|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Türkiyə Böyük Millət Məclisinin sədri Köksal Toptana Qafqaz Universitetinin fəxri doktoru adı verildi İyunun 18-də Türkiyə Böyük
Millət Məclisinin sədri Köksal Toptanın başçılıq
etdiyi nümayəndə heyəti Qafqaz Universitetində oldu.
Milli Məclis deputatlarının, tanınmış
alimlərin, təhsil işçilərinin,
tələbələrin iştirak etdikləri görüşdə
Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç, "çağ"
öyrətim İşlətmələri Şirkəti
idarə heyətinin sədri Ənvər özərən çıxış
edərək Azərbaycan ilə Türkiyənin mehriban qardaşlıq
münasibətlərindən danışmışlar. "çağ" öyrətim İşlətmələri
Şirkətinin ölkəmizdə fəaliyyət göstərən
təhsil müəssisələrinin, o cümlədən Qafqaz
Universitetinin fəaliyyəti barədə ətraflı
məlumatlar verən natiqlər müasir avadanlıq və
texnologiyalar ilə təchiz edilmiş bu ali
məktəbdə qazanılan nailiyyətləri
diqqətə çatdırmış, onun beynəlxalq
əlaqələrinin ildən-ilə genişləndiyini
bildirmişlər. Sonra Azərbaycan-Türkiyə
əlaqələrinin inkişafında səmərəli
xidmətlərinə görə Türkiyə Böyük Millət
Məclisinin sədri Köksal Toptana Qafqaz Universitetinin
fəxri doktoru adının verildiyi bildirildi. Təhsil naziri Misir Mərdanov müstəqil dövlətimizin
memarı və yaradıcısı, ümummilli liderimiz
Heydər Əliyevin elm və təhsilimizin inkişafına
daim böyük əhəmiyyət verdiyini, ulu öndərimizin
siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev
tərəfindən əzmlə davam etdirildiyini vurğulamışdır.
Azərbaycan ilə Türkiyənin təhsil
əlaqələrindən bəhs edən nazir bu
sahədə əməkdaşlığın genişlənməsində
Türkiyə Böyük Millət Məclisinin sədri Köksal
Toptanın mühüm rolu olduğunu bildirmişdir. Türkiyə Böyük Millət Məclisinin
Sədrinə Qafqaz Universitetinin fəxri doktoru mantiyası,
diplom və hədiyyələr təqdim edilmişdir. öz ölkəsi ilə Azərbaycanın tarixi
birliyi və geniş əlaqələri olduğunu qeyd
edən Köksal Toptan bu əlaqələrin inkişafında
görkəmli dövlət xadimi Heydər Əliyevin müstəsna
xidmətlərini vurğulamış, ulu öndərin
"Biz bir millət, iki dövlətik" fikrini xatırlatmışdır.
O, ölkələrimiz arasında təhsil sahəsində
genişlənən əməkdaşlığın
əhəmiyyətini diqqətə çatdırmışdır.
Türkiyə Böyük Millət Məclisinin sədri yüksək
ada - Qafqaz Universitetinin
fəxri doktoru adına layiq görüldüyü üçün məmnun olduğunu
qeyd etmiş, təşəkkürünü bildirmişdir. Bu il Türkiyədə keçirilmiş VI
Beynəlxalq Türkcə Olimpiadasının qalibi olan və
medallara layiq görülən azərbaycanlı
tələbə və şagirdlərə mükafatlar
təqdim edilmiş, xatirə şəkilləri çəkdirilmişdir.
Nümayəndə heyəti universitetin tədris şəraiti ilə də tanış olmuşdur. |