|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə· Arxiv
|
"Uçitelskaya
qazeta"dan Elit təhsildən elitar təhsilə İstedadlı
şəxsiyyətin formalaşması
İstedadlı
gəncin erkən yaşlardan üzə çıxarılması
və təlimi müasir təhsilin başlıca
problemlərindəndir. Dövlətin intellektual və iqtisadi
potensialı bu problemin həllindən
asılıdır: istedadlı şəxsiyyətin
inkişafından istedadlı
cəmiyyətin formalaşmasına,
elit təhsildən isə
elitar təhsilə doğru.
İqtisadiyyatın və sosial sahənin inkişaf perspektivləri ali məktəb məzunlarından yüksək peşəkarlıq və yaradıcılıq təfəkkürünə malik şəxsi keyfiyyətlər, hüquqi, iqtisadi, ekoloji mədəniyyət, işləmək qabiliyyəti, həyat optimizmi, özünün müsbət imicini yaratmaq bacarığı tələb edir. Bəs görəsən, biz istedadlı gimnaziya məzununun portretini necə təsəvvür edirik? İstedad nə deməkdir? Əlbəttə,
bu, Allah vergisi və əmək, ağlın ziyası
və yaradıcılığın gücü, bu, həm
də uşağı ətrafındakılardan
bir neçə pillə yüksəkdə tutan fərqdir.
Tərbiyəlilik, doğruçuluq,
hər şeylə maraqlanan,
intellektual inkişaf
istedadlı uşaqların üstün xüsusiyyətləridir,
onlar həm də bir sıra digər
keyfiyyətlərlə seçilirlər. Belə
gənclər təşəbbüskar və müstəqil
olurlar, bir neçə dil
bilirlər, sosial mühitə tez uyğunlaşırlar, maddi
çətinliklərin öhdəsindən uğurla
gəlməyi bacarırlar. Bu isə o deməkdir ki, biz
pedaqoqlar uşaqdakı istedadı vaxtında aşkara çıxarmağı,
onlara müvəffəqiyyətli
həyat modelini öyrətməyi qarşımızda
məqsəd qoymalıyıq. Əks halda,
insan özündəki unikallığı inkişaf
etdirməsə, əhəmiyyətsiz və lazımsız
bir kəsə çevrilə bilər, həyat ona
mənasız görünər və o, nəsə xüsusi
bir iş görməyi arzulamaz. Hər bir uşaq dünyaya müəyyən
bir missiya ilə gəlib.
Pedaqoqların işi uşağı maraqlı, xoşbəxt
həyata hazırlamaq, şagirdi hər hansı bir
istiqamətdə uğur qazanacağına inandırmaq
və onu bu xüsusiyyətlərini təkmilləşdirməyə
yönəltməkdir. Rus
dili və ədəbiyyatı dərsləri üzrə
qeyri-standart formalara dair aparılan eksperimentin gedişində
tədris və tərbiyə fəaliyyəti prosesində
məlum olub ki, istedadlı uşaqların böyük bir qismi
humanitar sahəyə maraq göstərir. Biz istədiyimiz
nəticəyə istedadlı uşaqların peşəkar
və öz fərdi müqəddəratını
təyinetmə prosesində nail
olmalıyıq. Bütün
bunları mən rus
dili və ədəbiyyatı dərsində təlimin
fərdi inkişaf texnologiyasından istifadə yolu ilə
həyata keçirməyə çalışıram.
Məqsəd öyrədənlə öyrənən arasında
qarşılıqlı fəaliyyət təlimi üçün müəyyən
şəraitin yaradılmasıdır: hər bir insana yüksək
dəyər verilməli, məzmun, forma, metod və
təlim vəsaiti təhsil alan şəxsin fərdi inkişafını
səmərəli şəkildə
təmin etməlidir. Eyni
zamanda özünütəhsil, özünütərbiyə, özünütəlim,
özünüinkişaf, yaradıcılıq
qabiliyyəti, əməksevərlik və dərketmə
marağının formalaşması şəxsi
keyfiyyətlərin inkişafına təsir göstərir. V
sinifdən başlayaraq uşaqlar üçün qeyri-standart formada
maraqlı dərslər
keçməyə çalışıram. Uşaqlara televiziya,
reklam, təqdimat, konfrans, festival dərsləri keçirəm.
Bu cür dərslər və
dərnək məşğələlərində uşaqların
qazandıqları qiymətlərin reytinqi çox yüksəkdir.
Uşaqlar müsabiqə
xarakterli tapşırıqları yerinə
yetirərkən yüksək ballar
toplamağa və qaliblərin sırasına daxil
olmağa çalışırlar.
Mən
innovasiya fəaliyyəti zamanı özünü aktuallaşdırma
prinsiplərinə söykənirəm.
Hər bir istedadlı uşaqda özünün intellektual,
kommunikativ, bədii və fiziki bacarıqlarını
aktuallaşdırmaq tələbatı mövcuddur. Uşağın
anadangəlmə və sonradan qazanılmış imkanlarının
aşkar olunması və inkişafı üçün onun göstərdiyi
səylərə təkan vermək və kömək göstərmək
lazımdır. Fərdilik
prinsipləri. Şagirdin şəxsiyyətində
fərdi keyfiyyətlərin formalaşması üçün
şəraitin yaradılması bizim gimnaziyanın başlıca
vəzifələrindəndir. İstedadlı uşağın
fərdi xüsusiyyətlərini nəzərə almaqla yanaşı,
onun gələcək
inkişafına hər cür yardım göstərmək
də lazımdır. Gimnaziya kollektivinin hər bir üzvü öz
obrazını yaratmalıdır. Bizim
şərtlərdə
dil dəyərlərinin formalaşması texnologiyası (tatar-rus dilləri şərtləri əsasında)
dəyərli kateqoriyaları əks
olunanlar: 1) məntiqi dəqiqlik, yəni
məntiqin qanun və qaydalarına uyğun olan fikrin
birləşməsi; 2) nəzəriyyənin praktik
əlavəsi (nəzəriyyənin praktik yolla
təsdiqi); 3) dərkolunma əhəmiyyəti; 4)
nəzəriyyənin izahlı potensialı. Rus
dili və ədəbiyyatı dərsində bu
dəyərlərin aktuallaşması silsiləsi
nəzəriyyənin, marağın, dərketmə və
yaradıcılıq fəallığının daha uğurlu
bir şəkildə anlaşılmasını təmin
edib. Şagirddə
dil amilinin formalaşması texnologiyasını
sxematik olaraq belə təqdim etmək olar: İstedadlı
şagirddə dil amilinin formalaşması texnologiyası
tatar-rus ikidillilik şərtləri əsasında Məqsəd:
dəyərlərə malik şəxsiyyətin
formalaşması sadəlik mülahizələri; biliyin
təşkilinin daxili təkmilləşməsi;
dərketmənin inkişafında
dəyərli məqamlar; obyektivlik və rasionallıqla
bağlıdır. Məzmun:
şagirddə dil amilinin formalaşması üçün
psixoloji və dil hazırlığı; gimnaziyada humanitar
xarakterli peşəyönümlü
kursların məzmunu ilə nitq materialının
inteqrasiyası; təlimin mərhələlər üzrə
mürəkkəbləşməsi; bilikləri
mənimsəmə səviyyəsinin diaqnostikası. Prinsiplər:
fərdiyönümlü təlim prinsipi; etnomədəni
dəyər və
şagirdin mədəniyyətlərarası
kommunikasiyasının genişlənməsini təmin
edən kriteriyalarla bağlı əslə uyğun olma
prinsipi; təlimin peşəyönümü prinsipi təlimin
məzmunudur; ikidillilik prinsipi (ana dilində əldə
olunmuş biliklərə istinad); nitq təfəkkürünün
fəallığı prinsipi. İşin
forması: fərdi, cütləşmiş, kiçik qrup
şəklində, qrup şəklində, frontal, kütləvi.
Həyatakeçirmə
vasitəsi: fəalliyyətin
reproduktiv, yaradıcı-reproduktiv və yaradıcı növlərinin
birləşməsi, şagirdlərin fərdi tədqiqat
işi. Dil
amilinin formalaşması kriteriyaları:
Formalaşma:
bilikləri sadəllik məzmununa uyğun olaraq
sistemləşdirmək, biliklərin daxili təkmilləşməsinin
təşkili, həyatda
dərketmənin inkişafında
dəyərli anlardan istifadə
etmək bacarığı, obyektivlik və
rasional tələblərlə birlkdə bilikləri
əlaqələndirmək bacarığı. Dil
amilinin formalaşması səviyyəsi: Texnologiyanın
təsdiq edilməsi nəticəsində sübut olunub ki,
istedadlı gimnaziya şagirdlərinin dil amilinin formalaşmasını
digər humanitar intizamlar üzrə təlimin
kifayət qədər yüksək göstəricilərinin
olması təmin edəcək. Bundan
başqa, öz işimdə informasiya-kommunikasiya texnologiyasından
fəal şəkildə istifadə edirəm.
Bu, mənə şagirdlərimlə
müasir texnoloji səviyyədə ünsiyyətə
girmək, dərsləri daha cəlbedici, emosional və
səmərəli keçməyə, klassik və müasir
ədəbiyyata maraq oyatmağa, rus dilinin öyrənilməsinə
imkan yaradır. Mənim
V-XI sinif şagirdlərim rus dili qaydalarını
mənimsəyərək, kompüterdən sərbəst
şəkildə istifadə edərək, yeni materialı
öyrənə bilirlər. Bu cəlbedici üsul istedadlı
şagirdin qabiliyyətini
və biliyini daha yaxşı qiymətləndirməyə
imkan verir, yeni qeyri-ənənəvi metodlar axtarıb tapmağa
həvəs oyadır. İstedadlı
uşaqlarla iş uzun
və çətin prosesdir. Bu,
irəliyə doğru addım-addım
hərəkət etmək, çoxlu əlavə məşğələlərin
birləşməsi deməkdir. Dərslərdə və
dərnək məşğələlərində uşaqların
həvəsindən, istəyindən və bacarığından
asılı olaraq yaradıcılıq qrupları təşkil
edirəm. Şagirdlər rus
və əcnəbi bəstəkarların musiqilərinin
sədaları altında öz sevimli şeirlərini
oxuyurlar, özləri şeir yazmağı öyrənirlər,
onların mövzusuna uyğun musiqi
bəstələyirlər, öyrəndikləri
əsərlərin illüstrasiyalarını
çəkirlər. Bizdə gənc şair, yazıçı,
bəstəkar, rəssam, ədəbiyyatçı, tərcüməçilərdən
ibarət yaradıcı qruplar yaranıb.
Bədii-ədəbi gecələrdə uşaqlar
öz müəllif proqramlarını təşkil
edirlər, teatr qruplarını yaradırlar. İstedadlı
uşaqlar müxtəlif sahələrdə, xüsusilə
də bacardıqları işlərin öhdəsindən uğurla
gəlirlər. Onların hər bir sahəyə marağı
adamda ikiqat heyranlıq doğurur,
amma uşaqlar yaradıcılıq və intellektual
potensiallarını inkişaf etdirmək üçün
dəstək tələb edirlər.
Uşaqların arzuları
və ehtiyacları fərqlidir.
İstedadlı uşaqlar durmadan öyrənirlər, onlar böyük
səylər göstərərək nağılvari arzularını
gerçəkləşdirməyə, bununla yanaşı, öz
bacarıqlarının çoxşaxəliliyini, istedadlarını
aşkara çıxarmağa can atırlar. Gimnaziya
şagirdlərinin çoxunun arzuları həyata keçir. İstedadlı
şagirdlərin əldə etdiyi nailiyyətlər böyük
təəssüratlar yaradır,
sevinc, fəxr və yeni qələbələrə yol açır.
Onların layiq görüldükləri mükafatlar az deyil. Bu yanan
ulduzlar Tatarıstana, Rusiyaya şöhrət
gətiriblər. Yeni
parlaq ulduzcuqlar da meydana
gəlirlər. Onlarla işləmək maraqlı və çox
xoşdur. ümidvaram ki, bizim gimnaziyanın istedadlı uşaqları
Rusiyanın gələcəyi olacaqlar. Nelli
Zakirova, Kazan şəhər 155 nömrəli gimnaziyanın yüksək ixtisas
kateqoriyalı müəllimi Tərcümə
edəni: Aynur GüLüSTAN
|