|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Azərbaycan Prezidenti İlham Əliyev YUNESKO-nun Baş direktoru Koişiro Matsuuranı qəbul etmişdir Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev mayın
14-də Prezident sarayında YUNESKO-nun baş direktoru Koişiro
Matsuuranı qəbul etmişdir. Görüşdə Azərbaycanla YUNESKO arasında
əlaqələrin yüksək səviyyədə olduğu,
ölkəmizdə bu təşkilatın xətti ilə
keçirilən uğurlu tədbirlərin əməkdaşlığın
daha da genişlənməsinə töhfə verdiyi bildirildi.
Cənab Koişiro Matsuura ilə Azərbaycan Prezidenti arasında
keçirilən səmərəli görüşlərin
əlaqələrin daha da möhkəmlənməsi baxımından
əhəmiyyəti vurğulandı və əməkdaşlığın
bundan sonra da dərinləşəcəyinə əminlik
ifadə olundu. AzərTAc "Avropada subregional çərçivədə savadlılıq problemlərinə baxış: tərəfdaşlıq əlaqələrinin qurulması və innovativ yanaşmaların tətbiqinə dəstək" mövzusunda YUNESKO-nun regional konfransına Hörmətli konfrans iştirakçıları! Sizin hamınızı
səmimi-qəlbdən salamlayır, hər birinizə uzun
ömür, cansağlığı və konfransınızın
işinə uğurlar arzu edirəm. Qloballaşma proseslərinin getdikcə
dərinləşdiyi müasir dünyada təhsilin vahid ölkə
çərçivəsindən çıxaraq, ümumbəşəri
dəyərə çevrildiyi bir şəraitdə sizin savadlılıq
problemi ətrafında müzakirələr aparmağınız
təqdirəlayiqdir. İnformasiya cəmiyyətinin
qurulması yolunda uğurlu addımlar atan Azərbaycan
rastlaşdığı yeni tipli problemləri həll
etməyə çalışır. Məhz bu baxımdan Bakıda
belə bir konfransın keçirilməsi böyük
əhəmiyyət kəsb edir və bizə Avropa ölkələrinin
müsbət təcrübəsindən bəhrələnmək
üçün geniş imkanlar yaradır. Əminəm ki, konfrans
YUNESKO ilə əməkdaşlığımızın
daha da genişləndirilməsinə öz töhfəsini
verəcəkdir. Bu gün ölkəmizdə savadsızlıq
probleminin hələ əlli il bundan əvvəl öz
həllini tapdığını düşünənlər
əksəriyyət təşkil edir. Sizin konfransınız
qloballaşan dünyada savadlılıq anlayışının
yeni mənasını açıqlayır və hər bir
insanın yaxın gələcəkdə istər
əmək bazarında, istərsə də
cəmiyyətdə ciddi problemlərlə üzləşə
biləcəyindən xəbər verir. Digər
tərəfdən, konfransda qoyulan məsələlər
vətəndaş cəmiyyətinin bütün strukturları
üçün geniş fəaliyyət dairəsi açır və
insanların bütün ömür boyu təhsil almalarının
zəruriliyini xüsusi vurğulayır. Sürətli iqtisadi yüksəliş dövrünü
yaşayan Azərbaycanda cəmiyyət həyatının
strateji sahələrindən olan təhsilə qayğı
gündən-günə artırılır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
nəticəsində öz doğma torpaqlarından qovulmuş
bir milyondan artıq qaçqın və məcburi köçkünün
təhsil problemləri isə daim diqqət
mərkəzindədir. ümidvaram ki, onların təhsili
ilə bağlı məsələlər də konfransınızın
müzakirə obyektinə çevriləcəkdir. Sözsüz ki, sizin konfrans Avropada savadlılıq
səviyyəsinin artırılması istiqamətində
atılmış ciddi addım olacaq və YUNESKO-nun
təhsillə əlaqədar strateji
sənədlərində bəyan etdiyi
məqsədlərə çatmaq istiqamətində yeni
mərhələ təşkil edəcəkdir. Dərin hörmətlə, İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 14 may 2008-ci il
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Binə qəsəbəsində yenidən qurulmuş uşaq bağçasının açılışında iştirak edib Mayın
9-da Bakının Əzizbəyov rayonunun Binə
qəsəbəsində Heydər Əliyev Fondunun
dəstəyi ilə yenidən qurulmuş uşaq bağçası
istifadəyə verilmişdir. Mərasimə toplaşanlar Azərbaycan
Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevanı
böyük səmimiyyətlə qarşıladılar. 1970-ci
ildə tikilmiş, lakin sonralar yararsız
vəziyyətə düşmüş binanın
təmirinə bir il bundan əvvəl baslanmışdı.
300 uşaq üçün nəzərdə tutulmuş bağçada
məktəbəqədər hazırlıq qrupları da
fəaliyyət göstərəcəkdir. Geniş və işıqlı
məşğələ otaqları intellektual inkişafa
kömək edən müxtəlif əyani vəsait, kitab və
plakatlarla, yataq otaqları, mətbəx və yeməkxana
müasir avadanlıqla təmin olunmuşdur. Balacalar bağçanın musiqi zalında
Heydər Əliyev Fondunun xüsusi olaraq hazırladığı
uşaq musiqilərindən, nağıllardan ibarət
disklərə qulaq asa biləcəklər. Burada böyük
ekranlı televizor, musiqi mərkəzi, piano və digər
avadanlıq var. Bağçanın
hovuzu, eləcə də sağlamlığa xidmət
edən bütün idman qurğuları ilə təmin olunmuş
idman salonu da vardır. Binada yeni istilik, yanğın
təhlükəsizliyi sistemləri də quraşdırılmışdır.
Bütün ərazini əhatə edən videosistem
nəzarəti balacaların təhlükəsizliyini təmin
edəcəkdir. Həyətdə müasir əyləncə
kompleksi yaradılmış, attraksion və
yelləncəklər quraşdırılmışdır.
Uşaq avto-nəqliyyat meydançasında balacalar avtomobil
idarə etməklə yanaşı, yol-hərəkət
qaydalarını da öyrənə biləcəklər. Ulu öndər Heydər Əliyevin uşaqlara
qayğısını, Prezident İlham Əliyev və
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın
uşaqlarla görüşlərini əks etdirən fotoşəkillər,
"Bağçamızın dünəni və bu günü" adlı
guşə diqqəti cəlb edir. Prezident İlham Əliyev və Mehriban xanım
Əliyeva bağçanın rəmzi açılışını
bildirən lenti kəsdilər. Uşaq bağçasının otaqları,
idman zalı, yemək otağı, musiqi zalı ilə tanış
olan dövlətimizin başçısı və xanımı
sonra bağçanın həyətində uşaqlarla
səmimi söhbət etdilər. Prezident İlham Əliyev bağçanın müəllim
və tərbiyəçilərinə uğurlar arzuladı. AzərTAc
|