|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
İlin sonunadək qəza vəziyyətində olan 30 məktəb binası yeniləşdiriləcək Məlum
olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyev bu il iyunun 23-də "Qəza
vəziyyətində olan ümumtəhsil məktəb binalarının
tikintisi, təmiri və ali təhsil müəssisələrinin
maddi texniki bazasının möhkəmləndirilməsi haqqında"
sərəncam imzalayıb. Dövlət başçısının
təhsilimizə qayğısının yeni parlaq
təzahürü olan həmin sərəncama əsasən ölkədə
qəza vəziyyətində olan məktəb binalarının
yeniləri ilə əvəz edilməsi, aparılan
təmir işlərinin başa çatdırılması
üçün Prezidentin Ehtiyat Fondundan Təhsil Nazirliyinə 25
milyon manat məbləğində vəsait ayrılıb. Təhsil
Nazirliyindən aldığımız məlumata görə,
ayrılan vəsait hesabına ilin sonunadək qəza
vəziyyətində olan 30-a yaxın məktəb binası
yenidən tikiləcək, bərpa və ya təmir
olunacaqdır. Əsasən bölgələrdə yerləşən
həmin məktəblərin binaları uyğunlaşdırılmış
binalar olub, ötən əsrin 30-40-cı illərində
tikilmişdir. Vaxtilə məktəb üçün deyil, başqa
məqsədlər üçün nəzərdə tutulmuş,
bəziləri isə hətta taxtadan inşa olunmuş
həmin binalar uzunillik istismar nəticəsində köhnələrək
qəza vəziyyətinə düşmüş, onların
bəzisində uşaqlar üçün təhlükəli
vəziyyət yarandığından tədris prosesi dayandırılmışdır. Düşdüyü
qəza vəziyyətinin dərəcəsindən asılı
olaraq bəzi məktəb binalarının sökülüb
yerində yenisinin tikilməsi, bəzilərində isə
bərpa, yenidənqurma və əsaslı təmir işlərinin
aparılması nəzərdə tutulur. İKT-nin tətbiqi ilə məşğul olacaq yeni idarə yaradılıb Azərbaycan
Respublikası Nazirlər Kabinetinin qərarı ilə ölkədə
təhsil sisteminin bütün pillələrini əhatə
edən vahid təhsil informasiya mühitinin formalaşdırılması,
informasiya və kommunikasiya texnologiyalarının
tətbiqi, bu sahəyə dövlət büdcəsindən
və digər maliyyə mənbələrindən ayrılmış
vəsaitlərin idarə edilməsi və
səmərəli istifadəsi, təsdiq edilmiş proqramın
yüksək keyfiyyətlə həyata keçirilməsi
məqsədi ilə Təhsil Nazirliyinin nəzdində
təsərrüfat hesablı Təhsil Sisteminin İnformasiyalaşdırılması
İdarəsi yaradılıb. Təhsil
Nazirliyi özünün indiyədək bilavasitə reallaşdırdığı
informasiya və kommunikasiya texnologiyalarının
tətbiqi sahəsində dövlət investisiya
xərcləri və xarici investisiyalar hesabına
nəzərdə tutulmuş vəsaitlər üzrə sifarişçi
funksiyasını bundan sonra yeni yaradılmış
idarə vasitəsilə həyata keçirəcək. Təhsil
Nazirliyinə Azərbaycan Respublikasının Dövlət
Əmlakının İdarə Edilməsi üzrə Dövlət
Komitəsi ilə birlikdə yeni idarənin yerləşdirilməsi
məsələsini həll etmək tapşırılıb.
Təhsil Sisteminin İnformasiyalaşdırılması
İdarəsinin strukturu və xərclər smetası
hər il Azərbaycan Respublikasının Maliyyə
Nazirliyi ilə razılaşdırılmaqla Təhsil
Nazirliyi tərəfindən təsdiq olunacaq. Y.ƏLİYEV
|