoru Zinyət Əhmədova
təhsil ocağı haqqında qısa məlumat
verərək bildirdi ki, yarım əsrdən artıq yaşı
olan 9 nömrəli məktəbdə hazırda 1270 şagird
oxuyur. Onların təlim-tərbiyəsilə 129 müəllim
məşğul olur. ötən dərs ili bir çox
nailiyyətlərlə yaddaqalan olmuşdur. İlk
dəfə olaraq Təhsil Nazirliyi 11-ci siniflərdə il
ərzində sınaq imtahanları aparmışdır.
Bu, şagirdlərimizi qəbul imtahanlarına hazılamağın
başlanğıcı olmuşdur. Bu il
məktəbimizdə təhsil alan 100 onbirinci sinif şagirdindən
97 nəfəri kamal attestatı almışdır. Bunlardan 95-i yüksək bal toplayaraq müxtəlif
ali məktəblərə qəbul olmuşdur. ölkə Prezidentinin sərəncamına
əsasən keçirilən "Ən yaxşı müəllim"
və "Ən yaxşı ümumtəhsil
məktəbi" müsabiqələrinə bizim
məktəbimiz də qoşulmuşdur. Bir müəllimimiz
- Sona Hacıyeva müsabiqənin qalibi olmuşdur.
üçmərtəbəli yeni əlavə
tədris korpusu yüksək səviyyədə inşa
olunub. Binanın bütün avadanlıqları da müasirdir.
Bu tədris binasının tikilməsi 1 növbəli və
5 günlük dərs sisteminə keçməyə imkan yaratmışdır.
Tədbirdə iştirak edənlər öz
çıxışlarında təhsilə göstərilən
diqqət və qayğıya görə ölkə başçısına
öz minnətdarlıqlarını bildirdilər. Sonra açılış rəmzi bildirən qırmızı
lent kəsildi. Qonaqlar sinif otaqlarına baxış keçirdilər.
Birincilərlə söhbətləşib, onlara müxtəlif
suallar verdilər. RƏŞAD
Yeni tədris ocağı Sentyabrın 15-də Biləsuvar rayonunda 192 şagird yerlik akademik Zərifə
Əliyeva adına məktəb-lisey kompleksi
istifadəyə verilib. Kompleksin direktoru İlyas Başaranın verdiyi
məlumata görə, yeni dərs ilində
kompleksdə V,VI,VII,VIII siniflər üzrə
192 şagird təhsil alır. Bu şagirdlər
təhsil ocağına müsabiqə yolu ilə qəbul
olunmuşlar. Hazırda onların təlim -tərbiyəsi
ilə 16 müəllim
məşğul olur. Məktəb-lisey kompleksinin geniş, işıqlı
sinif otaqları, fənn
kabinetləri, laboratoriya və kitabxanası vardır.
Şakir CƏFƏROV
|