|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bilik günündə bir sıra təlim-tərbiyə ocaqları istifadəyə verilib Heydər
Əliyev Fondunun təşəbbüsü ilə sentyabrın
15-də Bilik günü münasibətilə Bakının bir sıra
qəsəbələrində təlim-tərbiyə
ocaqları istifadəyə verilmişdir. Heydər Əliyev Fondunun prezidenti,
YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Bakının
Nərimanov rayonunda görkəmli oftalmoloq alim, akademik
Zərifə xanım Əliyeva adına uşaq bağçasının
açılışında iştirak etmişdir. Burada Azərbaycanın birinci xanımını
uşaqlar gül-çiçəklə qarşıladılar. Mehriban xanım Əliyeva bağçanın
əvvəlki görkəmini əks etdirən fotoşəkillərə
baxdı. O, rəmzi açılışı bildirən lenti
kəsdikdən sonra bağçada akademik Zərifə xanım
Əliyevanın büstünü açdı, onun önünə gül
dəstələri düzdü. Uşaq bağçasının yenidən
qurulmasına bu ilin əvvəlində başlanılmışdı.
Bina tam yararsız vəziyyətdə olduğundan sökülərək
yenidən tikilmişdir. Ən müasir standartlara malik bağça
3 yaşdan 6 yaşadək 120 nəfər uşaq üçün
nəzərdə tutulmuşdur. Foyedə ümummilli lider
Heydər Əliyevin və Heydər Əliyev Fondunun uşaqlara
diqqət və qayğısını əks etdirən
fotostendlər qoyulmuşdur. Uşaqlar bağçada ingilis dili ilə yanaşı,
bədii gimnastikanın sirlərini də öyrənəcəklər.
Mehriban xanım Əliyeva gimnastika salonunda
balacaların çıxışlarını izlədi,
onlarla səmimi söhbət etdi, uğurlar arzuladı. Daha sonra Mehriban xanım bağçanın
qrup, yataq otaqları, oyun zalları, hovuzu, müasir üslubda
yeməkxanası ilə tanış oldu. Böyük mərasimlər üçün
nəzərdə tutulan salonda iri formatlı monitor, səs
və görüntü üçün xüsusi avadanlıq qoyulmuşdur. Binada mərkəzləşdirilmiş
təhlükəsizlik və istilik sistemləri quraşdırılmışdır.
Həyətyanı sahədə uşaqlara yol
hərəkəti qaydalarının öyrədilməsi
üçün xüsusi meydança yaradılmışdır. Mehriban xanım
Əliyeva otaqların təzə avadanlıqla təchiz
edilməsini, yaradılmış rahat şəraiti yüksək
qiymətləndirdi. * * * Elə həmin gün Heydər Əliyev
Fondunun təşəbbüsü ilə Badamdar
qəsəbəsində Tofiq Məmmədov adına 239 nömrəli
orta məktəbin təmirdən sonra açılışı
olmuşdur. Məktəbin direktoru Sədaqət Əzimova
bildirmişdir ki, təmirdən əvvəl
məktəbdə 1200 nəfərdən artıq şagird
dörd növbədə oxuyurdu. İndi isə uşaqlar bir növbədə
təhsil alacaqlar. Fondun təşəbbüsü ilə
məktəbin birinci sinif şagirdlərinə çantalar
və 16 adda müxtəlif ləvazimat paylanılmışdır.
Məktəbə ən böyük
hədiyyə isə süni örtüklü futbol meydançasının
açılışı olmuşdur. Burada nümunəvi məşqlər
edən Azərbaycanın 15 yaşadək futbolçulardan
ibarət yığma komandası məktəbə 50
futbol topu və idman geyimləri hədiyyə etmişdir. * * * Sentyabrın 15-də Heydər Əliyev
Fondunun təşəbbüsü ilə Ələt
qəsəbəsindəki 105 nömrəli əsas
məktəbin də yenidən qurulmuş binasının
açılışı olmuşdur. "Yeniləşən Azərbaycana yeni
məktəb" layihəsi çərçivəsində
yenidən qurulan məktəb 250 şagird üçün
nəzərdə tutulmuşdur. Məktəbin fizika,
biologiya, xarici dil kabinetləri, kompüter otağı, geniş
idman salonu vardır. AzərTAc Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycanda 237 məktəb istifadəyə verilib Son illərdə Heydər Əliyev
Fondunun təşəbbüsü ilə Azərbaycanın müxtəlif
bölgələrində istifadəyə verilən
məktəblərin sayı 237-yə çatmışdır.
Fondun "Yeniləşən Azərbaycana yeni
məktəb" layihəsi çərçivəsində
həyata keçirilən genişmiqyaslı işlər
Lənkəran, Masallı, Göyçay, İmişli, Neftçala, Kürdəmir,
Beyləqan rayonlarında, habelə paytaxtın Qaradağ,
Səbail, Əzizbəyov, Yasamal rayonlarında yeni
məktəb binalarının istifadəyə
verilməsinə imkan yaratmışdır. Fonddan AzərTAc-a bildirmişlər ki, Kürdəmirdə
inşa olunan 300 şagird yerlik məktəb binası, Göyçay
rayonunun Qarabağlar və Mirzəhüseynli kənd orta
məktəbləri şagirdlərin yüksək
təhsillə təmin olunmasına imkan verəcəkdir.
Neftçala rayonunda Kürqarabucaq, Masallı rayonunda isə İkinci
Yeddioymaq kəndlərindəki yeni məktəb binaları
tədrisin keyfiyyətini yüksəltməyə kömək
edəcəkdir. Son dövrlərdə Heydər Əliyev
Fondunun təşəbbüsü ilə Lənkəranın
Səpnəkəran, Daştatük, Tatoba, Tuado kənd orta
məktəbləri, Beyləqan və Astara şəhərlərində
yeni təhsil ocaqları inşa olunmuşdur. Bundan əlavə, Fond tərəfindən
xüsusi sifariş əsasında hazırlanmış 130 min
çanta və məktəb ləvazimatı bu il birinci
sinfə gedəcək şagirdlərə paylanılmışdır.
Hər bir çantaya 16 adda məktəb ləvazimatı -
fənn dəftərləri, albomlar, rəngli karandaşlar
və digər əşyalar qoyulmuşdur. Heydər Əliyev Fondu yeni dərs ili
ərəfəsində Gəncədə birinci sinfə
gedən 462 şagirdi məktəbli geyimi ilə təmin
etmişdir. ötən bir il ərzində mütəxəssislər
qrupu tərəfindən hazırlanan 140 adda plakat
məktəblərdə tədrisin keyfiyyətini yüksəltməyə
xeyli kömək edəcəkdir. 2005-ci ildən başlayaraq "Yeniləşən
Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində
ölkəmizin ən müxtəlif bölgələrində, o cümlədən
ucqar dağ kəndlərində məktəblər
tikməklə Heydər Əliyev Fondu müasir gəncliyin
savadlı yetişməsinə, ümumən, respublikamızın
inkişafına öz töhfəsini verir.
|