|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Peşə məktəbi və peşə liseylərinin 5 günlük iş həftəsinə keçməsi, imtahanların təşkili və keçirilməsi qaydaları haqqında təlimatın və nümunəvi tədris planlarının təsdiq edilməsi barədə "Azərbaycan Respublikasında "Bilik
günü"nün təsis edilməsi və təhsil müəssisələrində
iş rejiminin tənzimlənməsi haqqında"
Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 21 avqust
tarixli fərmanının icrasını peşə
məktəbi və peşə liseylərində təmin
etmək məqsədi ilə ƏMR EDİRƏM: 1. 2008-2009-cu dərs ilindən başlayaraq
respublikanın peşə məktəbi və peşə
liseyləri beşgünlük tədris həftəsinə keçsin. 2. Peşə məktəbi və peşə
liseylərinin 5 günlük iş həftəsi üzrə iş
rejimi, nümunəvi tədris planları və "Texniki peşə
təhsili müəssisələrində imtahanların aparılması,
şagirdlərin kursdan-kursa keçirilməsi və buraxılışı
haqqında təlimat" təsdiq edilsin. 3. Texniki peşə təhsili şöbəsi
(N.Məmmədov) və Təhsil Problemləri İnstitutu
(A.Mehrabov): 3.1.Nümunəvi tədris planları əsasında
peşələr üzrə tədris planlarının hazırlanmasını
təmin etsinlər. 3.2.Tədris planları, imtahanlar haqqında
təlimat və iş rejiminin tətbiqi ilə
əlaqədar peşə təhsili müəssisələrinə
əməli kömək göstərsinlər. 4. Respublikanın peşə
məktəbi və peşə liseylərinin direktorları: 4.1.Əmrin icrası ilə əlaqədar
rəhbərlik etdikləri təhsil müəssisələrində
işçilər, şagirdlər və valideynlər arasında
izahat işlərinin aparılmasını təmin
etsinlər. 4.2.Beşgünlük iş həftəsinə
keçilməsi ilə əlaqədar dərs
cədvəllərinin pedaqoji prinsiplərə uyğun
tərtib edilməsinə nail olsunlar. 4.3.Peşə məktəbləri və peşə
liseylərində şagirdlərin təlim və asudə
vaxtlarının səmərəli təşkil olunmasını
təmin etsinlər. 5. İqtisadiyyat şöbəsi
(H.Zeynalov) və Texniki peşə təhsili şöbəsi
(N.Məmmədov) əmrdə göstərilən
sənədlərin nəşr edilməsi, yerlərə
çatdırılması və digər
məsələləri həll etsinlər. 6. Bütün peşə liseylərində
2-ci və 3-cü kurslarda ümumtəhsil fənlərindən
imtahanlar üçün ayrılmış vaxt məsləhət
saatları kimi istifadə olunsun. 7. İctimaiyyətlə əlaqə
şöbəsi (B.Hüseynzadə) əmrin, iş rejiminin
və imtahanlar haqqında təlimatın "Azərbaycan
müəllimi" qəzetində, "Sənətkar"
jurnalında və "Təhsil xəbərləri"
məcmuəsində dərc olunmasını təmin
etsin. 8. ümumi şöbə (İ.Mirzəyev)
əmrin çoxaldılıb peşə təhsili müəssisələrinə
çatdırılmasını təmin etsin. 9. Təhsil Nazirliyinin 15.03.2000-ci il
tarixli 250 nömrəli əmri ilə təsdiq edilmiş
"Peşə məktəbi və peşə
liseyində imtahanların aparılması və şagirdlərin
kursdan kursa keçirilməsi haqqında təlimat" və
"Peşə məktəbi və peşə
liseyində dövlət buraxılış imtahanlarının
keçirilməsi qaydası haqqında təlimat" qüvvədən
düşmüş hesab edilsin. 10. Əmrin icrasına nəzarət
nazir müavini İ.İsgəndərova həvalə edilsin. Misir MƏRDANOV, Azərbaycan Respublikasının
təhsil naziri 1 iyul 2008-ci il Tədris planlarına dair qeydlərə əlavə barədə Təhsil Nazirliyinin "2008-2009-cu dərs
ili üçün ümumtəhsil məktəblərinin tədris
planlarının təsdiqi haqqında" 09 iyun 2008-ci il
tarixli, 720 nömrəli əmri ilə təsdiq olunmuş
"2008-2009-cu dərs ili üçün tədris planlarına dair
Qeydlər"in 8.3-cü yarımbəndinin II abzasından
sonra aşağıdakı redaksiyada abzas əlavə
edilsin: "Praktik məşğələlər
zamanı 2 qrupa bölünən X-XI siniflərdə seçmə
fənlər üçün nəzərdə tutulmuş saatlardan 1
saatı dərs cədvəlinə salınmaqla informatikanın
tədrisinə verilir". Misir MƏRDANOV, Azərbaycan Respublikasının
təhsil naziri 1 iyul 2008-ci il
|