· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

   

Azərbaycan müəllimlərinin XIII qurultayının iştirakçılarına

Hörmətli qurultay iştirakçıları!

Əziz müəllimlər və təhsil işçiləri!

Sizi - Azərbaycan müəllimlərinin XIII qurultayının iştirakçılarını səmimi-qəlbdən salamlayır, hər bir Azərbaycan müəlliminə, ölkənin bütün təhsil işçilərinə ən xoş arzularımı yetirirəm. Bu gün Azərbaycan yüksək iqtisadi inkişaf templərinə görə dünyada unikal mövqe tutan ölkələrdən biridir. Həyata keçirdiyimiz iqtisadi islahatların beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilməsi, 700 mindən artıq iş yerinin açılması, ümumi daxili məhsulun son dörd ildə iki dəfə artması, özəl sektorun qazandığı müvəffəqiyyətlər ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoymasından xəbər verir. Bütün bu nailiyyətlər Azərbaycan təhsilinə də öz müsbət təsirini göstərmişdir. Təhsilə ayrılan xərclərin bir neçə dəfə artırılması, Azərbaycanda mövcud olan məktəblərin yeni avadanlıqlarla və kompüterlərlə təchiz edilməsi, onların 30 faizinin yeni binalar və korpuslarla, hər bir şagirdin pulsuz dərsliklərlə təmin olunması, Azərbaycan və dünya ədəbiyyatı nümunələrinin ümumən 13 milyondan artıq tirajla çap olunub kitabxanalara çatdırılması və digər tədbirlər bunu bir daha sübut edir.

Azərbaycanın təhsil tarixi hər birimizin fəxr etdiyi nailiyyətlərlə zəngindir. Azərbaycan müəllimləri bütün tarix boyu təhsildə daim varisliklə novatorluğun, ənənə ilə islahatın vəhdətini öz fəaliyyətlərində əks etdirmişlər. Bu gün qədəm qoyduğumuz informasiya cəmiyyəti və biliklərə əsaslanan yeni tipli iqtisadiyyatın formalaşması, qloballaşma çağırışları bütün dünya təhsil sistemi qarşısında yeni vəzifələr qoyur. "Təhsil əsri" adı qazanmış XXI əsr Azərbaycan təhsilinin də yeniləşməsini və müasirləşməsini tələb edir. Əminəm ki, Azərbaycan müəllimləri fəaliyyətlərini bu tələblərə uyğun daha da təkmilləşdirərək, müstəqil Azərbaycan Respublikasının çiçəklənməsinə xidmət edən gənc nəslin yetişdirilməsi işinə öz töhfələrini verəcəklər.

İnanıram ki, Azərbaycan müəllimlərinin bugünkü ali məclisi ötən qurultaydan keçən müddət ərzində ölkəmizdə milli təhsil quruculuğu sahəsində qazanılmış nailiyyətləri layiqincə qiymətləndirəcək, bu sahədə mövcud problemləri müəyyənləşdirəcək və milli təhsilimizin gələcək inkişafı naminə qəbul edəcəyi qərarların yerinə yetirilməsinə ölkənin bütün intellektual potensialını səfərbər edəcəkdir. ümidvaram ki, müstəqil Azərbaycan müəllimlərinin XIII qurultayı müasir təhsilimizin qarşısında duran məsələlərin həlli yolunda mühüm addım olacaqdır.

Sizin hamınıza cansağlığı və xoşbəxtlik, fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm.

Dərin hörmətlə,

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 22 sentyabr 2008-ci il

 

 

 

 

 Gəncə şəhərinin sosial-mədəni inkişafında xidmətləri olan şəxslərə fəxri adların verilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Gəncə şəhərinin sosial-mədəni inkişafında xidmətləri olan aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:

"Azərbaycan Respublikasının əməkdar elm xadimi"

Novruzov Vaqif Seyfəddin oğlu

"Azərbaycan Respublikasının əməkdar müəllimi"

Əliyev Mahal Yunus oğlu

Qasımova Tamara Əliqazax qızı

Məmmədov Ramiz Musa oğlu

Şərifov Famil Həsən oğlu

"Azərbaycan Respublikasının əməkdar həkimi"

Ələkbərov Könül Fidail oğlu

Nəzərli Anubat Teymur oğlu

"Azərbaycan Respublikasının əməkdar artisti"

Abdullayev Tural Eldar oğlu

Allahverdiyeva Zərinə Zülfiqar qızı

"Azərbaycan Respublikasının əməkdar rəssamı"

Babayev Nazim Əliqulu oğlu

Süleymanov Rövşən Zülfiqar oğlu

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 22 sentyabr 2008-ci il