|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Azərbaycan Prezidenti İlham Əliyev YUNESKO-nun Baş direktoru Koişiro Matsuuranı qəbul etmişdir Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev mayın
14-də Prezident sarayında YUNESKO-nun baş direktoru Koişiro
Matsuuranı qəbul etmişdir. Görüşdə Azərbaycanla YUNESKO arasında
əlaqələrin yüksək səviyyədə olduğu,
ölkəmizdə bu təşkilatın xətti ilə keçirilən
uğurlu tədbirlərin əməkdaşlığın
daha da genişlənməsinə töhfə verdiyi bildirildi.
Cənab Koişiro Matsuura ilə Azərbaycan Prezidenti arasında
keçirilən səmərəli görüşlərin
əlaqələrin daha da möhkəmlənməsi baxımından
əhəmiyyəti vurğulandı və əməkdaşlığın
bundan sonra da dərinləşəcəyinə əminlik
ifadə olundu. AzərTAc |
"TƏHSİLƏ QOYULAN VƏSAİT öLKƏMİZİN GƏLƏCƏYİNƏ QOYULAN VƏSAİTDİR" İndi
biz faktiki olaraq, Azərbaycanda bütün məktəb
infrastrukturunu yeniləşdiririk. İndiyədək
800-ə yaxın məktəbin tikilməsi və
gələcək illərdə yüzlərlə
məktəbin tikintisi - bu, məktəb sahəsinin
maddi-texniki bazasının yeniləşdirilməsini,
təhsilin keyfiyyətini də, avadanlıqla təchizatı
da təmin edir. Eyni zamanda, hesab edirəm ki, indi vaxt
gəlib ki, biz mövcud məktəblərin təmirinə
də daha çox vəsait ayıraq. çünki buna da böyük
ehtiyac var, xüsusilə, Bakı şəhərində.
Yəqin ki, bu il, gələn il Bakı şəhərində
yerləşən bütün məktəblərin istilik
təchizatı problemləri həll olunmalıdır. Bu,
həll ediləcəkdir. Ondan sonra bütün başqa şəhər
və rayonlarda da biz bunu həll etməliyik və mövcud
məktəbləri də çox gözəl
səviyyəyə gətirib çıxarmalıyıq. Bu sahədə vəsaitə qənaət
etməməliyik. çünki təhsilə qoyulan vəsait ölkəmizin
gələcəyinə qoyulan vəsaitdir. Bütün inkişaf
etmiş ölkələrin uğurlarının
səbəbi də məhz ziyalı
təbəqəsidir, elmi-texniki tərəqqidir, texnoloji
yeniliklərdir. Biz də bu yolu seçmişik. İstəyirik
ki, bizim insanlarımız, gənc nəsil bilikli, savadlı
olsun və ölkəmizin inkişafında çox böyük rol
oynasınlar. Prezident İlham Əliyevin
sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin ilin
birinci rübünün yekunlarına həsr edilmiş iclasındakı
nitqindən. |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Mayın 9-da Bakının Əzizbəyov
rayonunun Binə qəsəbəsində Heydər Əliyev
Fondunun dəstəyi ilə yenidən qurulmuş uşaq
bağçası istifadəyə verilmişdir. Mərasimə toplaşanlar Azərbaycan
Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevanı
böyük səmimiyyətlə qarşıladılar. 1970-ci ildə tikilmiş, lakin sonralar yararsız
vəziyyətə düşmüş binanın
təmirinə bir il bundan əvvəl baslanmışdı.
300 uşaq üçün nəzərdə tutulmuş bağçada
məktəbəqədər hazırlıq qrupları da
fəaliyyət göstərəcəkdir.
|
AzərTAc
xəbər verir ki, mayın 14-də Bakının "Gülüstan"
sarayında Dünyada Savadlılığın
Dəstəklənməsi üzrə YUNESKO-nun Regional
Konfransları silsiləsindən "Avropada subregional çərçivədə
savadlılıq problemlərinə baxış:
tərəfdaşlıq əlaqələrinin qurulması
və innovativ yanaşmaların tətbiqinə
dəstək" mövzusunda konfransı başlanmışdır. YUNESKO-nun, Heydər Əliyev Fondunun və respublika Təhsil Nazirliyinin təşkilatçıları olduğu konfrans Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycanda keçirilir. |
YUNESKO-nun regional konfransı haqqında media mənsublarına açıqlama verilir Mayın 14-də "Gülüstan" sarayında
həmin gün işə başlayan "Dünyada Savadlılığın
Dəstəklənməsi" üzrə YUNESKO-nun regional
konfransına həsr olunmuş mətbuat konfransı keçirildi. YUNESKO Baş direktorunun təhsil üzrə müavini Nikolas Börnet, ömürboyu təhsil üzrə YUNESKO Beynəlxalq İnstitutunun direktoru Adama Ouen, BMT-nin təhsil prioritetləri üzrə bölməsinin rəhbəri Mark Riçmond və YUNESKO-nun sözçüsü xanım Su Uilyamsın iştirak etdikləri mətbuat konfransını Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov açaraq bildirdi ki, YUNESKO-nun "Dünyada Savadlılığın Dəstəklənməsi" üzrə konfransı Bakıda Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü ilə təşkil olunub. |
YUNESKO-nun
Baş direktoru regional konfransın yüksək
səviyyədə təşkilindən razılıq etdi YUNESKO-nun "Dünyada Savadlılığın
Dəstəklənməsi" üzrə regional konfransında
iştirak edən bu qurumun Baş direktoru cənab Koişiro
Matsuura mayın 15-də "Hyatt Regency" otelinin Quba zalında
mətbuat konfransı
keçirdi. Konfransı Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov açaraq qonaqları və KİV nümayəndələrini salamladı. Nazir YUNESKO-nun belə nüfuzlu tədbirinin Azərbaycanda ilk dəfə keçirildiyini və cənab Koişiro Matsuuranın onda iştirakını xüsusi qeyd edib, bunu ölkəmizə göstərilən etimad kimi dəyərləndirdi. YUNESKO ilə Azərbaycan arasında səmərəli əməkdaşlıq əlaqələrinin mövcud olduğunu, nüfuzlu beynəlxalq qurumun dəstəyi ilə ölkəmizin təhsil sistemində bir sıra irimiqyaslı layihələr həyata keçirildiyini vurğulayan Misir Mərdanov buna misal olaraq ölkəmizdə inklüziv təlim sahəsində görülən işləri, ali məktəblərin bir neçəsində YUNESKO kafedralarının fəaliyyət göstərməsini, peşə təhsili ilə bağlı əldə olunmuş razılaşmanı qeyd etdi. |
"Dünyada
Savadlılığın Dəstəklənməsi"
üzrə YUNESKO-nun regional konfransında
YUNESKO-nun
"Avropada subregional çərçivədə savadlılıq
problemlərinə baxış: tərəfdaşlıq
əlaqələrinin qurulması və innovativ yanaşmaların
tətbiqinə dəstək" mövzusunda regional konfransının
ikinci iş gününün iclasları mayın 15-də "Hyatt
Regency" otelinin Quba zalında keçirildi. öz işini "dəyirmi masa" təqdimatları və müzakirələr formasında davam etdirən konfransın həmin günkü səhər iclası "Müasir dünyada savad konsepsiyası, onun inkişafı və yaşlıların təlimi" mövzusunun müzakirəsinə həsr olunmuşdu. |
Mayın 12-də P.B.Hüseynov adına 6
nömrəli Bakı Peşə Liseyində ulu öndərin 85
illik yubileyi münasibətilə yaradılmış
"Heydər Əliyev guşəsi"nin açılışı
ilə əlaqədar geniş tədbir keçirildi. Toplantıda
Təhsil Nazirliyinin şöbə müdiri Namiq Məmmədov,
Yeni Azərbaycan Partiyası Binəqədi rayon şöbəsinin
sədri Nəbi Xəlilov, Binəqədi RİH-nin nümayəndəsi
İlqar Pənahov, məclisə dəvət almış
digər qonaqlar, liseyin müəllim və şagird kollektivi
iştirak edirdilər. Liseyin vestibülü önündə düzənlənmiş şagirdlərə farağat komandası verən məktəbin hərbi geyimli, gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, kapitan Xudaverdi Həsənov qonaqlara və məktəb rəhbərliyinə raport verərək tədbirin keçirilməsinə hazır olduqlarını bildirdi. Bundan sonra Azərbaycanın Dövlət himni səsləndirildi. Ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. |
Görkəmli
təhsil və sənət ocağı Musiqi mədəniyyətimizin təşəkkülü və inkişafında, professional musiqi təhsilinin yaranmasında, son yüz ildə milli musiqimizin korifeyləri sırasına yüksəlmiş onlarca sənətkarın yetişməsində əsası XIX əsrin sonlarında qoyulmuş, XX əsrin ilk onilliklərində böyük üzeyir Hacıbəyov dühası ilə pərvəriş tapmış Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin (keçmiş Asəf Zeynallı adına musiqi məktəbi) böyük rolu olmuşdur. Bu günlərdə yaranmasının 110 illiyi musiqi ictimaiyyətimiz, bütövlükdə Azərbaycan xalqı tərəfindən təntənə ilə qeyd olunan Musiqi Kolleci mövcud olduğu illər ərzində professional musiqi sənətimizin milli zəmin əsasında inkişafı, yeni-yeni bəstəkar, ifaçı, pedaqoqlar nəslinin yetişməsində misilsiz xidmətlər göstərməklə mədəniyyət tariximizdə özünə şərəfli yer tutmuşdur. |
2007-2008-ci dərs ilində orta təhsil
kursu üzrə mərkəzləşdirilmiş qaydada buraxılış
imtahanı verən şagirdlərin imtahan verdiyi
fənlər üzrə attestata yazılacaq yekun qiyməti 6
iyun 2008-ci il tarixində səkkiz fənn üzrə
verəcəkləri imtahan qiyməti əsas götürülməklə
və şagirdlərin həmin fənlər üzrə X
və XI sinif illik qiymətləri, noyabr, fevral və aprel
aylarında keçirilmiş yoxlama (sınaq) imtahanlarında
aldığı qiymətlər nəzərə alınmaqla,
Təhsil Nazirliyi tərəfindən müəyyən olunur.
|
Ulu öndər Heydər Əliyevin 85 illiyinə həsr olunmuş tədbirlər davam edir. Təhsil və Daxili İşlər nazirliklərinin birgə təşkil etdikləri belə tədbirlərdən biri də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin "Uşaq avtoşəhərciyi" 46 nömrəli məktəbdənkənar tərbiyə işi mərkəzində keçirilmişdir. Tədbirdə həmçinin uşaqlarla bağlı
yol-nəqliyyat hadisələrinin profilaktikası üzrə
müəllimlər arasında keçirilən maarifləndirici müəllif
tədris proqramının ümumrespublika müsabiqəsinə
yekun vurulmuşdur. |
Cəmiyyətin
böyük uğuru və qazancı
Respublikamızın Şərq və Qərb sivilizasiyalarının qovuşağında yerləşdiyindən təkcə regionda deyil, bütövlükdə dünyada dinamik inkişafın və nəhəng quruculuq işlərinin mərkəzinə çevrilməsi təbii bir prosesdir. Xalqın, millətin mənafeyi, respublikamızın çiçəklənməsi naminə böyük siyasi uzaq görənliklə möhtərəm Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət ölkəmizin dünya birliyindəki mövqeyini daha da möhkəmləndirir. Son dörd ildə həyata keçirilən irimiqyaslı proqram və layihələr, sosial-iqtisadi islahatlar, iqtisadiyyatın sürətli inkişafı məhz bu uğurlu siyasətin danılmaz məntiqi nəticəsi kimi bütün dünyaya bir daha sübut edir ki, Azərbaycanda demokratik prinsiplərə söykənən sivil dövlət qurulub. |