· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə


B.e ç.a ç. C.a C. Ş. B.
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31

 

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ dövlət katibinin təhsil və mədəniyyət məsələləri üzrə köməkçisi Qoli Amerinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 20-də ABŞ dövlət katibinin təhsil və mədəniyyət məsələləri üzrə köməkçisi Qoli Amerinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Qoli Ameri ölkəsinin Azərbaycanla münasibətlərə böyük önəm verdiyini vurğuladı. O, ölkəmizdə olduğu müddətdə təhsil sahəsində məhsuldar görüşlər keçirdiyi və müzakirələr apardığı haqda Prezident İlham Əliyevə məlumat verdi. Qoli Ameri ABŞ-la Azərbaycan arasında təhsil və mədəniyyət sahələrində əlaqələrin bundan sonra daha da genişlənməsi istiqamətində bütün imkanlardan istifadə edilməsini vacib saydı.

Prezident İlham Əliyev təhsilin ölkəmizdə prioritet sahələrdən biri olduğunu vurğuladı və bu sahədə Azərbaycanda böyük işlərin görüldüyünü qeyd etdi. Dövlət başçısı Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyini bildirdi və bu istiqamətdə əlaqələrimizin bundan sonra da davam etdiriləcəyinə əminliyini ifadə etdi.

 

AzərTAc

"TƏHSİLƏ QOYULAN VƏSAİT öLKƏMİZİN GƏLƏCƏYİNƏ 

QOYULAN VƏSAİTDİR"

İndi biz faktiki olaraq, Azərbaycanda bütün məktəb infrastrukturunu yeniləşdiririk. İndiyədək 800-ə yaxın məktəbin tikilməsi və gələcək illərdə yüzlərlə məktəbin tikintisi - bu, məktəb sahəsinin maddi-texniki bazasının yeniləşdirilməsini, təhsilin keyfiyyətini də, avadanlıqla təchizatı da təmin edir. Eyni zamanda, hesab edirəm ki, indi vaxt gəlib ki, biz mövcud məktəblərin təmirinə də daha çox vəsait ayıraq. çünki buna da böyük ehtiyac var, xüsusilə, Bakı şəhərində. Yəqin ki, bu il, gələn il Bakı şəhərində yerləşən bütün məktəblərin istilik təchizatı problemləri həll olunmalıdır. Bu, həll ediləcəkdir. Ondan sonra bütün başqa şəhər və rayonlarda da biz bunu həll etməliyik və mövcud məktəbləri də çox gözəl səviyyəyə gətirib çıxarmalıyıq.

Bu sahədə vəsaitə qənaət etməməliyik. çünki təhsilə qoyulan vəsait ölkəmizin gələcəyinə qoyulan vəsaitdir. Bütün inkişaf etmiş ölkələrin uğurlarının səbəbi də məhz ziyalı təbəqəsidir, elmi-texniki tərəqqidir, texnoloji yeniliklərdir. Biz də bu yolu seçmişik. İstəyirik ki, bizim insanlarımız, gənc nəsil bilikli, savadlı olsun və ölkəmizin inkişafında çox böyük rol oynasınlar.

 Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına həsr edilmiş iclasındakı nitqindən.

 

Ukrayna Prezidentinin adından Heydər Əliyev Fonduna məktəbli avtobusu hədiyyə edildi

AzərTAc xəbər verir ki, iyulun 1-də Ukrayna Prezidenti Viktor Yuşşenkonun adından təhsil sahəsində uğurlu layihələr həyata keçirən Heydər Əliyev Fonduna məktəbli avtobusu təqdim edilmişdir. Avtobus Ukraynada beşinci ildir ki, həyata keçirilən "Məktəbli avtobusu" layihəsi çərçivəsində Fonda hədiyyə edilmişdir.

 

Dağıstan Prezidenti Muxu Əliyevə Bakı Dövlət Universitetinin fəxri doktoru adı verildi

İyunun 27-də Bakı Dövlət Universitetində Dağıstan Prezidenti Muxu Əliyevə BDU-nun fəxri doktoru adı verilməsi münasibətilə təntənəli mərasim olmuşdur.

Universitetdə Dağıstan Prezidenti mehribanlıqla qarşılanmış, tələbələr hörmətli qonağa gül dəstələri təqdim etmişlər. Muxu Əliyev universitetdə fəaliyyət göstərən Heydər Əliyev Muzeyinin eksponatları ilə tanış olmuş, muzeyin fəxri qonaqlar kitabına ürək sözlərini yazmışdır.

BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov mərasimi açaraq, Azərbaycan və Dağıstan xalqlarının çoxəsrlik dostluq telləri ilə bir-birinə sıx bağlı olduqlarını qeyd etmişdir. O bildirmişdir ki, Dağıstanda Azərbaycanın görkəmli siyasi xadimi, Böyük Vətən müharibəsi illərində bu qardaş respublikaya rəhbərlik etmiş, onun inkişafına böyük töhfələr vermiş Əziz Əliyevin xatirəsinə dərin ehtiram bəsləyirlər.

YUNİSEF-in Azərbaycan nümayəndəliyi rəhbərinin missiyası başa çatdı

Son 4 ildə YUNİSEF-in ölkəmizdəki nümayəndəliyinə rəhbərlik etmiş xanım Hanaa Singer öz missiyasını başa vurub. Bu münasibətlə iyulun 1-də Təhsil Nazirliyində ölkəmizi tərk etməyə hazırlaşan xanım Hanaa Singerin yola salınması mərasimi keçirilib.

 

Mərasimi giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov YUNİSEF təşkilatının ötən müddətdə ölkəmizdəki missiyasını uğurla yerinə yetirdiyini, uşaqların sağlamlığı və inkişafı, hüquqlarının qorunması, təhsili sahəsində bir sıra layihələr reallaşdırdığını bildirdi.

Yaponiya səfirliyində imzalanma mərasimi

 

İyunun 27-də Yaponiyanın Azərbaycandakı səfirliyində Yaponiya  hökumətinin "Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı Proqramı" çərçivəsində həyata keçiriləcək 4 layihə üzrə müqavilələrin imzalanma mərasimi keçirildi.

 

Mərasimdə Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov, səhiyyə nazirinin müavini Elsevər Ağayev, müqavilələri imzalayacaq qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirdilər.

Qonaqları salamlayan Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Masamitsu Oki onları burada görməsindən məmnunluğunu ifadə etdi və imzalanacaq layihələrin hazırlanmasında əməyi olanlara təşəkkürünü bildirdi.

Şirin xatirəyə çevrilən buraxılış gecəsi

İyunun 25-də  Azərbaycan Memarlıq və İnşaat Universitetində 2007-2008-ci tədris ili məzunlarının təntənəli buraxılış gecəsi keçirildi. Mərasim başlamazdan əvvəl tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin universitetin həyətində ucaldılmış abidəsi önünə gələrək, onun xatirəsini ehtiramla yad edib, əklil və tər qərənfillər qoydular.

Tədbiri açıq elan edən universitetin rektoru Gülçöhrə Məmmədova qeyd etdi ki, hər il təlim-tərbiyə ocağında məzunlarla bağlı görüşlər keçirilir və bugünkü mərasim də həmin tədbirlərin davamıdır.

ölkə başçısı cənab İlham Əliyevin respublikamızda elm və təhsilin inkişafına göstərdiyi qayğısından, dünya təhsil sisteminə inteqrasiya olunmasındakı xidmətlərindən danışan rektor vurğuladı ki, universitetin professor-müəllim heyəti qarşısında duran əsas vəzifə tələbələrə dərin bilik vermək, onları dövlətçiliyimizə sədaqət ruhunda tərbiyə etməkdirsə, tələbələrin də başlıca vəzifəsi elmin sirlərinə dərindən yiyələnməkdir.

ADPU-da məzun günü

 

ADPU-da məzun gününə həsr  olunmuş təntənəli tədbirdə  təhsil nazirinin müavini Elmar Qasımov, akademik  Budaq Budaqov, millət vəkili Fəzail Ağamalı, əmək  veteranı ömər Ağayev,  ali məktəbin müəllimləri, tələbələr  və digər dəvət olunmuş qonaqlar iştirak edirdilər.

 ADPU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor Yusif Məmmədov bu il universiteti bitirən   məzun-gəncləri təbrik edərək bildirdi ki, müəllimlik peşəsi cəmiyyətdə mövcud olan peşə və  ixtisasların arasında xüsusi yer tutur. Bu gün cəmiyyət həyatının  bütün sahələrində müəllim  əməyini, müəllim zəhmətini görmək mümkündür.

Müstəqil Azərbaycan dövlətinin banisi və  qurucusu, ümummilli liderimiz Heydər Əliyev müəllim adını, müəllim əməyini  hər bir  zaman yüksək  qiymətləndirərək demişdir: Mən yer üzündə  müəllimdən yüksək ad tanımıram.

Sankt-Peterburq şəhərində inklüziv təhsillə bağlı beynəlxalq konfrans keçirilib

 

2008-ci ilin 19-20 iyun tarixlərində Sankt-Peterburq şəhərində "İnklüziv təhsil: təhsil siyasətinin və sisteminin təkmilləşdirilməsi problemləri" mövzusunda YUNESKO, Rusiyanın Təhsil və Elm Nazirliyi, A.Hersen adına Rusiya Dövlət Pedaqoji Universitetinin təşkilatçılığı ilə beynəlxalq konfrans keçirilib. Beynəlxalq konfransda ölkəmizi Azərbaycan Respublikası təhsil nazirinin müavini, tarix elmləri doktoru, professor İradə Hüseynova təmsil edib.

 

İnklüziv təhsil problemlərinə həsr edilən beynəlxalq konfransın nümayəndə heyətinin tərkibi kifayət qədər geniş və nüfuzlu idi. Belə ki, iştirakçılar sırasına yaxın və uzaq xarici ölkələrdən - İsveçrə, Almaniya, Finlandiya, Rusiya, Azərbaycan, Belarus, Qırğızıstan, Moldova, Ermənistandan gəlmiş  yüksək səviyyəli nümayəndə heyətləri daxil idi.