|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
YUNİSEF-in Azərbaycan nümayəndəliyi rəhbərinin missiyası başa çatdı Son
4 ildə YUNİSEF-in ölkəmizdəki nümayəndəliyinə
rəhbərlik etmiş xanım Hanaa Singer öz missiyasını
başa vurub. Bu münasibətlə iyulun 1-də Təhsil
Nazirliyində ölkəmizi tərk etməyə hazırlaşan
xanım Hanaa Singerin yola salınması mərasimi keçirilib. Mərasimi giriş sözü ilə açan
təhsil naziri Misir Mərdanov YUNİSEF təşkilatının
ötən müddətdə ölkəmizdəki missiyasını
uğurla yerinə yetirdiyini, uşaqların sağlamlığı
və inkişafı, hüquqlarının qorunması,
təhsili sahəsində bir sıra layihələr reallaşdırdığını
bildirdi. Nazir həmin layihələrdən bəzisinin
respublikamız üçün əhəmiyyətini xüsusi olaraq qeyd
edərək bütün bu işlərin görülməsində, bütövlükdə
Təhsil Nazirliyi ilə YUNİSEF arasında
əlaqələrin inkişafında xanım Hanaa Singerin
xidmətlərini yüksək qiymətləndirdi, ölkəmizdə
aparılan təhsil islahatlarına göstərdiyi
dəstəyə görə ona təşəkkür etdi. Nazir habelə H.Singerlə birlikdə nümayəndəlikdə
missiyasını başa vuran proqram rəhbəri,
Azərbaycan məktəbinin yetirməsi Gülanə Hüseynova
haqqında da xoş sözlər dedi, onların hər ikisini
Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri
fərmanı ilə təltif etdi. Xanım Hanaa Singerə və Gülanə Hüseynovaya
gələcək fəaliyyətlərində uğurlar
arzulayan Misir Mərdanov uşaqların hüquqlarını
qoruyan beynəlxalq təşkilatla mövcud əməkdaşlığın
davamlı olacağına əminliyini vurğuladı. Tədbirdə Təhsil Nazirliyinin Strateji
təhlil, planlaşdırma və kadrların
idarəolunması şöbəsinin müdiri Fərzəli
Qədirov "Təhsil Nazirliyi və YUNİSEF: birgə
uğurlu əməkdaşlıq" mövzusunda təqdimat
etdi. F.Qədirov təqdimatında YUNİSEF-lə
birgə həyata keçirilən layihələrin
məqsədini açıqlayaraq qeyd etdi ki, bu layihələr
ümumilikdə 200-dən çox məktəbəqədər
tərbiyə, ümumtəhsil, ilkin müəllim hazırlığı,
ixtisasartırma və yenidənhazırlanma müəssisəsini,
20000-ə yaxın uşaq və şagirdi, 5000-ə
qədər valideyni, 2500-dək müəllim və
tərbiyəçini, 1000-dək mütəxəssisi
əhatə edib. F.Qədirov həmçinin birgə reallaşdırılan
"Erkən yaş dövründə uşaqların inkişafı",
"Fəal təlim siyasəti", "Məktəb uşağın
dostudur", "Valideyn-Müəllim Assosiasiyalarının
yaradılması" və s. layihələr,
eləcə də qarşıda duran perspektivlər
barədə iştirakçılara geniş məlumat verdi. YUNİSEF-in ölkəmizdəki nümayəndəliyinin
rəhbəri xanım Hanaa Singer ona göstərilən yüksək
diqqətə görə təşəkkürünü bildirdi,
Azərbaycanda çalışmaqdan məmnunluq duyduğunu,
həyata keçirilən layihələrə göstərilən
dəstəkdən razı qaldığını
ifadə etdi. Mərasimdə Təhsil Nazirliyi aparatının
əməkdaşları, millət vəkilləri, bir sıra
dövlət qurumlarının, qeyri-hökumət və
beynəlxalq təşkilatların nümayəndələri,
YUNİSEF-lə birgə layihələrdə iştirak
edən müəssisələrin rəhbərləri iştirak
edirdilər. Yusif ƏLİYEV
|