|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
ADPU-da
məzun günü
ADPU-da
məzun gününə həsr olunmuş
təntənəli tədbirdə
təhsil nazirinin müavini Elmar Qasımov, akademik
Budaq Budaqov, millət vəkili Fəzail Ağamalı,
əmək veteranı
ömər Ağayev, ali
məktəbin müəllimləri, tələbələr
və digər dəvət olunmuş qonaqlar iştirak
edirdilər. ADPU-nun rektoru, AMEA-nın müxbir üzvü,
professor Yusif Məmmədov bu il universiteti bitirən
məzun-gəncləri təbrik edərək bildirdi
ki, müəllimlik peşəsi cəmiyyətdə mövcud
olan peşə və ixtisasların
arasında xüsusi yer tutur. Bu gün cəmiyyət həyatının bütün sahələrində müəllim
əməyini, müəllim zəhmətini görmək mümkündür. Müstəqil Azərbaycan dövlətinin banisi
və qurucusu, ümummilli
liderimiz Heydər Əliyev müəllim adını, müəllim
əməyini hər
bir zaman yüksək
qiymətləndirərək demişdir: Mən yer üzündə
müəllimdən yüksək ad tanımıram. Diqqətinizə bir faktı çatdırmağı
da lazım bilirəm
ki, bu il universiteti 10 fakültə üzrə əyani şöbədə
1102, qiyabi şöbədə isə 8 fakültə üzrə
539 tələbə
və 35 ixtisas üzrə 150 magistrant bitirib. Həm də
müxtəlif ixtisaslar üzrə 126 türkiyəli
gənc də məzun kimi öz ölkələrinə
qayıdır. Unutmamalısınız ki, bu təhsil ocağını
Ə.Seyidov, M.Mehdizadə, H.Araslı, F.Qasımzadə,
M.Rəfili, N.Hüseynov və adlarını çəkmədiyim
neçə-neçə böyük
elm və təhsil
xadimləri bitirmişlər. İnanıram ki,
gələcəkdə siz də onların yolunu
layiqincə davam
etdirəcəksiniz. Tədbirdə təhsil nazirinin müavini Elmar
Qasımov məzunları təbrik edərək
bildirdi ki, tarixən ölkəmizdə ali
elmi-pedaqoji fikrin beşiyi və mərkəzi hesab
edilən, hazırda isə respublikamızın qabaqcıl
və nüfuzlu ali məktəblərindən biri olan
ADPU-nun həyatında çox xoş və
əlamətdar bir gündür. Deməliyəm ki, bu il
universitetin əyani
şöbəsini bitirən məzunlar
"2005-2009-cu illər üçün Azərbaycan Respublikasının
ümumtəhsil məktəbləri şəbəkəsində
pedaqoji kadr təminatı
üzrə İnkişaf Proqramı"na əsasən
respublikamızın 50-dən
çox rayonuna ixtisasları
üzrə işləməyə
göndərilirlər. Bu da rayonlarda pedaqoji kadrlara
olan tələbatın ödənilməsində mühüm
rol oynayacaqdır. Belə bir
xoş gündə universitetin
riyaziyyat fakültəsinin 401-ci qrupunda oxumuş iki
məzunla - Jalə Orucova və Münəvvər Hüseynova
ilə də tanışlığımız maraqlı
oldu. Məlum oldu ki, Münəvvər ailə
vəziyyətilə əlaqədar azad təyinat alıb,
Jalə isə Bakıda yaşasa da, işləmək
üçün təyinatla Dəvəçi rayonuna göndərilir.
Hər ikisinin arzusu
gələcəkdə magistr təhsili almaqdır. Tədbirdə universiteti
fərqlənmə diplomu ilə bitirmiş bir qrup
məzuna diplomlar təqdim
olundu. Unudulmaz xatirəyə
çevrilən tədbirin sonunda böyük konsert oldu.
Şakir CƏFƏROV |