· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

Uşaqlar və yol təhlükəsizliyi

Ulu öndər Heydər Əliyevin 85 illiyinə həsr olunmuş tədbirlər davam edir. Təhsil və Daxili İşlər nazirliklərinin birgə təşkil etdikləri belə tədbirlərdən biri də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin "Uşaq avtoşəhərciyi" 46 nömrəli məktəbdənkənar tərbiyə işi mərkəzində keçirilmişdir.

Tədbirdə həmçinin uşaqlarla bağlı yol-nəqliyyat hadisələrinin profilaktikası üzrə müəllimlər arasında keçirilən maarifləndirici müəllif tədris proqramının ümumrespublika müsabiqəsinə yekun vurulmuşdur.

Məqsəd uşaqlara yol hərəkəti qaydalarının öyrədilməsi və onların təfəkküründə kiçik yaşlarından təhlükədən uzaq olmaq tərbiyəsi aşılamaq, öyrədici mühitdə yeni təlim üsullarından istifadə edilərək, məşğələlərdə əsas diqqət əyani vəsaitin hazırlanmasına, yol nişanlarının tanınmasına və müsbət vərdişlərin formalaşmasına yönəltməkdir.

Mərasimi giriş sözü ilə 46 nömrəli məktəbdənkənar Tərbiyə işi mərkəzinin direktoru R.Kazımov açaraq müəssisədə görülən işlərdən danışdı. Sonra qonaqlar çıxış edərək tədbirin əhəmiyyətini qeyd etdilər. Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin təhsilə göstərdiyi dövlət qayğısını önə çəkdilər.

Sonra uşaqların əl işlərindən ibarət yaradıcılıq sərgisinə baxış keçirildi. Məktəblilərin yol təhlükəsizliyi mövzusunda "açıq dərs"ləri nümayiş olundu.

"Uşaqlar və yol təhlükəsizliyi layihəsi"nin iştirakçıları təltif olunduqdan sonra tədbir uşaqların ifasında konsert proqramı ilə başa çatdı.

Fazil İDRİSOĞLU,

fotolar müəllifindir