|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Attestat ala bilməyənlər təkrar imtahan verdilər İyunun 6-da ölkənin 19 bölgəsində
mərkəzləşdirilmiş qaydada aparılmış
buraxılış imtahanlarının
nəticələrinə əsasən attestat ala
bilməmiş onbirinci sinif şagirdləri iyunun 19-da
təkrar imtahan verdilər. Bunun üçün paytaxtın
təhsil müəssisələrində 5 imtahan
mərkəzi yaradılmış və onlarda lazımi
hazırlıq işləri görülmüşdü. Bakının
və bölgələrin orta məktəblərini təmsil
edən şagirdlər "Ankara məktəbi"
məktəb-liseyində, S.C.Pişəvəri adına
Respublika Humanitar Fənlər Gimnaziyasında, 177 və 202
nömrəli məktəb-liseylərdə, peşə
liseylərinin şagirdləri isə ayrıca bir
mərkəzdə imtahan verirdilər.
Mərkəzlərə Təhsil Nazirliyinin əməkdaşlarından
rəhbərlər təyin olunmuş, nəzarətçilər
ayrılmışdı. İmtahanların şəffaf
və obyektiv keçirilməsini təmin etmək üçün
zəruri tədbirlər görülmüş, onların gedişini
izləməyə bir sıra qeyri-hökumət təşkilatlarından,
KİV-dən nümayəndələr cəlb olunmuşdular. Təhsil Nazirliyi Şagird
nailiyyətlərinin qiymətləndirilməsi şöbəsinin
müdiri Təranə Hacıyevadan aldığımız
məlumata görə, attestat ala bilməyənlərin sayı
5 minə yaxın olsa da təkrar imtahan vermək üçün
onlardan 1500-dən bir qədər artığı
nazirliyə ərizə ilə müraciət etmişdir.
T.Hacıyeva onu da bildirdi ki, təkrar imtahan məzmun baxımından
əvvəlki buraxılış imtahanından
fərqlənmir. Yeganə fərq şagirdin ancaq
kəsildiyi fənn və ya fənlərdən imtahan
verməsindədir ki, bu barədə də şagirdlər,
onların valideynləri məlumatlandırılıb. Təhsil Nazirliyi tərəfindən yaradılmış
korrupsiyaya qarşı mübarizə üzrə işçi qrupun
üzvü, Korrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı
direktoru Vasif Mövsümov və bir qrup KİV əməkdaşı
ilə iki mərkəzdə olub imtahanların təşkili
və gedişini izlədik. öncə 202 nömrəli
məktəb-liseydəki mərkəzdə müşahidələr
apardıq. Burada imtahan rəhbəri Təhsil Nazirliyi
Şagird nailiyyətlərinin qiymətləndirilməsi
şöbəsinin əməkdaşı Nəbi Mahmudov idi.
Saat 9.00-dan başlayaraq şagirdlər bir-bir yoxlanılıb
içəri buraxıldı. N.Mahmudovdan öyrəndik ki, bu
mərkəzdə 600-dən çox şagird imtahan verir. Yeri
gəlmişkən qeyd edək ki, imtahana gələn
şagirdlər arasında buraxılış
vərəqləri olmayanlar da var idi. Onlar imtahan vermək
üçün vaxtında nazirliyə müraciət
etməyənlər idi. Məktəbdə
belələrinə də diqqətlə yanaşılır,
imtahan verməsi üçün şərait yaradılırdı. Şagirdlər otaqlarda öz yerlərini
tutduqdan sonra onlara test kitabçaları paylandı və
imtahan başladı. Əvvəlki imtahanda olduğu kimi,
təkrar imtahanda da şagirdlərin cavab kartının
şagird haqqında məlumat hissəsi nazirlik
tərəfindən doldurulmuşdu və onlar buna vaxt
sərf etmirdilər. İmtahan gedən bir neçə otağa
baş çəkdik. İmtahana gəlməyənlər
də var idi. İkinci baş çəkdiyimiz
mərkəzdə - "Ankara məktəbi"
məktəb-liseyində isə daha çox şagird imtahan
verirdi. Burada da əlində imtahana buraxılış
vərəqi olmadan gələnlər vardı. Lakin onları
da qəbul edir və otaqlarda yerləşdirirdilər.
Mərkəzdə hərəsində 200-300 şagird olan
7 otaqda (sinif otaqları ilə yanaşı məktəbin
idman salonu, foye və dəhlizlərindən də otaq kimi
istifadə olunurdu) imtahan gedirdi. Hər otağa imtahan
rəhbəri təyin olunmuşdu. 7 nömrəli otaqda 360
şagird təkrar imtahan verirdi. 3 saat vaxt ayrılan imtahan saat 13.00-da başa
çatdı. Nazirlikdən aldığımız
məlumata görə imtahanın nəticələri bu gün
Təhsil Nazirliyinin rəsmi İnternet saytında yerləşdiriləcək. Y.ƏLİYEV
Tələbələr biliklərini nümayiş etdirdilər Ali məktəblərdə, texnikum
və kolleclərdə təhsil alan
tələbələr həyəcanlı günlər yaşamaqdadırlar.
Elə imtahan həyəcanının yaşandığı
anları müşahidə etmək üçün Azərbaycan Memarlıq
və İnşaat Universitetində olduq. Universitetin
tədris şöbəsinin müdiri Sabir Məmmədovdan
imtahanların təşkili, gedişi və
nəticələri barədə məlumat verməsini
xahiş etdik. O dedi: - Yay imtahan
sessiyasına hazırlıq rektorun əmrinə uyğun
olaraq yerinə yetirilir. Bu məqsədlə bütün qruplarda
yay sessiyasında imtahan keçiriləcək fənlərin
siyahısı, bilet nümunələri fakültələrin
informasiya lövhələrində asılıb. Bütün
universitet üzrə imtahan cədvəlləri hazırlanıb
və rektorun əmri ilə imtahanların obyektiv, şəffaf
və mütəşəkkil keçirilməsi
məqsədilə universitetin qabaqcıl əməkdaşlarından
ibarət nəzarətçilər qrupu yaradılıb.
Sessiya iyunun 30-na kimi davam edəcək. Universitet üzrə
255 bakalavr qrupunda 3645 tələbə yay imtahan sessiyasında
iştirak edir. Onlardan 738 nəfəri IV kursu bitirmək
üçün dövlət imtahanları verir, buraxılış işlərini
müdafiə edir. Bu gün universitet üzrə 22 qrupda imtahan keçirilir.
Onlardan 7-si monitorinq üsulu ilə, 15-i isə
ənənəvi yolla aparılır... İmtahan sessiyasına nəzarət
qərargahının sədri Şahin İsmayılov söhbətə
qoşularaq bildirdi ki, Təhsil Nazirliyinin əmrinə uyğun
olaraq universitetimizdə imtahanlara nəzarət qərargahı
yaradılmışdır. Məqsəd imtahanlara
nəzarəti, obyektivliyi təmin etmək, ortaya çıxan
problemləri operativ həll etmək, birinci
mərtəbədə qoyulmuş qutuda toplanmış
ərizə və şikayətlərə yaradılmış
komissiya tərəfindən baxmaq, ictimai fikri öyrənməkdən
ibarətdir. Birlikdə imtahan aparılan auditoriyalara
yollandıq. Nəhayət, ilk müşahidəyə inşaat
fakültəsində aparılan mühəndis geodeziyası
fənni üzrə keçirilən imtahandan başladıq.
Burada 207 A2 əyani qrupun I kurs tələbələri
imtahan verirdilər. Monitorinq yolu ilə aparılan imtahanda
qrupda olan 20 nəfər tələbənin hamısı iştirak
edirdi. Artıq tələbələrin
əksəriyyəti imtahan suallarını yazılı
şəkildə cavablandırıb, auditoriyanı
tərk edirdi. çox keçmədi ki, müəllim Səfail
Verdiyevin, assistent Rölan Piriyevin və nəzarətçi
Cəmilə Mustafayevanın rəhbərliyi ilə aparılan
imtahan başa çatdı. Elə buradaca "əla"
qiymət almış Günel Seyidovanın 16 nömrəli
biletin "Miqyaslar və onların növləri,
həndəsi niverliləmənin üsulları" suallarına
yazdığı cavablar və xəttin maqnit azimutunun
hesablanmasına aid olan məsələnin həlli ilə
tanış olduq. Hər bir sual qısa və konkret şəkildə
cavablandırılmış, məsələ düzgün
həll edilmişdi. Günelin özu ilə də söhbət
etdik. öyrəndik ki, o, bundan əvvəlki Azərbaycan
tarixi fənnindən də "əla" qiymət alıb.
Axırıncı fizika fənnindən verəcəyi
imtahandan da "əla" qiymət alacağına böyük
ümid bəsləyir. Günel imtahanın tam obyektiv və
şəffaf aparıldığını,
tələbələrə sərbəstlik verildiyini
bildirdi. Sonra mexanikləşdirmə və avtomatlaşdırma
fakültəsinin 805-ci qrupunda iqtisadi nəzəriyyə
fənnindən ənənəvi qaydada aparılan imtahanı
müşahidə etdik. Bu imtahanda 19 tələbənin hamısı
iştirak edirdi. İmtahan verib auditoriyanı tərk etmiş
tələbələrlə apardığımız söhbətlər
zamanı bəlli oldu ki, onlar heç bir problemlə rastlaşmayıblar
və imtahanın gedişindən tam razı qalıblar.
Ədalət DAŞDƏMİRLİ
|