|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə· Arxiv
|
Açıq
demək lazımdır, əgər mən bu respublikaya
rəhbərlik etdiyim zaman ildə 50-60 məktəb
tikmək mümkün idisə, bu gün yenə də respublikaya
rəhbərlik edirəm, niyə bunu tikə bilmirik? Ona görə
yox ki, biz bunu bacarmırıq, istəmirik. Ona görə ki,
bunun üçün bizim maddi və maliyyə imkanlarımız çatmır.
Ancaq bildirirəm ki, maliyyə, maddi imkanlarımız
ilbəil artacaq və bunun nəticəsində də biz
Azərbaycanda yenidən təhsil ocaqlarının
tikilməsi, istifadəyə verilməsi prosesini aparacağıq. Eyni
zamanda burada tamamilə düzgün fikir söyləndi ki, bu iş
adamları, ayrı-ayrı şirkətlər ya
məktəb binası tikə, yaxud da mövcud
məktəblərin təmirini öz üzərinə götürə
bilərlər. Burada doğru deyildi, bəzi iş adamları
məscid tikirlər, - o da lazımdır, mən bunu çox
əhəmiyyətli hesab edirəm, - ancaq bir məscid
tikəndə, bir dənə də məktəb binası
tikmək lazımdır. Ona görə də mən burada
deyilən fikirlərə şərik çıxaraq üzümü
tuturam Azərbaycanda fəaliyyət göstərən iş
adamlarına, şirkətlərə və müraciət
edirəm ki, onlar bu sahədə təşəbbüs göstərsinlər.
Bəyan edirəm ki, kim bu sahədə təşəbbüs
göstərsə, hansısa bir məktəbi yaxşı
təmir edib müasir vəziyyətə salmağı öz üzərinə
götürsə, şübhəsiz ki, o, dövlət
tərəfindən müəyyən qayğı altında
olacaqdır. ümidvaram ki, mənim bu çağırışıma
qoşulanlar olacaqdır. Hesab edirəm ki, bizim Təhsil
Nazirliyi mənim bu çağırışımla
əlaqədar lazımi işlər görməlidir.
Beləliklə, biz şirkətləri, iş adamlarını
təhsilə vəsait sərf etməyə və
təhsilin inkişafına qoşulmağa cəlb edə
bilərik. Heydər
ƏLİYEV |
"TƏHSİLƏ QOYULAN VƏSAİT öLKƏMİZİN GƏLƏCƏYİNƏ QOYULAN VƏSAİTDİR" İndi
biz faktiki olaraq, Azərbaycanda bütün məktəb
infrastrukturunu yeniləşdiririk. İndiyədək
800-ə yaxın məktəbin tikilməsi və
gələcək illərdə yüzlərlə
məktəbin tikintisi - bu, məktəb sahəsinin
maddi-texniki bazasının yeniləşdirilməsini,
təhsilin keyfiyyətini də, avadanlıqla təchizatı
da təmin edir. Eyni zamanda, hesab edirəm ki, indi vaxt
gəlib ki, biz mövcud məktəblərin təmirinə
də daha çox vəsait ayıraq. çünki buna da böyük
ehtiyac var, xüsusilə, Bakı şəhərində.
Yəqin ki, bu il, gələn il Bakı şəhərində
yerləşən bütün məktəblərin istilik
təchizatı problemləri həll olunmalıdır. Bu,
həll ediləcəkdir. Ondan sonra bütün başqa şəhər
və rayonlarda da biz bunu həll etməliyik və mövcud
məktəbləri də çox gözəl
səviyyəyə gətirib çıxarmalıyıq. Bu sahədə vəsaitə qənaət
etməməliyik. çünki təhsilə qoyulan vəsait ölkəmizin
gələcəyinə qoyulan vəsaitdir. Bütün inkişaf
etmiş ölkələrin uğurlarının
səbəbi də məhz ziyalı
təbəqəsidir, elmi-texniki tərəqqidir, texnoloji
yeniliklərdir. Biz də bu yolu seçmişik. İstəyirik
ki, bizim insanlarımız, gənc nəsil bilikli, savadlı
olsun və ölkəmizin inkişafında çox böyük rol
oynasınlar. Prezident İlham Əliyevin
sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin ilin
birinci rübünün yekunlarına həsr edilmiş iclasındakı
nitqindən. |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Təhsil
Nazirliyi
ilə
birlikdə
orta
məktəb
şagirdləri arasında keçirilən "Heydər
Əliyev olimpiadası"na
aprelin sonunda yekun vurulacaq Yeni Azərbaycan Partiyası (YAP)
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin
anadan olmasının 85 illiyi ilə əlaqədar geniş
tədbirlər planı hazırlamışdır.
|
Kənd müəllimi iki dəfə Prezidentlə görüşüb Lerikdə
bir kənd var. Qışlaq kəndi. Arxası qayalara söykənib,
ayağını dağ çayının suları yuyur.
İlin yarısı yamacları qarlı olur. Yaz
gələndə gül-gülü, çiçək-çiçəyi çağırır.
Otları min dərdin dərmanıdır. Beçə balını,
ətirli mer-meyvəsini, buz bulaqlarını hələ
demirəm. 1938-ci ilin baharında kəndin adlı-sanlı
kişilərindən sayılan Yəhya Kazımovun
ailəsində bir oğlan uşağı dünyaya
gəldi. Qonum-qonşular, qohumlar Yəhya əmiyə gözaydınlıq
verdilər. Ağsaqqalların xeyir-duası ilə adını
Məhərrəm qoydular. |
Nazir alman universitetləri ilə birbaşa əlaqələrin yaradılmasını xüsusi qeyd edib Aprelin
1-də təhsil naziri Misir Mərdanov Alman Akademik Mübadilə
Xidmətinin (DAAD) Qafqaz və Mərkəzi Asiya bölməsinin
müdiri cənab Benedikt Briş və
təşkilatın ölkəmizdəki rəhbəri
cənab Andrey Götze ilə görüşüb. Nazir qonaqları səmimi salamlayaraq DAAD təşkilatı ilə yaradılmış əlaqələr, mövcud əməkdaşlıq, ümumilikdə, bu təşkilatın həyata keçirdiyi müsbət işlərdən danışıb. Nazir, həmçinin ölkəmizin bir sıra ali məktəbləri ilə alman universitetləri arasında birbaşa əlaqələrin yaradılması sahəsində görülən işləri xüsusi qeyd edib. |
Aprelin
2-də Təhsil Nazirliyində II Beynəlxalq Ətraf Mühitin
Mühafizəsi Layihə Olimpiadası (İNEPO-EUROASİA) iştirakçıları
ilə görüş keçirilib. Görüşdə təhsil naziri Misir
Mərdanov olimpiada iştirakçılarını
Azərbaycanda görməkdən məmnun olduğunu
deyərək onları səmimi salamlayıb. Ekologiya və təbiəti mühafizə problemlərinin araşdırılmasına, onların həlli yollarına həsr edilən bu olimpiadada 30-dan çox dünya ölkəsi nümayəndələrinin iştirak etdiyini qeyd edən nazir ötən il belə bir tədbirin təşkil olunduğunu və onun əhəmiyyətini diqqətə çatdırıb. Eyni zamanda II Beynəlxalq Ətraf Mühitin Mühafizəsi Layihə Olimpiadasının uğurla keçiriləcəyinə əmin olduğunu açıqlayıb. |
24-28
mart 2008-ci il tarixlərdə Ukraynanın Kiyev şəhərində
"Təhsil islahatları: qlobal məsələlərin
regional həlli" mövzusunda beynəlxalq treninq keçirilmişdir.
Dünya Bankı, UNİCEF və Ukrayna Təhsil və Elm Nazirliyinin birgə təşkil etdiyi treninqdə Avropa və Mərkəzi Asiya ölkələrinin nümayəndələri, o cümlədən Azərbaycandan Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin müdiri F.Qədirov, həmin şöbənin ararıcı məsləhətçisi Z.Kəlbəliyev, Texniki peşə təhsili şöbəsinin müdiri N.Məmmədov, İqtisadiyyat şöbəsinin Mühasibat uçotu və hesabat sektorunun ararıcı məsləhətçisi V.Əsgərov, Təhsil Sektorunun İnkişafı Layihəsinin Əlaqələndirmə Qrupunun rəhbəri E.Rüstəmov, Dünya Bankının təhsil üzrə nümayəndəsi T.Mustafayev və UNİCEF-in proqram rəhbəri G.Hüseynova iştirak etmişlər. |
Soyqırımı
qurbanlarının xatirəsi təhsil ocaqlarında anıldı Naxçıvan Dövlət Universitetində yenicə
yaradılmış Tələbə Həmkarlar İttifaqı
Komitəsi universitetin gənclər təşkilatları
ilə birlikdə azərbaycanlıların soqırımına
həsr olunmuş internetaksiya keçirdi. Universitetin mətbuat xidmətindən aldığımız məlumatda bildirilir ki, tədbiri giriş sözü ilə açan rektor, akademik İsa Həbibbəyli vəhşi ermənilərin əsrlər boyu Azərbaycan xalqına qarşı törətdikləri qanlı soyqırımlardan bəhs etdi. Azərbaycan müstəqillik qazandıqdan sonra dünya şöhrətli siyasətçi, ulu öndər Heydər Əliyevin müdrikliyi və qətiyyəti sayəsində informasiya blokadasının yarılması, Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılması istiqamətində atılan mühüm addımlardan danışaraq bu uğurlu kursun dövlət başçısı İlham Əliyev tərəfindən inamla davam etdirildiyini əminliklə ifadə edən rektor tələbə gənclərin soyqırımına qarşı daha müasir və operativ mübarizə üsulunu da təqdir etdi. |
Respublika fənn olimpiadalarının qalibləri haqqında I
yer 1. 2008-ci il
respublika fənn olimpiadalarının
qalibləri aşağıdakı qaydada müəyyənləşdirilsin: AzƏrbaycan dili vƏ ƏdƏbiyyat
fƏnni üzrƏ 1. Abdullayeva Nigar Əfras qızı - Əli
Bayramlı şəhər 2 nömrəli orta məktəbin
IX sinif şagirdi 2. Məmmədova Səmra Rüfət qızı
- Gəncə şəhər 15 nömrəli orta
məktəbin X sinif şagirdi 3. Qasımlı Fidan Lətif qızı -
Bakı şəhər 83 nömrəli məktəb-liseyin
XI sinif şagirdi AzƏrbaycan
tarixi fƏnni üzrƏ 1. Bağırov Yusif Məhəmməd oğlu
- Gəncə Azərbaycan-Türkiyə özəl Liseyinin X
sinif şagirdi 2. Mehrabov Haqverdi Dilbazi oğlu - Bakı özəl Türk Liseyinin XI sinif şagirdi |