· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

Təlim kurslarının təşkili haqqında

Təhsil Sektorunun İnkişafı Layihəsinin (TSİL) yerinə yetirilməsi ilə əlaqədar təsdiq edilmiş İcra Planına uyğun olaraq, 2008-2009-cu dərs ilində respublikanın ümumtəhsil məktəblərinin I siniflərində dərs deyəcək ibtidai sinif müəllimlərinin fənn kurrikulumlarının tətbiqi sahəsində nəzəri və praktik hazırlığını təmin etmək məqsədilə

 

ƏMR EDİRƏM:

 

1. 2008-ci il 17-21 iyun tarixlərində Naxçıvan MR-in, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərlərinin, 23-28 iyun tarixlərində isə respublika rayonlarının təlim Azərbaycan və rus dillərində olan ümumtəhsil məktəblərinin 2008-2009-cu dərs ilində I siniflərdə işləyəcək ibtidai sinif müəllimləri üçün 5 günlük təlim kursları təşkil edilsin.

2. Təlim kursunun tədris planı, proqramı və nümunəvi cədvəli təsdiq olunsun.

3. Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri:

3.1. Bu əmrin icrasının təmin olunması ilə bağlı fəaliyyət planı hazırlayıb təsdiq etsinlər.

3.2. Təlim kursları başlanana qədər 2008-2009-cu dərs ilində I siniflərdə dərs deyəcək ibtidai sinif müəllimlərini bir daha dəqiqləşdirib onların siyahısını hazırlasınlar (SAA, təhsili, bitirdiyi təhsil müəssisəsi, stajı, işlədiyi məktəb, ixtisasartırma, yenidənhazırlanma kurslarından hansı ildə keçməsi), yeni fənn kurrikulumları ilə tədrisə başlanacaq I siniflərdə ən səriştəli və müasir tələblər baxımından yüksək peşəkarlıq səviyyəsinə malik müəllimlərin işləməsini təmin etsinlər.

3.3. Ərazilər üzrə təlim kursları təşkil olunacaq məktəbləri (digər təhsil müəssisəsi də ola bilər) və onlara təhkim olunan məsul əməkdaşları müəyyənləşdirsinlər.

3.4. Təlim kursu təşkil edilən müəssisələrdə məşğələlərin səmərəli keçirilməsi üçün lazımi şərait yaratsınlar, zəruri texniki vasitələrlə (kompüter (noutbuk), proyektor və s.) təchizatı təmin etsinlər.

3.5. Təlim kurslarına cəlb edilən müəllimlərin, kurs keçirilən müəssisələrin və onlara təhkim olunan əməkdaşların siyahısını əmrlə təsdiq etsinlər.

3.6. Təlim kurslarının gedişi vəziyyətinin yerli KİV-lərdə geniş işıqlandırılması üçün müvafiq tədbirlər görsünlər.

3.7. Təlim kursunu uğurla başa vurmuş müəllimlərə müəyyən edilmiş formada sertifikat versinlər.

3.8. 2008-ci il iyulun 10-dək Təhsil Nazirliyinə təlim kurslarının yekunlarına dair müəllimlərin adlı siyahısı əlavə olunmuş geniş hesabat göndərsinlər.

4. Nəzərə alınsın ki:

4.1. Təlim kursları 2007-ci ilin avqustunda Naxçıvan MR-də, 2007-2008-ci illərdə Bakı şəhərində təşkil olunmuş "öyrədənlərin öyrədilməsi" kursunu bitirib xüsusi sertifikat almış məşqçi-müəllimlər tərəfindən aparılır.

4.2. Təlim kursu Bakı şəhərinin hər bir rayonunda ayrıca təşkil edilir.

4.3. Bilavasitə Təhsil Nazirliyi tabeliyindəki, habelə özəl ümumi təhsil müəssisələrinin (lisey, gimnaziya, peşə liseyi və s.) müəllimləri həmin müəssisələrin yerləşdikləri ərazilərdə, məcburi köçkün məktəblərinin müəllimləri məskunlaşdıqları şəhər və rayonlarda təşkil edilən təlim kurslarına cəlb olunurlar.

4.4. Naftalan şəhərinin və bu şəhərdə fəaliyyət göstərən məcburi köçkün məktəblərinin müəllimləri müvafiq təlimləri Goranboy rayonunda təşkil edilən kurslarda keçirlər.

4.5. Zərurət yaranan hallarda məcburi köçkün əhali üçün yeni salınmış qəsəbələrdəki ümumtəhsil məktəblərinin müəllimlərinə təlim kursu Kurrikulum Mərkəzinin əməkdaşları tərəfindən keçilə bilər.

4.6. Hansı rayon və şəhərdə təşkil edilməsindən asılı olmayaraq, məcburi köçkün rayonlarının müəllimlərinə təlim kursunu bitirmələrinə dair sertifikat müvafiq yerli təhsil şöbələrinin təqdimatları əsasında məcburi köçkün rayonların təhsil şöbələri tərəfindən verilir.

5. Məcburi köçkün rayonların təhsil şöbələri (E.Şükürova, Z.İbrahimov, M.Bağırov, H.Tahirov, Ş.Xəlilov, V.Həsənova, M.Şükürov, A.Allahverdiyeva, Ş.Yusifov, T.Əliyev) ərazilər üzrə I sinif müəllimlərinin siyahısını müvafiq yerli təhsil şöbələrinə vaxtında təqdim etsinlər, həmin müəllimlərin təlim kurslarında müntəzəm iştirakına ciddi nəzarət etsinlər.

6. "Kurrikulum islahatı" üzrə alt-komponent koordinatoru A.Əhmədov, Kurrikulum Mərkəzinin direktoru Ə.Abbasov təlim kursları üçün müvafiq materialların hazırlanıb yerlərə çatdırılmasını təmin etsinlər, LƏQ-in direktoru E.Rüstəmovla birgə təlim kurslarının təşkili, keçirilməsi və yekunlaşdırılmasında yerli təhsil şöbələrinə və məşğələ aparan müəllimlərə əməli köməklik göstərmək üçün müvafiq əməkdaşların rayon və şəhərlərə ezam olunmasını nəzərdə tutsunlar.

Ezamiyyə xərclərinin Dünya Bankının hesabına ödəniləcəyi nəzərə alınsın.

7. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) təlim kurslarının kütləvi informasiya vasitələrində işıqlandırılmasını, bu əmrin "Azərbaycan müəllimi" qəzetində və "Təhsil xəbərləri" məcmuəsində dərc olunmasını təmin etsin.

8. Əmrin icrasına nəzarət nazir müavini, TSİL üzrə milli koordinator İ.İsgəndərova həvalə olunsun.

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri

 

2 iyun 2008-ci il