|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Tədbir alman dilində keçirildi Bu günlərdə Bakıdakı 176 nömrəli
orta məktəbdə ulu öndər Heydər Əliyevin
anadan olmasının 85-ci ildönümü münasibətilə keçirilən
tədbiri giriş sözü ilə məktəbin direktoru
Sairə Rəsulova açaraq bildirdi ki, Azərbaycanda dövlət
quruculuğunun banisi olan Heydər Əliyevin xalqımızın
xoşbəxt gələcəyinə yönəlmiş
misilsiz fəaliyyəti barədə məktəbin şagirdləri
ilə müntəzəm olaraq söhbətlər aparılmış,
ulu öndərin möhtəşəm abidəsi ziyarət
edilmişdir. Sonra məktəbin alman dili müəllimləri,
filologiya elmləri namizədi Cəmilə
Məmmədova, Nuranə Aslanova və başqaları
alman dilində ulu öndər Heydər Əliyevin həyat
və fəaliyyətindən danışdılar. Şagirdlərdən
Nərminə Hacıyeva, Anar və üzeyir Bayramlı qardaşları
da Heydər Əliyevə həsr olunmuş şeirləri
alman dilində söylədilər. Tədbirə dəvət olunmuş Bakı
Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi
Sitarə Məmmədova və digər qonaqlar alman
dilində təşkil olunmuş bu tədbiri hazırlayan
müəllimlərə və şagirdlərə təşəkkürlərini
bildirdilər. Sonda ümummilli lider Heydər Əliyevin
həyatına həsr olunmuş kinolentlərdən
fraqmentlər nümayiş
etdirildi. Şakir CƏFƏROV
Ulu öndərə ehtiramla Bakı şəhərində
fəaliyyət göstərən 88 nömrəli orta
məktəbin akt zalında ulu öndər Heydər Əliyevin
85 illik yubileyinə həsr edilmiş tədbir keçirilib. Məktəbin akt zalında şagirdlərin
Heydər Əliyevin 85 illik yubileyi münasibətilə hazırladıqları
fotostendlər, albomlar, biri-birindən fərqlənən
əl işləri toplantıya dəvət almış
qonaqların marağına səbəb olmuşdu. Azərbaycanın Dövlət himni
səsləndi, ümummilli lider Heydər Əliyevin
xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Tədbiri giriş sözü ilə açan
məktəbin direktoru Həcər Rəhimli bu gün
respublikanın hər yerində təntənəli
surətdə 85 illik yubileyi qeyd edilən ulu öndər
Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi
illərdə digər sahələr kimi elmə,
təhsilə, mədəniyyətə xüsusi önəm
verdiyini qeyd etdi. çıxışlarda ulu öndər Heydər
Əliyevin dünya siyasətindəki nüfuzundan və
Azərbaycan xalqı üçün gördüyü işlərdən
ətraflı söz açıldı. Nizami MİRZƏ
"Yer
günü"nə həsr olunmuş "açıq
dərs"
Aprelin 22-də
Bakıdakı 46 nömrəli orta ümumtəhsil
məktəbində "Yer günü"nə həsr olunmuş
"açıq dərs" keçirildi. Qloballaşan
aləmdə dünyanın
ekoloji problemlərinin həlli yolları, eləcə
də Azərbaycanın ekoloji problemləri "açıq
dərs"in əsas müzakirə mövzuları oldu. "Açıq
dərs"də Azərbaycan və rus bölməsinin
VIII-IX sinif şagirdləri iştirak edirdilər.
Coğrafya müəllimi Solmaz Əlmərdanova
əvvəlcə "ekologiya" sözünün mənasını
uşaqlara ("eko" latın sözü olub ev, yaşayış
yeri, "loqos" elm deməkdir) açıqladı.
Biologiya müəllimi İradə Aslanova
Azərbaycanın nadir bitki və heyvanlar aləmi haqqında
şagirdlərə məlumat verdi.
Dərslərin hər iki fəndən elektron görüntüləri
şagirdlərə göstərildi. Sonra söz şagirdlərə verildi. Sonda məktəbin direktoru Sevinc Budaqova qeyd
etdi ki, hər il aprelin 22-də məktəbimizdə
"Yer günü" ilə əlaqədar "açıq
dərs"lər keçilir: "Müasir dövrümüzdə
cəmiyyət üçün yetişdirdiyimiz hər bir şagird
torpaq, onun coğrafiyası, ekologiyası haqqında
dərin məlumata malik olmalıdır. çıxış edən qonaqlar və müəllimlər
də müxtəlif fənlərə aid "açıq
dərs"lərin keçilməsini vacib saydılar. "Yer
günü" mövzusuna aid "açıq dərs"də
isə onlar ölkəmizin ekologiyası ilə bağlı
bilmədikləri bəzi məlumatları öyrəndiklərini
etiraf etdilər. Rəşad ZİYADOV
|