|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanovun Azərbaycan müəllimlərinin XIII qurultayına hesabat məruzəsi Hörmətli
qurultay nümayəndələri! Hörmətli qonaqlar! Xanımlar
və cənablar! Azərbaycan müəllimlərinin XIII qurultayı
müstəqil dövlətimizin beynəlxalq aləmdə nüfuz
dairəsinin durmadan genişləndiyi, iqtisadiyyat,
təhsil, mədəniyyət və idman
sahələrində böyük uğur və
qələbələrin əldə olunduğu tarixi bir dövrə
təsadüf edir. Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin genişmiqyaslı islahatçı
fəaliyyəti sayəsində ötən 5 ildə ölkə
büdcəsinin 10 dəfə artaraq 12 milyard manata çatması,
əsas makroiqtisadi göstəricilərin ilbəil artması
Azərbaycanı iqtisadi inkişaf tempinə görə lider
dövlətlər sırasına çıxarmışdır. Ulu öndər Heydər Əliyevin uğurlu
iqtisadi siyasətinin davamı olaraq son 5 ildə mühüm
beynəlxalq əhəmiyyətə malik Bakı-Tbilisi-Ceyhan
neft kəmərinin, Bakı-Tbilisi-Ərzurum qaz
kəməri-nin istifadəyə verilməsi, Bakı-Tbilisi-Qars
dəmiryolunun tikintisi sahəsində ciddi addımların
atılması nəticəsində Azərbaycan bütövlükdə
Avrora məkanında eneryi təhlükəsizliyinin əsas
təminatçılarından birinə çevrilmişdir. Bu
irimiqyaslı layihələr həm də ölkənin
maliyyə imkanlarının durmadan yüksəlməsinə,
investisiyaların həcminin artmasına, Dağlıq
Qarabağ münaqişəsinin sülh yolu ilə
həllinə, çadır şəhərciklərinin ləğv
olunmasına və məcburi köçkünlər üçün yeni yaşayış
məntəqələrinin salınmasına, regionların
sosial-iqtisadi tərəqqisinə, eyni zamanda təhsil
sektorunun davamlı inkişafına
əhəmiyyətli təsir göstərmişdir.
Nəticədə həmin dövrdə 700 mindən artıq
yeni iş yeri açılmış, yoxsulluq səviyyəsi
49 faizdən 16 faizə enmiş, minimum əməkhaqqı
14 dəfə artmışdır.
Hörmətli qurultay iştirakçıları!
Hesabat dövründə Azərbaycan təhsili dinamik inkişaf
baxımından bir sıra yaddaqalan hadisə və göstəricilərlə
əlamətdar olmuş-dur. Belə ki, başlanmış
təhsil islahatları geniş vüsət almış,
təhsilə ayrılan büdcə 5 dəfədən çox
artaraq 2008-ci ildə 1,1 milyard manat təşkil etmiş,
investisiya qoyuluşları isə 5,8 milyondan 220 milyon manata
çatmış, təhsil işçilərinin əməkhaqqı
6, tələbələrin təqaüdü 10, aspirantların
təqaüdü 4,5 dəfə artmışdır. Təhsil
tariximizdə ilk dəfə olaraq 14 inkişafyönümlü dövlət
proqramı təsdiq olunub və uğurla həyata keçirilməkdədir. Hesabat dövründə nəzərdə tutulan
maliyyə islahatlarının reallaşdırılmasına
da hərtərəfli diqqət yetirilmişdir. Bu
məqsədlə bir sıra qabaqcıl dövlətlərin
təcrübəsi öyrənilmiş, 3 rayonun (Ucar, İsmayıllı
rayonları, Şirvan şəhəri) 59
məktəbində adambaşına maliyyələşmənin
tətbiqi üzrə eksperimentlərə başlanmışdır.
Düşünürəm ki, bu gün ölkənin bütün təhsil müəssisələrində
dünyanın inkişaf etmiş ölkələrində çoxdan
tətbiq edilən, təhsilə ayrılan maliyyə
resurslarından daha səmərəli istifadəyə
və bilavasitə təhsilin keyfiyyətinin yüksəldilməsinə
xidmət edən adambaşına maliyyələşmə
və ya vauçer sisteminə keçidin vaxtı çatmışdır.
Hörmətli qurultay iştirakçıları!
Hər bir tarixi mərhələdə cəmiyyətin
tələbatı təhsilin inkişafını sürətləndirən
başlıca amil olmuşdur. Bu mənada Birləşmiş
Millətlər Təşkilatının "Təhsil
əsri" elan etdiyi XXI əsrdə yüksək
intellektə malik insan karitalının formalaşması
və güclü iqtisadiyyatın qurulma-sında təhsilin rolu
heç vaxt indiki qədər aktuallıq kəsb etməmişdir.
Təcrübə göstərir ki, hər hansı bir dövlətin
inkişafını təbii sərvətlərin bolluğu
deyil, bu sərvətlərin yüksək səviyyədə
insan karitalına çevrilməsi təmin edir. Möhtərəm Prezidentimiz İlham Əliyevin
uzaqgörənliklə söylədiyi "Biz maddi
dəyərlərimizi, iqtisadi potensialımızı insan
kapitalına çevirməliyik" konseptual müddəasının
əsasında da məhz həmin tələb dayanır. Yeri gəlmişkən onu da qeyd edim ki,
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun
xoşməramlı səfiri, millət vəkili Mehriban
xanım Əliyevanın təşəbbüsü ilə
"Dünyada savadlılığın
dəstəklənməsi" mövzusunda Bakı şəhərində
keçirilmiş YUNESKO-nun regional konfransı təhsil
tariximizdə mühüm hadisə olmaqla bərabər,
Azərbaycanın dünyada qabaqcıl təhsil tendensiyalarını
dəstəkləyən ölkə imicini daha da yüksəltmişdir.
Hörmətli qurultay nümayəndələri!
Hesabat dövründə təhsilin inkişafı ilə bağlı
dövlət proqramlarının yerinə yetirilməsi,
təhsil infrastrukturunun müasir tələblərə uyğun
təkmilləşdirilməsi, təhsilin məzmununun
yeniləşdirilməsi, yeni dərslik siyasətinin reallaşdırılması
istiqamətində islahatların həyata keçirilməsi,
təhsilalanların nailiyyətlərinin
qiymətləndirilməsi üzrə yeni model və
mexanizmlərin tətbiqi, əmək bazarının
tələbatına uyğun kadr hazırlığının
və pedaqoji kadrlarla təminatın yaxşılaşdırılması,
təhsil müəssisələrinin İKT ilə təminatı
və təhsil sisteminin informasiyalaşdırılması,
beynəlxalq əlaqələrin genişləndirilməsi
və digər bu kimi aktual məsələlər
fəaliyyətimizin başlıca istiqamətlərini
təşkil etmişdir. İndi isə, hesabat dövründə dövlət
proqramlarının yerinə yetirilməsi vəziyyəti,
ayrı-ayrı təhsil pillələri üzrə görülən
işlər, habelə problemlər,
onların həlli yolları və qarşıda
duran vəzifələr barədə bir qədər
ətraflı məlumatı diqqətinizə çatdırmaq
istərdim. İlk öncə
məktəbəqədər təhsil haqqında.
Məlumdur ki, məktəbəqədər təhsil uşaqların
hələ erkən yaş dövründən intellektual, fiziki
və psixoloji inkişafında, məktəb
təliminə hazırlanmasında, onlarda həyati bacarıqların
formalaşmasında mühüm rol oynayır. Tədqiqatlar göstərir
ki, bu yaş dövründə uşağın inkişafına
xərclənən vəsait sonradan 7 dəfə artıq
gəlir gətirir. Təsadüfi deyil ki, inkişaf etmiş
ölkələrdə təhsil büdcəsinin 10-15 faizi
məktəbəqədər təhsilə ayrılır.
Hesabat dövründə
məktəbəqədər təhsil müəssisələrində
yeni təlim texnologiyalarının tətbiqi ilə
əlaqədar beynəlxalq təşkilatlarla birlikdə
bir sıra tədbirlər görülmüş, 3 min rəhbər
və pedaqoji işçi öyrədici treninqlərdən keçirilmişdir.
Son 20 ildə ilk dəfə olaraq Bakı
şəhərində 11 yeni uşaq bağçası tikilib
istifadəyə verilmişdir. Cari ilin sonunadək 21 uşaq
bağçasının əsaslı təmiri və müasir
avadanlıqla təminatı başa çatdırılacaqdır.
Bununla belə, etiraf edim ki, təhsil
sisteminin bu vacib sahəsində ictimaiyyəti razı salan
uğurlu nəticələrə hələ nail ola
bilməmişik. Ona görə də uşaqların
məktəbəqədər təhsillə əhatə
səviyyəsi xeyli müddətdir ki, 16 faizdən yuxarı
qalxmır. Halbuki, həmin göstərici Finlandiyada 99,
Almaniyada 90, bir sıra MDB ölkələrində isə
50-85 faiz təşkil edir. Yaranmış
vəziyyətlə bağlı aparılan
təhlillər göstərdi ki, bu sahədə uzun
zamanlardan bəri yığılıb qalmış
problemləri cari tədbirlər vasitəsilə aradan qaldırmaq
mümkün deyildir, onların dövlət səviyyəsində
həllinə şərait yaradan proqram xarakterli
sənəd qəbul olunmalıdır. Bu mənada ölkə
Prezidenti tərəfindən təsdiq edilən 2007-2010-cu
illəri əhatə edən
"Məktəbəqədər təhsilin yeniləşdirilməsi
Proqramı" xüsusi əhəmiyyət daşıyır. Proqramda məktəbəqədər müəssisələrin
şəbəkəsinin ortimallaşdırılması
və maddi-texniki bazasının möhkəmləndirilməsi,
kadr təminatının yaxşılaşdırılması,
məktəbəqədər təhsilin kütləviliyinin
təmin edilməsi və ictimai statusunun yüksəldilməsi
ilə yanaşı, onun müasir tələblərə
cavab verən məzmununun hazırlanması ümdə
vəzifə kimi qarşıya qoyulmuşdur. çünki
həmin müəssisələr, hər şeydən
əvvəl, tərbiyə, təlim, inkişaf
mərkəzləri kimi nəzərdə tutulur. Uşağını
bağçaya gətirən valideyni, şübhəsiz, onun
məktəbə hazırlığı daha çox düşündürür.
Lakin bu vacib işi həyata keçirmək üçün
məktəbəqədər müəssisələrimizin
imkanları heç də kifayət deyildir. Təhlil göstərir
ki, şəraitsizlik üzündən hər il birinci sinfə
qəbul edilən uşaqların orta hesabla yalnız 20
faizə qədəri bağçalardakı
məktəbəhazırlıq qruplarından gəlir.
Halbuki bir sıra inkişaf etmiş ölkələrdə 5
yaşlıların hamısı icbari olaraq uşaq bağçalarında
məktəbəhazırlıq mərhələsini keçirlər.
Ona görə də yaranmış vəziyyəti
nəzərə alaraq, məktəbəhazırlıq
mərhələsinin ümumtəhsil
məktəblərində də təşkil olunmasında
hökumətin dəstəyinə ehtiyacımız vardır. Daha bir məsələni də
diqqətinizə çatdırmaq istərdim. Postsovet ölkələrindən
fərqli olaraq, bir çox inkişaf etmiş ölkələrdə
məktəbəqədər təhsilin bütün
təbəqələr üçün əlçatan olması
məqsədilə müxtəlif formalardan, o cümlədən
qısamüddətli, ailə tipli (icma əsaslı)
təhsil xidmətlərindən istifadə olunur. Hesab
edirəm ki, perspektivdə ən vacib işlərimizdən
biri belə təhsil xidmətlərinin tətbiqinə
geniş yer vermək, bununla əlaqədar beynəlxalq
təcrübəni ətraflı öyrənməkdir. Bununla
yanaşı, Dövlət Proqramının
tələbinə uyğun olaraq,
məktəbəqədər təhsillə əhatə
edilməyən uşaqların valideynlərinin
maarifləndirilməsi üçün lazımi tədbirlərin
həyata keçirilməsi də yaxın
gələcəkdə aktual vəzifələrimizdən
hesab olunur. Hörmətli həmkarlar! Hörmətli qonaqlar!
Belə bir məşhur fikir vardır ki, təhsil
hələ həyatın özü deyildir, bu, yalnız
həyata hazırlıq mərhələsidir. Bu baxımdan
şəxsiyyətin formalaşmasında, zəruri
həyati bacarıqlara yiyələnməsində,
cəmiyyətdə müstəqil fəaliyyətə hazırlanmasında
ümumi təhsil müstəsna əhəmiyyətə malikdir.
Bu gün övladını məktəbə
gətirən valideyn onun mükəmməl təhsil almasına,
milli mənəvi dəyərlər ruhunda formalaşmasına
böyük ümidlər bəsləyir. Ədalət naminə
deyək ki, Azərbaycan dövlətinin ümumi təhsilin inkişafı
naminə gördüyü işlər orta məktəb sisteminin uğurlu
gələcəyinə, məktəblərimizin, sözün
əsl mənasında, bilik-savad
mərkəzlərinə çevriləcəyinə
cəmiyyətdə böyük inam yaradır. Bu mənada, dövlət başçısının
diqqət və qayğısı nəticəsində son
beş ildə 300 min şagird yerlik 1360 yeni məktəb
binasının tikilməsi çağdaş təhsil
tariximizin ən parlaq səhifələrindəndir.
Məktəb tikintisi ilə yanaşı, həmin dövrdə
300-dək məktəb əsaslı təmir edilmiş,
yeni tikilən və əsaslı təmir edilən
məktəblərlə bərabər, daha 500
məktəb də müasir avadanlıqlarla təmin olunmuşdur.
İlin sonunadək ölkə üzrə istilik sistemi bərpa
edilmiş məktəblərin sayı
500-ü ötəcəkdir. Cari ilin sonunadək daha 161 yeni məktəb
istifadəyə veriləcək, 129 məktəbin
əsaslı təmiri başa çatdırılacaqdır.
Beləliklə, son illərdə yeni tikilmiş və
əsaslı təmir edilmiş məktəblərin sayı
1600-ü ötəcək, ümumilikdə 700 mindən çox şagird,
yəni bütün şagirdlərin təxminən 50 faizi müasir
tələblərə cavab verən
məktəblərdə təhsil alacaqdır.
Perspektivdə daha 450 məktəb üçün yeni binanın inşası,
600-dən çox məktəb üçün əlavə korpusların
tikintisi, 1200 məktəbin əsaslı təmiri
nəzərdə tutulur. Bunların nəticəsi olaraq
əsas hədəfimiz çoxnövbəliliyin ləğvi
və beşgünlük tədris həftəsinə keçməklə
bütün şagirdlər üçün əlverişli təlim şəraiti
yaradılmasından ibarətdir. Məktəblərin infrastrukturunun
yeniləşdirilməsi sahəsində Heydər Əliyev
Fondunun Prezidenti Mehriban xanım Əliyevanın
xidmətləri xüsusi qeyd edilməlidir. Məhz
Fondun təşəbbüsü ilə reallaşdırılan
"Yeniləşən Azərbaycana yeni
məktəb" və "Uşaq evləri və
internat məktəbləri" proqramları çərçivəsində
43770 şagird yerlik 226 yeni məktəb tikilmişdir. 39
məktəb, o cümlədən xüsusi qayğıya ehtiyacı
olan uşaqlar üçün 28 internat məktəb əsaslı
təmir olunub müasir avadanlıqlarla təmin edilmiş, 8 uşaq
bağçasında bərpa işləri aparılmışdır.
Bütün bunlarla yanaşı, hesab edirəm
ki, məktəblərimizin maddi-tədris bazasının bütövlükdə
müasir tələblər səviyyəsinə çatdırılması
məqsədilə onların təlim keyfiyyətinə
əhəmiyyətli dərəcədə təsir
edən tədris laboratoriyaları, kitabxana və idman
infrastrukturu ilə təmin olunması üçün müvafiq dövlət
proqramının qəbul edilməsinə ciddi ehtiyac vardır. Nörmətli qurultay nümayəndələri
və qonaqlar! Müasir dövrdə informasiya və kommunikasiya
texnologiyalarının istisnasız
olaraq hər bir fəaliyyət sahəsinə nüfuz
etməsi dünyanı nəhəng informasiya məkanına
çevirmişdir. Tədqiqatlar göstərir ki, İKT
sahəsində savadlılığın dövlətə
verdiyi fayda istənilən sənaye yeniliyinin
səmərəsindən bir neçə dəfə çoxdur. Bu mənada ölkə Prezidentinin
sərəncamı ilə təsdiq edilmiş 2005-2007-ci
illəri əhatə edən "ümumtəhsil
məktəblərinin İKT ilə təminatı Proqramı"
ümumi təhsilin inkişafında tarixi nailiyyət kimi
qiymətləndirilməlidir. Həmin Proqramın
yerinə yetirilməsi ilə məktəblərimizin V-XI
siniflərində hər 29 şagirdə 1 komrüter
nisbəti təmin edilmişdir. Halbuki proqramaqədərki
dövrdə bu göstərici 1000 şagirdə 1 kompüter
nisbətində idi. Eyni zamanda 1103 məktəbə noutbuk
və proyektor verilmişdir. Proqramın tələbinə görə,
indiyədək beynəlxalq təşkilatlarla 20 minə
yaxın müəllim və məktəb rəhbərinin öyrədici
treninqlərdə müvafiq İKT bacarıqlarına
yiyələnməsi, ilk dəfə olaraq Azərbaycan
tarixi, kimya, fizika, biologiya fənləri üzrə elektron
təlim materialları və əyani vəsaitlərin hazırlanıb
məktəblərə çatdırılması təmin
edilmiş, bir neçə məktəbdə "elektron
məktəb" layihəsinə başlanılmışdır. Bununla belə, hazırda İKT
sahəsində apardığımız işləri öz
əhəmiyyətinə və miqyasına görə ötən
əsrin 20-30-cu illərində kütləvi savadsızlığın
ləğvi ilə müqayisə etmək olar. Biz yaxşı
başa düşürük ki, məktəblərə kompüterlərin
verilməsi işin yalnız bir tərəfidir. Daha vacib
məsələ şagirdlərin və müəllimlərin
onlardan səmərəli istifadə etməsinə nail
olmaqdır. Bu mənada dövlət başçısının
sərəncamı ilə təsdiq olunmuş
"Təhsil sisteminin informasiyalaşdırılması
üzrə Dövlət Proqramı (2008-2012-ci illər)"
məhz həmin məqsədə xidmət edir.
Məsələnin aktuallığı nəzərə
alınaraq Proqramın daha səmərəli idarə
edilməsi məqsədilə Təhsil Nazirliyində yeni
idarə yaradılmışdır. Cari ildə 200
məktəbin genişzolaqlı sürətli İnternetlə
təmin olunması, DATA mərkəzin, elektron tədris
resursları bazasının, vahid təhsil rortalının
yaradılması və digər məsələlər
nəzərdə tutulmuşdur. Onu da diqqətinizə çatdırım
ki, məktəblərimiz DATA mərkəzdə yerləşdiriləcək
İKT resurslarından istifadə edəcək, İnternetə
yalnız bu mərkəz vasitəsilə qoşulacaqdır.
Həmin mərkəzin texniki imkanları şagirdlərin
mənəviyyatına zərər vura bilən məlumat
və təsvirlərdən istifadəni mümkünsüz
edəcəkdir. Hörmətli qurultay iştirakçıları!
Məlumdur ki, təhsilin keyfiyyəti onun
məzmununun nə dərəcədə dəqiq,
tələbata uyğun müəyyənləşdirilməsindən
birbaşa asılıdır. Hesabat dövründə Dünya Bankının
maliyyə yardımı ilə həyata keçirdiyimiz islahatyönümlü
tədbirlərin böyük əksəriyyəti məhz ümumi
təhsilin məzmununun yeniləşdirilməsinə
və mütərəqqi dünya təcrübəsinə uyğunlaşdırılmasına
yönəlmişdir. Əsas məqsədimiz şagirdlərin
idrak fəallığını, ümumi inkişafını
ləngidən mövcud "yaddaş
məktəbi"ndən "təfəkkür və düşüncə
məktəbi"nə keçmək və bu əsasda ümumi
təhsilin müasir modelini qurmaqdan ibarətdir. Müasir dövrün reallığı budur ki,
təlimin məzmunu təriflərin, düsturların, tarixi
gün və hadisələrin
əzbərlənməsinə, nəzəri materialların
mənimsənilməsinə deyil, şagirdlərdə
yaradıcı düşünmə, müstəqil öyrənmə
və qərarqəbuletmə, təşəbbüskarlıq,
tətbiq və tədqiqatçılıq bacarıqlarının,
iradi keyfiyyətlərin formalaşmasına yönəlməlidir.
Azərbaycanda 2004-cü ildən başlanan
məzmun dəyişiklikləri təlim-tədris
prosesinin sistemli planlaşdırılmasını özündə
əks etdirən kurrikulum islahatları adı altında
aparılır. Azərbaycan hökuməti
tərəfindən 30 oktyabr 2006-cı ildə təsdiq
olunmuş "Azərbaycan Respublikasında ümumi
təhsilin Konsepsiyası (Milli Kurrikulumu)"
sənədinin və
bu sənədin tələblərinə uyğun hazırlanıb
təsdiq edilmiş fənn kurrikulumlarının didaktik
əsasını nəticəyönümlülük, tələbyönümlülük
və şəxsiyyətyönümlülük prinsipləri təşkil
edir. Nəticəyönümlülük təhsil pillələri
siniflər və fənlər üzrə əldə olunacaq
təlim nəticələrinin əvvəlcədən müəyyən
edilməsini, tələbyönümlülük təlim
məqsədlərinin cəmiyyətin, dövlətin və
fərdin tələbatına cavab verməsini, şəxsiyyətyönümlülük
isə hər bir təhsilalana meyil, maraq və
qabiliyyəti nəzərə alınmaqla zəruri
həyati bacarıq və vərdişlərin aşılanmasını
özündə ehtiva edir. Eyni zamanda yeni kurrikulumlar
tərbiyə probleminə müasir yanaşmaları əks
etdirməklə təlimin tərbiyəedici funksiyasını
da özündə cəmləşdirmişdir. Bildiyiniz kimi, yeni kurrikulumlarla tədrisə
cari dərs ilindən etibarən I siniflərdən başlanmış
və beləliklə, ümumi təhsil sistemində yeni
mərhələnin təməli qoyulmuşdur. Bu dərs
ili həm də təhsil tariximizdə ilk dəfə
olaraq yeni fənn kurrikulumları əsasında hazırlanmış
dərslik, müəllimlər üçün vəsait və şagirdlər
üçün iş dəftərindən ibarət dərslik
komplektinin tətbiqi ilə əlamətdar olmuşdur. Onu
da diqqətinizə çatdırım ki, I siniflərdə
dərs deyən 9 minədək müəllim müvafiq təlim
kurslarından keçirilmişdir. Hörmətli həmkarlar! Hamıya
məlumdur ki, indiki zamanda bir və ya bir neçə xarici dil
bilmək artıq həyati tələbata çevrilmişdir.
Təəssüflə qeyd etmək istərdim ki, ümumtəhsil
məktəblərində xarici dillərin tədrisi şagirdlərdə
nitq bacarıqlarının formalaşdırılmasından
daha çox qrammatik qaydaların mənimsədilməsinə
xidmət edir. Bu yanlış təcrübəni aradan qaldırmaq
üçün xarici dillərin intensiv tədris edilməsi,
təlimin kommunikativ yanaşma əsasında qurulması,
müəllimlərin peşəkarlıq səviyyəsinin
artırılması ilə bağlı effektiv
tədbirlər müəyyənləşdirilmişdir. Bu
istiqamətdə Britaniya Şurası ilə birgə
layihə artıq Bakı şəhərinin 7
məktəbində həyata keçirilməkdədir. Rus
dilinin tədrisi üzrə analoji layihənin həyata keçirilməsi
üçün də müvafiq hazırlıq işləri aparılır.
Hesabat dövründə diqqətçəkən
nailiyyətlərdən biri də dərslik yaradıcılığı
sahəsində olmuşdur. 2003-2007-ci illərdə
Azərbaycan və rus dillərində ümumilikdə 25
milyon nüsxə dərslik çap edilmişdir. Cari ildə
isə 102 adda 4 milyon nüsxədən çox dərslik və müəllim
üçün vəsait artıq məktəblərə çatdırılmışdır.
2005-ci ildən etibarən bütün şagirdlərimiz
dərsliklərlə pulsuz təmin olunurlar və qürur
hissi ilə deməliyəm ki, bu sahədə Azərbaycan
MDB məkanında yeganə ölkədir. ötən illərdə Gürcüstandakı
Azərbaycan məktəbləri, Dağıstandakı
azərbaycandilli məktəblər, MDB ölkələrində,
habelə Almaniya, Polşa, Macarıstan, Kanada, Böyük
Britaniya və ABŞ-dakı təlim Azərbaycan
dilində olan Bazar günü məktəbləri müvafiq
dərsliklərlə təmin edilmişdir. Dərslik təminatı ilə yanaşı,
bu dövrdə məktəb kitabxanalarının latın
qrafikası ilə çap edilmiş uşaq ensiklopediyaları,
Azərbaycan və xarici ölkə yazıçılarının
əsərləri ilə zənginləşdirilməsi
şagirdlərin mütaliə imkanlarının genişləndirilməsində
mühüm rol oynamışdır. Uzun illərdən bəri problem kimi qalmış
bir məsələ də artıq öz həllini tapmışdır.
Belə ki, son iki ildə 19 adda xəritə çar olunub
məktəblərə çatdırılmış,
Heydər Əliyev Fondunun yaxından köməyi ilə ayrı-ayrı
fənlər üzrə 140 adda tədris-əyani
vəsaitlər hazırlanaraq yeni dərs ili
ərəfəsində məktəblərə verilmişdir.
2006-cı ildə Azərbaycan hökuməti
ilə razılaşdırılaraq qəbul olunmuş
"Dərslik siyasəti" sənədi dərslik yaradıcılığı
sahəsində islahatlara böyük təkan vermişdir. Bu
sənədin tələblərinə müvafiq olaraq
dərsliklərin hazırlanması proseduru dünya təcrübəsinə
uyğunlaşdırılmış, indiyədək formal
fəaliyyət göstərmiş elmi-metodik şuraların
əvəzinə, müstəqil qurum olan Dərslikləri
Qiymətləndirmə Şurası yaradılmışdır.
Bu dərs ilində I siniflər üçün hazırlanmış
dərslik komplektləri təhsil tariximizə məhz yeni
dərslik siyasətinin ilk nümunələri kimi daxil olmuşdur.
Hörmətli qurultay iştirakçıları!
ümumi təhsilin məzmununun getdikcə yeniləşdirilməsi
mahiyyət etibarı ilə şagird nailiyyətlərinin
qiymətləndirilməsinə, müəllimin
fəaliyyətinə, "müəllim-şagird",
"məktəb-valideyn" münasibətlərinə,
təlim strategiyalarına, tədris prosesinin idarəolunmasına,
eləcə də müəllim hazırlığı
məsələlərinə verilən
tələblərin də forma və məzmunca yeniləşdirilməsini
zəruri edir. İlk növbədə,
qiymətləndirmə ilə bağlı fikirlərimi
nəzərinizə çatdırmaq istəyirəm. Təcrübə
göstərir ki, tətbiq edilən bal sistemindən asılı
olmayaraq, qiymətləndirmənin inkişafetdirici, stimullaşdırıcı,
tərbiyəedici xarakteri, keyfiyyətin yüksəldilməsində
aparıcı rolu təmin olunmazsa, onun
səmərəliliyindən danışmaq əbəsdir. Yeri gəlmişkən, bir çoxları
"qiymətləndirmə" dedikdə, bunu yalnız
təhsilalanın təlim nəticələrinə aid
edirlər. Hesab edirəm ki, bu, yanlış təsəvvürdür.
Təhsilalanın biliyinə verilən qiymət həm
də müəllimlərin və məktəbin
fəaliyyətinə verilən qiymət kimi qəbul
olunmalıdır. Etiraf edək ki, bu gün
məktəblərimizdə tətbiq olunan
qiymətləndirmə sistemi müəllimin subyektiv mülahizələrinə
əsaslanır, şagirdlərdə təlimə marağı,
məsuliyyət hissini artırmaq əvəzinə,
əksinə, azaldır, onların inkişafını
sistemli şəkildə izləməyə imkan vermir. Ona
görə də şagird, bir qayda olaraq, qiymət almaq
xatirinə oxuyur. Bütün bu arqumentlər yaxın
gələcəkdə məktəblərimizdə şagird
nailiyyətlərinin qiymətləndirilməsi sisteminin köklü
şəkildə dəyişdirilməsini, ən başlıcası,
gündəlik qiymətləndirmənin aradan qaldırılmasını
zəruri vəzifə kimi gündəmə gətirir. Bununla
əlaqədar nəzərdə tuturuq ki, bu dərs ili
ərzində məktəbdaxili qiymətləndirmənin
elmi-metodik əsaslarını və təşkilati
mexanizmlərini işləyib hazırlayaq və
eksperimentdən keçirərək növbəti dərs
ilindən tətbiqinə başlayaq. Bu
məsələnin həyata keçirilməsi ilə bağlı
yerli təhsil orqanları, məktəb
rəhbərləri və müəllimlərin
təklifləri də bizim üçün faydalı olardı. Hörmətli qurultay nümayəndələri!
Məktəbdaxili qiymətləndirmənin mühüm bir
tərkib hissəsi şagirdlərin bilik, bacarıq və
vərdişlərinin yekun attestasiyası, yəni buraxılış
imtahanlarıdır. Şübhə yoxdur ki, hər hansı
bir məktəbin fəaliyyətinin keyfiyyət
səviyyəsi daha çox təhsilalanların buraxılış
imtahanlarında göstərdikləri
nəticələrlə ölçülür. Bu mənada uzun
illərdən bəri imtahanların forma və məzmunca
təkmilləşdirilməsi, yeni mexanizmlərin müəyyən
olunması bizi daim düşündürürdü. Nəhayət, inkişaf
etmiş ölkələrin təcrübəsini
nəzərə alaraq, buraxılış imtahanlarının
mərkəzləşdirilmiş qaydada aparılmasını
qərara aldıq. Yeni formanın tətbiqi bir çox müsbət
cəhətləri ilə əlamətdardır. Belə
ki, imtahanların bir gündə neytral
mərkəzlərdə keçirilməsi,
nəticələrin texniki vasitələrlə yoxlanması
və qısa zamanda elan edilməsi subyektivliyi minimuma
endirməklə təhsil orqanlarının, məktəb
rəhbərlərinin, müəllimlərin, şagird və
valideynlərin məsuliyyətini artıran vacib amillər
kimi meydana çıxır. Ədalət naminə deyək ki,
imtahanların həmin qaydada təşkili
əksəriyyət tərəfindən rəğbətlə
qarşılanır. Lakin bu imtahan formasının
əleyhinə çıxan, onu qəbul etməyənlər
də vardır. Onlara elə gəlir ki, təhsil
səviyyəsindən asılı olmayaraq, övladları mütləq
attestat almalıdır. Unudurlar ki, ölkəmizdə ümumi
orta təhsil icbaridir, təhsil sənədi isə yalnız
müvafiq standartlar səviyyəsində bilik və bacarıqlara
yiyələnmiş şagirdlərə verilir. Lakin bəzi çətinliklərə
baxmayaraq, biz imtahanlarla bağlı müəyyən olunmuş
kursu ardıcıl davam etdirəcəyik. Diqqətinizə
çatdırım ki, cari dərs ilindən başlayaraq ölkənin
bütün ümumtəhsil məktəblərində vahid
mərkəzləşdirilmiş imtahan formasının
tətbiqi nəzərdə tutulur. Mühüm vəzifələrdən biri də
təhsilin məzmununu və sistemdə baş verən
dəyişiklikləri dəyərləndirmək üçün
Milli qiymətləndirmənin aparılmasıdır. Bunun
üçün isə dünya təcrübəsi əsasında ciddi hazırlıq
işləri görülməlidir. Milli qiymətləndirmə
ibtidai və əsas təhsilin nəticələrini
də əhatə edəcəkdir.
Bir neçə kəlmə də beynəlxalq
qiymətləndirmə haqqında. Azərbaycanın
təhsil sistemində ilk dəfə olaraq belə
qiymətləndirmə 2006-cı ildə PİSA proqramı
çərçivəsində aparılmışdır. Həmin
prosesdə 15 yaşlı şagirdin ana dili, riyaziyyat
və təbiət fənləri üzrə bacarıqlarının
səviyyəsi qiymətləndirilmişdir.
Nəzərinizə çatdırım ki, şagirdlərimiz
riyaziyyatdan nəzəri qabiliyyətlər üzrə reytinq
cədvəlində iştirakçı 57 ölkə arasında
4-cü yeri tutmuşlar. Ancaq onların tətbiqi bacarıqları
o qədər də qənaətbəxş olmamışdır.
Təkcə elə bu fakt göstərir ki, ümumi təhsilin
məzmununda şagirdlərin tətbiq bacarıqlarının
inkişafına xüsusi diqqət yetirilməsi müasir dövrün
ən vacib tələblərindəndir. Hörmətli qurultay iştirakçıları!
Sözsüz ki, müəllim təhsildə əsas sima, ən nüfuzlu
şəxsdir. Azərbaycan dövləti onların şərəfli
əməyini həmişə yüksək
qiymətləndirmişdir. Təkcə son 5 ildə 700
nəfərdən çox təhsil işçisi Prezident
sərəncamı ilə dövlət təltiflərinə
layiq görülmüşdür ki, bu da bütövlükdə sovet dövründə
təltif olunanların sayından xeyli artıqdır. ölkənin təhsil tarixində ilk
dəfə olaraq dövlət səviyyəsində "Ən
yaxşı ümumtəhsil məktəbi" və "Ən
yaxşı müəllim" müsabiqələrinin keçirilməsi,
qalib adını qazanmış 50 məktəbin və 100
müəllimin yüksək məbləğdə pul mükafatı
ilə mükafatlandırılması cəmiyyətdə böyük
rəğbətlə qarşılanmışdır. Bu müsabiqələr
məktəb və müəllimlər arasında sağlam
rəqabəti, innovativ fəaliyyətə
istiqamətlənmiş yaradıcılıq və təşəbbüskarlıq
meyillərini gücləndirməklə nəticə
etibarilə təhsilin keyfiyyətinin yüksəlməsinə
müstəsna dərəcədə müsbət təsir göstərmişdir. Müəllim əməyini əsl
vətənpərvərlik nümunəsi adlandıranlar heç
də səhv etmirlər. Belə bir obrazlı ifadə
də var ki, müəllim dəyişəndə
cəmiyyət də dəyişir. Bu mənada ictimai
rəy hər bir müəllimin fəaliyyətinin güzgüsü,
məhək daşıdır. Nahaq yerə demirlər ki,
hər öyrədən müəllim deyil, o kəs müəllimdir
ki, ondan öyrənirlər. Həm də o müəllim yaxşı
öyrədə bilər ki, onu yaxşı öyrədiblər. Bununla belə, açıq etiraf edək ki, bu gün
məktəblərimizdə öz peşəsinin vurğunu
olan, peşəkarlığı ilə
fərqlənən müəllimlərlə yanaşı,
pedaqoji aləmə təsadüfən düşən, yalnız
diplomuna görə müəllim sayılanlar da vardır.
Qəribə görünsə də, belə müəllimlər
məktəblərə çox asanlıqla yol tapa bilirlər.
Məhz bunun nəticəsidir ki, son 5 ildə şagirdlərin
sayı 219 min nəfər azaldığı halda, müəllimlərin
sayı 11 min nəfər artmış, müəllim-şagird
nisbəti 10,1-dən 8,4-ə enmişdir. Təəssüf
ki, belə müəllimlərin
pedaqoji sahədən uzaqlaşdırılmasını
tənzimləyən normativ-hüquqi baza yaratmaq mümkün olmamışdır.
Hesab edirəm ki, müəllim korpusunun tərkibini sağlamlaşdırmaq
üçün attestasiya ilə bərabər, daha təsirli
tədbirlər görülməlidir. Eyni zamanda müəllimlərin
seçilməsi və işə təyin olunması
sahəsində dünyada tətbiq olunan modellərdən
də yaradıcı şəkildə istifadə olunması
ümumi işə xeyli fayda verərdi.
Yaxın gələcəkdə müəllim
hazırlığı ilə əlaqədar dünya təcrübəsində
özünü doğrultmuş mexanizmlərin tətbiqini də
nəzərdə tuturuq. Buraya, ilk növbədə, pedaqoji
ali məktəbləri bitirən məzunların bir il sınaq
müddətini başa vurduqdan sonra tamhüquqlu müəllim
statusu almaları, habelə işləyən müəllimlərin
fəaliyyətlərini davam etdirməsinə hüquqi
əsas verən lisenziyalaşdırma mexanizminin yaradılması,
pedaqoji fəaliyyət üçün yaş senzinin müəyyənləşdirilməsi
daxildir. Bütün bunlar, heç şübhəsiz,
məktəblərin səriştəli müəllimlərlə
təminatında, peşəkar səviyyəli pedaqoji
kollektivlərin formalaşmasında əhəmiyyətli
rol oynayacaqdır. Daha bir problemi diqqətinizə çatdırmaq
istərdim. Hazırda ölkəmizin ucqar yaşayış
məntəqələrində yerləşən, şagirllərinin
sayı 100 nəfərdən az olan 1239 məktəb
fəaliyyət göstərir. Həmin
məktəblərdə dərs saatları xeyli az olduğundan
onları bəzi fənlər üzrə ixtisaslı müəllimlərlə
təmin etmək qeyri-mümkündür. Bu isə həmin
məktəblərdə təhsilin keyfiyyətinə
mənfi təsir göstərir. Ona görə də bu
problemdən yeganə çıxış yolunu hökumətin
dəstəyi ilə dünya təcrübəsində özünü çoxdan
doğrultmuş məktəblərin rasionallaşdırılması
sahəsində ciddi addımların atılmasında,
ucqar yaşayış məntəqələrində
şagirdlərin daşınması üçün nəqliyyat
vasitələrinin ayrılmasında görürük. Daha bir problem haqqında. Əgər 5 il
əvvəlki dövrə nəzər salsaq, kənd
yerlərində 7 min nəfərədək pedaqoji kadra
ehtiyac yaranması ciddi narahatlıq doğururdu. Bu problemin
həllində hökumətin 2004-cü ildə təsdiq etdiyi Dövlət
Proqramı mühüm rol oynadı. Məlumat verim ki, Proqrama
əsasən indiyədək ucqar kənd
məktəblərinə güzəştli şərtlərlə
4788 müəllim göndərilmişdir. Bununla belə, hesab edirəm ki, pedaqoji kadr
təminatını daha da yaxşılaşdırmaq
üçün ucqar yaşayış
məntəqələrindəki məktəblərə göndərilən
gənc mütəxəssislərin hərbi xidmətdən
azad olunması, kənd yerlərindəki pedaqoji kadrlara
tətbiq olunan güzəştlərin daimi saxlanması, müstəqil
ibtidai və əsas məktəblərdə stavkadan aşağı
dərs yükünün bir stavka hesabı ilə maliyyələşdirilməsi
məsələlərinə dövlət
səviyyəsində baxılıb həll edilməsi
məqsədəuyğun olardı. Hörmətli qurultay nümayəndələri!
Hörmətli qonaqlar! Bu gün cəmiyyətdə
təhsillə bağlı daha çox müzakirəyə
səbəb olan məsələ bilavasitə təhsilin
keyfiyyəti ilə əlaqədardır. Problemə
obyektiv yanaşsaq, təhsilin keyfiyyəti sahəsində
arzu olunan nəticələrə hələ də nail
olunmasa da, təhsil infrastrukturunun müasir standartlara uyğun
yenidən qurulması, məzmun, qiymətləndirmə
və müəllim hazırlığı üzrə islahatların
aparılması, kadr təminatı istiqamətində
təsirli tədbirlərin görülməsi, beynəlxalq
təcrübənin öyrənilib tətbiq olunması
təhsilin keyfiyyətinin xeyli yüksəldilməsi ilə
nəticələnmişdir. Faktlara müraciət edək. Son 5 ildə orta
məktəb məzunlarının ali
məktəblərə qəbul imtahanlarında göstərdikləri
nəticələr ilbəil yaxşılaşmış,
600-dən çox bal toplayanların sayı 2
dəfədən çox artaraq 766-dan 1582 nəfərə çatmışdır.
İmtahan iştirakçıları arasında 300-dən
yuxarı bal toplayanlar 2004-cü ildəki 22,84 faizdən
2008-ci ildə 30 faizədək artmışdır. Cari
ildə 6 nəfər şagird 700 bal toplamışdır. Keyfiyyət göstəricilərinin yüksəlməsi
Bakı şəhərinin timsalında daha aydın görünür,
hesab edirəm ki, bu da bilavasitə 2006-cı ilin martında
Təhsil Nazirliyinin tabeliyində vahid idarəetmə orqanının
- Bakı Şəhəri üzrə Təhsil İdarəsinin
yaradılmasının nəticəsində mümkün olmuşdur.
Düşünürəm ki, bu müsbət təcrübə yaxın
gələcəkdə respublikanın digər şəhər
və rayonlarına da tətbiq olunmalıdır.
Son illərdə dünya fənn olimpiadalarında
və beynəlxalq bilik yarışlarında
məktəblilərimizin 12 qızıl, 24 gümüş, 59 bürünc
medal qazanması da ölkədə təhsilin keyfiyyət göstəricilərinin
artmasına real sübutdur. Dövlət başçısının
2006-cı ildə təsdiq etdiyi "Xüsusi istedada malik
olan uşaqların (gənclərin) yaradıcılıq
rotensialının inkişafı üzrə Dövlət Proqramı"
da keyfiyyətli təhsil uğrunda sağlam
rəqabətin gücləndirilməsinə güclü təkan
vermişdir. Bununla belə, etiraf etmək lazımdır
ki, bu gün ümumtəhsil məktəblərində
təhsilin səviyyəsi, şagirdlərin təlim
nailiyyətləri ictimaiyyəti qane etmir. Əlbəttə,
zəif maddi-texniki baza, pedaqoji kadr və metodik təminatın
lazımi səviyyədə olmaması məktəbin
nəticələrinə təsir edən
amillərdəndir. Lakin, fikrimcə, məktəbə
kimin rəhbərlik etməsi daha həlledicidir. Elə
direktorlar var ki, təhsilin müasir rroblemlərini lazımınca
dərk etmir, yaradıcılıq və təşəbbüskarlıqları
ilə fərqlənmirlər. Belə direktorların
rəhbərlik etdikləri məktəblərdə
təlim keyfiyyəti aşağı olur və onlarla,
təbii ki, müasir inkişafı şərtləndirən
təhsil ideyalarını həyata keçirmək qeyri-mümkündür.
Bütün bunlarla əlaqədar direktorların attestasiyası
və təyinatı, məktəblərdə təlim
keyfiyyətinin monitorinqi və attestasiyası ilə bağlı
yeni mexanizmlərin işlənib hazırlanması ən
vacib vəzifələrimizdəndir. Eyni zamanda ali
məktəblərin bakalavriat, daha çox isə magistratura
pilləsində təhsilin idarəolunması
sahəsində kadrların hazırlanmasına başlanmasının
da vaxtı gəlib çatmışdır. Məktəblərdə idarəetmənin
ictimai yönümünün gücləndirilməsində, təhsilin
keyfiyyətinə birbaşa təsir edən kollegial
qərarların qəbulunda valideyn komitələri,
məktəb-valideyn assosiasiyaları mühüm rol oynaya
bilər. Son zamanlar YUNİSEF-in dəstəyi ilə
Təhsil Nazirliyi tərəfindən həyata keçirilən
tədbirlər nəticəsində ölkə üzrə
Valideyn-Müəllim Assosiasiyası yaradılıb və hazırda
bu birliyə daxil olan məktəblərin sayı artmaqdadır.
Lakin belə qurumlardan fərqli olaraq bütün ümumtəhsil
məktəblərində valideyn komitələri
fəaliyyət göstərsə də, təəssüflə
qeyd etməliyəm ki, onların fəaliyyəti daha çox
fərdi qayğı və rroblemlərin həllinə yönəlmişdir.
Nalbuki inkişaf etmiş ölkələrdə valideyn
birlikləri böyük nüfuza malik olmaqla, nəinki
məktəblərin sosial-iqtisadi rroblemlərinin
həllində, habelə təlimin məzmununun
təkmilləşdirilməsində, redaqoyi kadrların
tərkibinin yaxşılaşdırılmasında,
məktəblərin idarə olunmasında fəal iştirak
edir. Növbəti illərdə yerli təhsil orqanları bu
vacib məsələyə ciddi diqqət yetirməlidir. Xüsusilə
də valideyn komitələri cari dərs ilindən vahid
məktəbli formasına keçidin təmin olunması
prosesinə daha fəal cəlb olunmalıdır. Hörmətli qurultay nümayəndələri
və qonaqlar! BMT tərəfindən qəbul edilmiş
"Minilliyin məqsədləri"ndə hər bir ölkədə
"Uşaq müdafiə sistemi"nin yaradılması
nəzərdə tutulmuşdur. Bu sistem uşaqlara qarşı
bütün zorakılıq hallarının, kobud rəftarın
və digər zərərli təsirlərin profilaktikası,
uşaqların təhsili, sağlamlığı və müdafiəsi
sahəsində fəaliyyət göstərən bütün dövlət
və qeyri-hökumət təşkilatlarının,
vətəndaş cəmiyyəti qurumları və medianın
səylərinin əlaqələndirilməsini özündə
ehtiva edir. Bu mənada möhtərəm Prezidentimizin
sərəncamı ilə təsdiq olunmuş
"De-institutlaşdırma" Proqramı ölkəmizdə
səmərəli "Uşaq müdafiə sistemi" yaradılması
istiqamətində atılan əhəmiyyətli addımlardır.
Uşaq
və gənclərin estetik, ekoloji və fiziki
tərbiyəsində, yaradıcılıq
tələbatlarının ödənilməsində
məktəbdənkənar təhsil müəssisələri
mühüm rol oynayır. Dünya və Avropa çempionatlarında,
olimpiadalarda möhtəşəm qələbələr
qazanan idmançılar arasında idman təmayüllü
məktəbdənkənar təhsil müəssisələrinin
də yetirmələrinin olması hamımızda qürur
və iftixar hissi doğurur. Texniki və bədii yaradıcılıq
sahəsində də nailiyyətlərimiz az deyildir.
Bununla belə, etiraf etmək lazımdır
ki, həmin müəssisələrin
iş şəraitinin, maddi bazasının yaxşılaşdırılması,
məktəblərlə əlaqələrinin möhkəmləndirilməsi,
təminatı sahəsində həlli vacib problemlər
hələ də qalmaqdadır. Ona görə də
məktəbdənkənar təhsil müəssisələrinin
bütövlükdə fəaliyyətinin geniş təhlilini
aparmaq və nəticə etibarı ilə onların maraq
və tələblərə uyğun fəaliyyətini
tənzimləyən optimal normativ-hüquqi baza yaratmaq yaxın
gələcək üçün müəyyənləşdirdiyimiz
vəzifələr sırasına daxildir. Hörmətli həmkarlar! İndi də
sosial-iqtisadi infrastrukturun qurulmasında müstəsna
əhəmiyyət kəsb edən texniki peşə
təhsili haqqında fikirlərimi bildirmək
istəyirəm. Reallıq bundan ibarətdir ki, sovetlər
birliyinin süqutundan sonra problemlər "bolluğu"
ilə üzləşən təhsil sistemimizin bu vacib
sahəsinə uzun müddətdən bəri lazımi
diqqət ayırmaq mümkün olmamışdır. Texniki peşə təhsilinin inkişafının
ləngiməsində cəmiyyətdə ona qarşı
yaranmış münasibət də az rol oynamamışdır.
Belə ki, keçmiş sovet dönəmindən qalan
ənənə olaraq insanlar peşə təhsili ocaqlarına
məktəbdə zəif oxuyan, nizam-intizama riayət
etməyən uşaqların cəlb olunduğu müəssisələr
kimi baxmışlar. Təsadüfi deyil ki, texniki peşə
məktəblərinə ümumtəhsil məktəb
məzunlarının, bir qayda olaraq, 10-11 faizi qəbul
edilmişdir və indi də vəziyyət dəyişilməmişdir.
Halbuki inkişaf etmiş ölkələrdə bu
rəqəm 40-60 faiz təşkil edir. Təəssüf ki, yerli təhsil orqanları,
məktəb rəhbərləri insanın
gələcək həyatının qurulmasında peşə
təhsilinin vacibliyi barədə şagird və
valideynlər arasında heç bir təbliğat, təşviqat
işləri aparmırlar. Buna görə də onların
əksəriyyəti həmin müəssisələrdə
öyrədilən peşələrdən xəbərsizdir.
Orta məktəb məzunlarının potensial imkanları
çatdı-çatmadı bilavasitə ali
məktəblərə istiqamətlənməsi də,
əsasən, bu amillərlə bağlıdır. Texniki peşə təhsili müəssisələrimizin
bina şəraitinin, maddi-tədris və texniki bazasının
müasir səviyyəli sənətkar kadrlarının hazırlanmasına
cavab verməməsi də bu günümüzün reallığıdır.
Texnoloji yeniliklərin ilbəil dəyişdiyi bir şəraitdə
inkişaf etmiş ölkələrdə yüksək
modifikasiyalı avadanlıq və vasitələr tətbiq
olunduğu halda, bizim müəssisələrimizdə
hələ də ötən
əsrin 70-ci illərində verilən avadanlıqlardan
istifadə olunur. Bütün bu problemlərə baxmayaraq, ölkə
Prezidentinin 2007-ci ilin iyul ayında təsdiq etdiyi
"Texniki peşə təhsilinin inkişafı üzrə
Dövlət Proqramı"nın
bu vacib sahədə ciddi dönüş yaradacağına
böyük ümidlər bəsləyirik. Diqqətinizə çatdırım ki, Proqram
çərçivəsində Avrora Təhsil Fondu, Böyük Britaniya,
Avstriya, Cənubi Koreya və üUNESKO ilə reşə
təhsilinin təkmilləşdirilməsi üzrə
layihələrin həyata keçirilməsi planlaşdırılır.
Düşünürəm ki, dərs ilinin
əvvəlində Qəbələdə turizm və otelçilik
üzrə müasir tələblərə cavab verən reşə
tədris mərkəzinin açılması proqramın
həyata keçirilməsi istiqamətində atılan ilk uğurlu
addımlardan biri kimi yadda qalacaqdır. Onu da
diqqətinizə çatdırım ki, Dövlət Proqramına
əsasən yaxın gələcəkdə daha bir neçə
belə mərkəz yaradılacaqdır. Bundan
əlavə, 2008-ci ilin sonunadək 8 reşə təhsili
müəssisəsinin əsaslı təmiri başa çatdırılacaqdır. Hörmətli qurultay iştirakçıları!
Son illər ali və orta ixtisas təhsilinin mütərəqqi
dünya təcrübəsinə uyğun inkişafı
istiqamətində də bir sıra əhəmiyyətli
tədbirlər həyata keçirilmişdir. Hesabat dövründə əmək bazarının
tələbatına görə orta ixtisas təhsili müəssisələrinin
kadr hazırlığı strukturunda ciddi dəyişiklik
edilmiş, ixtisas və istiqamətlər üzrə dövlət
standartları yeniləşdirilmişdir. Eyni zamanda
tələbələrin nailiyyətlərinin çoxballı
sistemlə qiymətləndirilməsi tətbiq olunmuş,
kredit sisteminə keçidlə bağlı təşkilati işlər
görülmüşdür. Bununla belə, qeyd etməyi lazım
bilirəm ki, orta ixtisas təhsili müəssisələrinin
maddi-tədris bazası hələ də müasir
tələblərə cavab vermir. Dəqiq proqnozlaşma
mexanizmi olmadığından bəzi bölgələrdəki
kolleclər ehtiyac duyulmayan ixtisaslar üzrə müəllim
kadrları hazırlamaqda davam edirlər. Həmin müəssisələrin
məzunlarının peşəkarlıq səviyyəsi
də ictimaiyyəti qane etmir. Ona görə də müasir dövrdə
müəllim peşəsinə qarşı cəmiyyətin
tələbkarlığının artdığı bir
vaxtda bu məsələnin araşdırılıb
tezliklə ciddi qərarlar qəbul edilməsi qarşıda
duran əsas vəzifələrdəndir. Hörmətli qurultay iştirakçıları!
Qloballaşan müasir dünyada sürətli dəyişikliklərin
baş verdiyi bir zamanda ali təhsilin sosial-iqtisadi və
mədəni sahələrdə davamlı inkişafa
təkan verən real qüvvə olması danılmazdır. Ali təhsil həm də özündən
əvvəlki pillələrdə təhsilin
səviyyəsinin və dövlət standartlarının müasir
tələblərə uyğunlaşdırılmasına
zəmin yaradan etibarlı mənbə hesab edilir. Pedaqoji
sahə üçün müəllim kadrlarının hazırlanmasının
və müvafiq elmi-tədqiqatların aparılmasının
bütün ağırlığı da məhz ali təhsilin
üzərinə düşür. Hesabat dövründə ali təhsil müəssisələrinin
infrastrukturunun yeniləşdirilməsi istiqamətində
əhəmiyyətli addımlar atılmış, Boloniya
Bəyannaməsinin müddəalarına uyğun olaraq, ali
təhsil sisteminin yeniləşdirilməsi və
təhsilin keyfiyyətinin ümumavropa
tələblərinə uyğunlaşdırılmasına
ciddi diqqət yetirilmişdir. İlk növbədə,
bakalavr hazırlığının yeni nəsil dövlət
standartları və akkreditasiya qaydaları hazırlanıb
təsdiq olunmuşdur. 2006-cı ilin sentyabrından 21 ali
məktəbdə 30 ixtisas üzrə kredit sisteminin
tətbiqinə başlanmış, 15 ali və 6 orta
ixtisas təhsili müəssisəsi akkreditasiyadan keçirilmişdir.
Eyni zamanda Avropa Komissiyası, Avropa Şurası və
YUNESKO tərəfindən təsdiq olunmuş diploma
əlavənin vahid modeli əsasında ölkə üzrə müvafiq
sənəd hazırlanmışdır. Bunlarla yanaşı, müəllim hazırlığı
sisteminin təkmilləşdirilməsinə yönəlmiş
"Fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığının
konsepsiya və strategiyası" sənədi hökumət
tərəfindən təsdiq edilmiş, gələcək
müəllimlərə təlim texnologiyaları üzrə
zəruri bacarıqların aşılanmasına xidmət
edən və Azərbaycan təhsili üçün tamamilə yeni
olan "Təhsilin əsasları" fənninin
dərsliyi hazırlanıb nəşrə təqdim olunmuşdur.
İbtidai siniflər üçün müəllim hazırlığını
təmin edən yeni kurrikulumların hazırlanması
və onların 3 pilot ali təhsil müəssisəsində
tətbiqinin nəzərdə tutulması da hesabat dövrünün
əlamətdar hadisələrindəndir.
Lakin, bunlarla yanaşı, ali təhsil müəssisələrində
öz həllini gözləyən ciddi problemlər hələ
də qalmaqdadır. Belə ki, ali məktəblərimizin
böyük əksəriyyətinin tədris bazası
hələ də hazırkı dövrün
tələblərini tam ödəmir. Təlimdə İKT-nin
tətbiqinin artıq zərurətə çevrildiyi bir vaxtda
ali məktəblərimizin əksəriyyətində bu
vacib məsələyə yetərincə diqqət
yetirilmir. Müasir tələbə yalnız mühazirələri
dinləməklə, seminarlarda iştirak etməklə
savadlı mütəxəssis kimi yetişə bilməz. Geniş
informasiya məkanına daxil olmasına şərait yaradılmaqla
bərabər, tələbədə elektron
vasitələrdən istifadəyə marağın oyadılması
çox vacibdir. Düşünürəm ki, ödənişli
təhsildən və digər mənbələrdən
əldə olunmuş vəsaitlər daha çox informasiya
məkanının, eləcə də müasir avadanlıqlarla
təchiz edilmiş laboratoriyaların yaradılmasına,
dərslik və dərs vəsaitlərinin hazırlanmasına
yönəldilməlidir. Magistr hazırlığının
məzmununun tamamilə yenidən qurulması,
təhsilalanların yekun attestasiyası sahəsində
inkişaf etmiş ölkələrdəki mütərəqqi
model və mexanizmlərin yaradıcılıqla tətbiq
olunması, ümumi orta və ali təhsil pillələri
arasında işgüzar əlaqələrin müasir
tələblər səviyyəsində qurulması da növbəti
illərdə əsas vəzifələrimizdən birini
təşkil edir. Hörmətli qurultay iştirakçıları!
İnkişaf etmiş dövlətlərlə müqayisədə
ölkəmizin ali təhsil sistemində müəyyən
problemlərin olması bəlkə də təbii
qəbul edilməlidir. çünki qısa bir zamanda on
illərlə intensiv inkişaf yolu keçmiş ölkələrin
səviyyəsinə çatmaq, əlbəttə, qeyri-mümkündür.
Lakin biz bu problemlərin həlli yollarının axtarılması
və tədricən aradan qaldırılmasını müntəzəm
davam etdirməli, bütün səylərimizi ali
məktəblərdə əmək bazarının
tələbatına cavab verən, rəqabətədavamlı
mütəxəssislərin hazırlanmasına yönəltməliyik.
Əlbəttə, bu cür bacarıq və
keyfiyyətlərə malik mütəxəssis hazırlığını
yalnız ali məktəblərin bugünkü imkanları
ilə məhdudlaşdırmaq düzgün olmazdı. Müasir dövr
insanın bütün həyatı boyu fasiləsiz təhsil
almasını, bilik və bacarığını, peşəkarlıq
səviyyəsini daim təkmilləşdirməyi
tələb edir. Təsadüfi deyil ki, təhsil
ekspertləri fasiləsiz təhsili Avropanın
gələcək inkişafında həyati
məsələ kimi qiymətləndirirlər. Artıq dünyada
belə bir fikir formalaşır ki, universitetlərin statusu
yüksəldilməklə onlar tədricən elmi-tədqiqat
və peşə hazırlığı üzrə
fasiləsiz təhsil mərkəzlərinə çevrilməlidir.
Bu barədə hamımız ciddi düşünməliyik. Göründüyü kimi, ali təhsilin inkişafı
ilə bağlı öz həllini gözləyən
məsələlər kifayət qədərdir. Ona görə
də dövlət başçısının müvafiq
sərəncamına əsasən "2009-2013-cü
illərdə Azərbaycan Resrublikasının ali
təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı"
layihəsini, eyni zamanda üUNESKO və digər beynəlxalq
qurumların qəbul etdiyi sənədlərə uyğun
hazırlanmış ixtisasların yeni siyahısını
hazırlayıb hökumətə təqdim etmişik. Heç
şübhəsiz, təsdiq olunduqdan sonra Proqramın icrası
ilə bağlı həyata keçiriləcək
tədbirlər ali təhsil sisteminin inkişafında mühüm
bir mərhələ təşkil edəcəkdir.
Nörmətli qurultay iştirakçıları!
Məlum həqiqətdir ki, təhsil elmsiz, elm təhsilsiz
inkişaf edə bilməz. Bu iki strateyi sahə bir biri
üçün tədqiqat və tətbiq obyektidir. Bu gün ölkəmizin ali
məktəblərində həyata keçirilən elmi
fəaliyyət bütövlükdə Azərbaycan elminin
nailiyyətlərinin artırılmasına və
beynəlxalq miqyasda tanınmasına xidmət edir.
Təsadüfi deyil ki, təkcə ötən il ali
məktəb alimləri tərəfindən ararılmış
80 elmi-tədqiqat işinin nəticələri AMEA-nın
son hesabatında uğurlu nailiyyətlər kimi
qiymətləndirilmişdir. Bundan əlavə, xarici
yurnallarda alimlərimizin 800-dən artıq elmi
məqaləsi dərc olunmuş, ali məktəblərin
300 əməkdaşı xarici ölkələrdə keçirilmiş
konfrans və simroziumlarda iştirak etmişdir. Nazırda
Təhsil Nazirliyi sistemindəki ali
məktəblərdə elmi-tədqiqatların
nəticələrini ictimaiyyətə çatdırmaq üçün
23 adda elmi yurnal və məcmuə nəşr olunur. Bütün bunlarla yanaşı, qeyd etməyi lazım
bilirəm ki, ararılan elmi-tədqiqat işləri heç
də həmişə aktuallığı ilə
diqqəti cəlb etmir, tədqiqat istiqamətləri seçilərkən
müasir elm dünyasını düşündürən rrioritet
məsələlər lazımınca nəzərə alınmır.
Əgər tədqiqatın nəticələri istehsalatda
tətbiqə, konkret sahənin inkişafına deyil, yalnız
elmi ad almağa, yaxud, sadəcə, "elmi
əsərlər"in sayını artırmağa
xidmət edirsə, bunun nə elmə, nə də
təhsilə heç bir faydası yoxdur. Lakin biz gələcəyə nikbinliklə
baxırıq. Bu nikbinliyin başlıca səbəbi möhtərəm
Prezidentimizin "Azərbaycan elmində islahatların aparılması
ilə bağlı dövlət komissiyasının yaradılması
haqqında" 10 aprel 2008-ci il tarixli sərəncamı
olmuşdur. Dövlət Komissiyası tərəfindən
2009-2015-ci illərdə elmin inkişafı üzrə Dövlət
Proqramının layihəsi üzərində işlər başa
çatmaq üzrədir. Hesab edirəm ki, Proqram təsdiq
edildikdən sonra bu mühüm sahənin inkişafında
əsaslı dəyişikliklər olacaqdır. Hörmətli qurultay nümayəndələri!
Hesabat dövründə ixtisasartırma təhsili
sistemində də dünya təcrübəsinə uyğun müəyyən
keyfiyyət dəyişiklikləri həyata keçirilmişdir.
Bu prosesdə Azərbaycanda fəaliyyət göstərən
beynəlxalq təşkilatlar, o cümlədən Britaniya
Şurası, YUNİSEF, Müasir Təhsil və
Tədrisə Yardım Mərkəzi ilə əməkdaşlıq
ümumi işə xeyli fayda vermişdir. Diqqətinizə çatdırım
ki, son illər 12 min müəllim inkişaf etmiş ölkələrdə
tətbiq edilən müasir model və mexanizmlər əsasında
təşkil olunan treninqlərdən, öyrədici təlim
kurslarından keçirilmişdir. Son bir neçə ildə Azərbaycan Müəllimlər
İnstitutu və digər ixtisasartırma təhsili müəssisələrinin
maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi,
müasir avadanlıq və texniki vasitələrlə
təchiz olunması, kadr tərkibinin keyfiyyətcə yaxşılaşdırılması
ixtisasartırma tədbirlərinin yeni forma və
məzmunda təşkilinə əlverişli şərait
yaratmışdır. Diqqətinizə çatdırmaq istərdim ki,
fasiləsiz təhsilin vacib komponentləri hesab edilən
ixtisasartırma və yenidənhazırlanma təhsilinin müasir
tələblər səviyyəsində həyata keçirilməsi
istiqamətləri, icra mexanizmləri və
perspektivləri "Fasiləsiz pedaqoji təhsil və müəllim
hazırlığının konsepsiya və strategiyası"
sənədində öz əksini tapmışdır. Hesab
edirəm ki, gələcək üçün müəyyən edilmiş
perspektivlər yalnız bu sahənin inkişafına yönəlmiş
Dövlət Proqramı çərçivəsində həyata keçirilə
bilər. Bununla əlaqədar artıq proqramın hazırlanmasına
başlanmışdır və yaxın zamanlarda geniş
müzakirələrdən sonra hökumətə təqdim
olunacaqdır. Nörmətli qonaqlar və həmkarlar!
Azərbaycanın dünya miqyasında nüfuzunun getdikcə
artması təhsil sahəsində beynəlxalq
əlaqələrin daha da inkişafına birbaşa
təsir göstərir. Hazırda Təhsil Nazirliyi dünyanın
30-dək dövlətilə təhsil əlaqələri
yaratmışdır. Dünya Bankı, BMT, YUNİSEF, Avrora
İttifaqı, Avrora Şurası, üUNESKO, İSESKO kimi nüfuzlu
təşkilatlarla birgə həyata keçirdiyimiz
layihələr ölkəmizdə təhsilin müasir
tələblər səviyyəsinə uyğunlaşdırılmasına,
mütərəqqi təcrübələrin öyrənilib
tətbiq edilməsinə əhəmiyyətli təsir göstərmişdir.
Diqqətinizə onu da çatdırım ki,
hazırda 4000 nəfər
azərbaycanlı gənc dünyanın müxtəlif ölkələrinin
ali məktəblərində təhsil alır. ölkəmizdə
təhsil alan əcnəbi tələbələrin sayı
isə 2003-cü illə müqayisədə 2 dəfədən
çox artaraq 6500 nəfərə çatmışdır. Möhtərəm Prezidentimiz İlham Əliyevin
ötən ilin arrelində imzaladığı
sərəncamla "2007-2015-ci illərdə Azərbaycan
gənclərinin xarici ölkələrdə təhsil almalarına
dair Dövlət Proqramı"nı təsdiq etməsi ölkəmizin
təhsil sahəsində beynəlxalq
əlaqələrinin daha da genişlənməsinə
hərtərəfli imkanlar açdı. Şübhə yoxdur ki,
müstəqil Azərbay-canın təhsil həyatında
əlamətdar hadisələrdən biri kimi
qiymətləndirilən bu tarixi sənəd XXI
əsrdə ölkəmizin inkişafına böyük töhfələr
verəcək mütəxəssislərin hazırlanmasında
həlledici rol oynayacaqdır. Proqrama əsasən ötən il 100-ə yaxın
gənc dünyanın 15 ölkəsinin 45 ali
məktəbinə, cari ildə isə daha 130 nəfər
xaricdə təhsil almağa göndərilmişdir. Eyni
zamanda Dövlət Proqramının icrası ilə bağlı
ABŞ hökuməti, Almaniya Akademik Mübadilə Xidməti
(DAAD) və Fransanın KNOUS təşkilatı ilə sazişlər
imzalanmışdır. Hörmətli həmkarlar! Bilirəm ki, siz hamınız
yeni Təhsil Qanununun qəbulunu səbirsizliklə gözləyirsiniz.
Məlumat verim ki, hesabat dövründə təhsil sistemi üçün
əsas qanunvericilik aktı olan Təhsil Qanununun təkmil
variantının hazırlanması istiqamətində
gərgin əmək sərf edilmiş, qanunun layihəsi
birinci oxunuşdan keçmişdir. Hazırda layihə üzərində
təkmilləşdirmə işləri aparılır. Düşünürəm
ki, qurultayda səslənən konstruktiv təkliflər,
yeni ideyalar Qanun layihəsində nəzərə alınacaqdır.
Hörmətli qurultay iştirakçıları!
Mənə ayrılmış vaxt çərçivəsində
son 5 ildə təhsil sahəsində həyata keçirilən
islahatyönümlü tədbirlər, habelə mövcud problem və
perspektiv vəzifələr barədə sizə obyektiv
məlumat verməyə çalışdım. Böyük
zəhmət və gərgin əmək sayəsində
əldə olunmuş uğurlar göz qabağındadır.
Heç şübhəsiz, təhsil sistemimizin dinamik inkişafı,
qazanılan nailiyyətlər, ilk növbədə, dövlətimizin
başçısı möhtərəm İlham Əliyevin
təhsilə göstərdiyi müntəzəm diqqət və
qayğı sayəsində mümkün olmuşdur. Bu inkişafın
davamlı olması, ölkəmizin xoşbəxt
gələcəyi, beynəlxalq aləmdə nüfuz
dairəsinin daha da genişlənməsi, regionda lider dövlət
imicinin saxlanması məqsədilə qarşıdakı
prezident seçkilərində cənab İlham Əliyevə
səs verməliyik. İnanıram ki, ölkəmizin çoxminli
təhsil işçiləri mənim bu fikrimlə tam
həmrəydirlər və biz
artıq öz seçimimizi etmişik. Diqqətinizə görə minnətdaram.
|