· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə


B.e ç.a ç. C.a C. Ş. B.
    1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30

 

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-ın Con Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz İnstitutunun rəhbəri Frederik Starrı qəbul edib

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da Amerika Birləşmiş Ştatlarının Con Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz İnstitutunun rəhbəri Frederik Starrı qəbul etmişdir.

 Görüşdə Azərbaycanda gedən inkişaf prosesləri, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

 

AzərTAc

 

"TƏHSİLƏ QOYULAN VƏSAİT öLKƏMİZİN GƏLƏCƏYİNƏ 

QOYULAN VƏSAİTDİR"

İndi biz faktiki olaraq, Azərbaycanda bütün məktəb infrastrukturunu yeniləşdiririk. İndiyədək 800-ə yaxın məktəbin tikilməsi və gələcək illərdə yüzlərlə məktəbin tikintisi - bu, məktəb sahəsinin maddi-texniki bazasının yeniləşdirilməsini, təhsilin keyfiyyətini də, avadanlıqla təchizatı da təmin edir. Eyni zamanda, hesab edirəm ki, indi vaxt gəlib ki, biz mövcud məktəblərin təmirinə də daha çox vəsait ayıraq. çünki buna da böyük ehtiyac var, xüsusilə, Bakı şəhərində. Yəqin ki, bu il, gələn il Bakı şəhərində yerləşən bütün məktəblərin istilik təchizatı problemləri həll olunmalıdır. Bu, həll ediləcəkdir. Ondan sonra bütün başqa şəhər və rayonlarda da biz bunu həll etməliyik və mövcud məktəbləri də çox gözəl səviyyəyə gətirib çıxarmalıyıq.

Bu sahədə vəsaitə qənaət etməməliyik. çünki təhsilə qoyulan vəsait ölkəmizin gələcəyinə qoyulan vəsaitdir. Bütün inkişaf etmiş ölkələrin uğurlarının səbəbi də məhz ziyalı təbəqəsidir, elmi-texniki tərəqqidir, texnoloji yeniliklərdir. Biz də bu yolu seçmişik. İstəyirik ki, bizim insanlarımız, gənc nəsil bilikli, savadlı olsun və ölkəmizin inkişafında çox böyük rol oynasınlar.

 Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına həsr edilmiş iclasındakı nitqindən.

 

Beynəlxalq sorğunun nəticələrinə görə Azərbaycan Prezidenti İlham Əliyev Yaxın Şərq regionunun lideri oldu

 

"ümumdünya ictimai rəy" (World Public Opinion) beynəlxalq layihəsinin keçirdiyi sorğunun nəticələrinə əsasən, Azərbaycan Prezidenti İlham Əliyev Yaxın Şərq regionunun lideri olmuşdur. Respondentlərin 77 faizi Azərbaycan Prezidentinin xarici siyasətini bəyəndiyini bildirmişdir. Dünya əhalisinin təxminən 60 faizinin yaşadığı 20 ölkədə, o cümlədən Misir, Rusiya, ABŞ, Hindistan, çin, İndoneziya, Böyük Britaniya, Fransa, Türkiyə və digər ölkələrdə keçirilən sorğuda 20 minə yaxın adam iştirak etmişdir.

 

AzərTAc

 

Heydər Əliyev Fondunun Azərbaycan-Gürcüstan dostluq münasibətlərinə yeni töhfəsi

 

Gürcüstanın Dmanisi rayonunda kompüter-tədris mərkəzi istifadəyə verildi

 

İyunun 15-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə Gürcüstanın Dmanisi rayonunda inşa edilmiş kompüter-tədris mərkəzinin binası istifadəyə verilmişdir. Tədbirin iştirakçıları əvvəlcə Tbilisidə ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda ulu öndərin abidəsi önünə əklil və gül dəstələri qoymuş, görkəmli şəxsiyyətin xatirəsini ehtiramla yad etmişlər. Kompüter-tədris mərkəzi binasının açılış mərasimində Azərbaycanın və Gürcüstanın dövlət himnləri səsləndirilmişdir.

 

Tədbiri Gürcüstanın tanınmış musiqiçisi, bəstəkar Roman Şxiladze açaraq qonaqları təqdim etmişdir. Kvemo Kartli-Borçalı bölgəsinin qubernatoru David Kirkiladze yerli sakinlərin müasir informasiya-kommunikasiya texnologiyalarına daha dərindən yiyələnmələri baxımından belə bir mərkəzin açılmasının əhəmiyyətini vurğulamışdır.

Türkiyə Böyük Millət Məclisinin sədri Köksal Toptana Qafqaz Universitetinin fəxri doktoru adı verildi

İyunun 18-də Türkiyə Böyük Millət Məclisinin sədri Köksal Toptanın başçılıq etdiyi nümayəndə heyəti Qafqaz Universitetində oldu. Milli Məclis deputatlarının, tanınmış alimlərin, təhsil işçilərinin, tələbələrin iştirak etdikləri görüşdə Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç, "çağ" öyrətim İşlətmələri Şirkəti idarə heyətinin sədri Ənvər özərən çıxış edərək Azərbaycan ilə Türkiyənin mehriban qardaşlıq münasibətlərindən danışmışlar.

 

"çağ" öyrətim İşlətmələri Şirkətinin ölkəmizdə fəaliyyət göstərən təhsil müəssisələrinin, o cümlədən Qafqaz Universitetinin fəaliyyəti barədə ətraflı məlumatlar verən natiqlər müasir avadanlıq və texnologiyalar ilə təchiz edilmiş bu ali məktəbdə qazanılan nailiyyətləri diqqətə çatdırmış, onun beynəlxalq əlaqələrinin ildən-ilə genişləndiyini bildirmişlər.

Türkiyə Böyük Millət Məclisinin sədri Anadolu Liseyində oldu

İyunun 18-də Türkiyə Böyük Millət Məclisinin sədri Köksal Toptan Bakı Türk Anadolu Liseyində oldu. Liseyin həyətinə toplaşan məzunlar Köksal Toptanı və onun xanımını gül-çiçəklə qarşıladılar. Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov Türkiyə Böyük Millət Məclisinin sədri Köksal Toptanı və onunla gələn türkiyəli qonaqları səmimi salamlayaraq, Bakıda görməsindən məmnunluq hissi keçirdiyini bildirdi.

 Liseylə tanışlıqdan sonra qonaqlar təhsil müəssisəsinin konfrans zalında təşkil olunan məzun gecəsində iştirak etdilər.

 Tədbir iştirakçıları tərəfindən türk dünyasının dahi şəxsiyyətləri Heydər Əliyevin və Mustafa Kamal Atatürkün əziz xatirələri bir dəqiqəlik sükutla yad edildi. Azərbaycanın və Türkiyənin dövlət himnləri ifa olundu.

Təhsil Nazirliyi ilə Alman Akademik Mübadilə Xidməti (DAAD) arasında saziş imzalandı

İyunun 16-da Təhsil Nazirliyi ilə Alman Akademik Mübadilə Xidməti arasında Azərbaycan tələbələrinin təhsili üzrə təqaüd proqramı ilə bağlı saziş imzalandı. Təhsil Nazirliyində bu münasibətlə keçirilən mərasimdə Azərbaycan tərəfindən təhsil naziri Misir Mərdanov, nazir müavini Elmar Qasımov, nazirliyin bir sıra şöbə və bölmələrinin rəhbərləri və əməkdaşları, Almaniya tərəfindən Alman Akademik Mübadilə Xidmətinin (DAAD) vitse-prezidenti Maks G. Huber, qurumun iki eksperti və Azərbaycan təmsilçiliyinin rəhbəri, Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Per Kristofer Stankina iştirak edirdilər.

Qonaqları səmimi salamlayan Misir Mərdanov onları Azərbaycanda görmələrindən məmnun qaldığını bildirdi. Təhsil Nazirliyi ilə Alman Akademik Mübadilə Xidməti arasındakı mövcud əlaqələrdən danışan nazir hər iki tərəf üçün faydalı əməkdaşlığın son illər xeyli inkişaf etdiyini, azərbaycanlı tələbələr arasında Almaniya universitetlərində təhsil almağa marağın artdığını, hər il təxminən 60-70 nəfərin DAAD-ın təklif etdiyi müxtəlif təhsil proqramlarında iştirak etdiyini bildirdi.

Təhsil sahəsində əməkdaşlıq haqqında saziş imzalandı

 

İyunun 19-da Təhsil Nazirliyində Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında sazişin imzalanması mərasimi keçirildi. Tədbirdə Amerika Birləşmiş Ştatları Dövlət katibinin təhsil və mədəniyyət məsələləri üzrə müavini xanım Qoli Ameri, ABŞ-ın ölkəmizdəki səfiri Ənn Dersi və digər qonaqlar iştirak edirdilər.

 

Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov ölkəmizdə səfərdə olan ABŞ Dövlət katibinin təhsil və mədəniyyət məsələləri üzrə müavini xanım Qoli Ameri və onunla gələn qonaqları Təhsil Nazirliyində qarşılamağından məmnunluq hissi keçirdiyini söylədi. Azərbaycanla Amerika arasında bütün sahələr üzrə çox geniş əlaqələrin olduğunu diqqətə çatdıran nazir, xüsusilə son illər təhsillə bağlı müxtəlif tədbirlərin həyata keçirildiyini dedi.

Tələbələr biliklərini nümayiş etdirdilər

 

Ali məktəblərdə, texnikum və kolleclərdə təhsil alan tələbələr həyəcanlı günlər yaşamaqdadırlar. Elə imtahan həyəcanının yaşandığı anları müşahidə etmək üçün Azərbaycan Memarlıq və İnşaat Universitetində olduq. Universitetin tədris şöbəsinin müdiri Sabir Məmmədovdan imtahanların təşkili, gedişi və nəticələri barədə məlumat verməsini xahiş etdik. O dedi:

 

- Yay  imtahan sessiyasına hazırlıq rektorun əmrinə uyğun olaraq yerinə yetirilir. Bu məqsədlə bütün qruplarda yay sessiyasında imtahan keçiriləcək fənlərin siyahısı, bilet nümunələri fakültələrin informasiya lövhələrində asılıb. Bütün universitet üzrə imtahan cədvəlləri hazırlanıb və rektorun əmri ilə imtahanların obyektiv, şəffaf və mütəşəkkil keçirilməsi məqsədilə universitetin qabaqcıl əməkdaşlarından ibarət nəzarətçilər qrupu yaradılıb. Sessiya iyunun 30-na kimi davam edəcək.