· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

· Arxiv

 

ümummilli lider Heydər Əliyevin 85 illiyinə həsr edilmiş ümumtəhsil və orta ixtisas məktəblərinin şagird və tələbələri arasında gənc ifaçıların I respublika müsabiqəsinin keçirilməsi barədə

Mədəni irsimizin qorunub saxlanmasında, inkişaf etdirilməsində, onun geniş təbliğində, dünya miqyasında şöhrət tapmasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin çox böyük və əvəzsiz xidmətləri olmuşdur. ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 85-ci ildönümü münasibətilə ümumtəhsil və orta ixtisas məktəblərinin şagird və tələbələrinin musiqi sahəsindəki istedadlarını üzə çıxarmaq və inkişaf etdirmək məqsədilə

 

ƏMR EDİRƏM

 

1. ümummilli lider Heydər Əliyevin anadan olmasının 85 illiyinə həsr olunmuş ümumtəhsil və orta ixtisas məktəblərinin şagird və tələbələri arasında gənc ifaçıların I respublika müsabiqəsi keçirilsin.

2. Müsabiqənin əsasnaməsi (əlavə 1) və Təşkilat Komitəsinin (əlavə 2) tərkibi təsdiq olunsun.

3. Gənc ifaçıların I respublika müsabiqəsinin zona mərhələsi mart-aprel aylarında Naxçıvan, Gəncə, Lənkəran şəhərlərində, Zaqatala və Quba rayonlarında keçirilsin. Müsabiqənin final mərhələsi Bakı şəhərində keçirilsin.

4. Müsabiqə qaliblərinin yekun konserti 23-24 may 2008-ci il tarixində Azərbaycan Dövlət Filarmoniyasında keçirilsin.

5. Müsabiqədə iştirak edən təhsil müəssisələrinin rəhbərləri əsasnaməyə uyğun olaraq müsabiqənin keçirilməsini təmin etsinlər.

6. Qaliblərin seçilməsi Bülbül adına Orta İxtisas Musiqi məktəbi (direktor Nigar Əsgərova) tərəfindən həyata keçirilsin.

7. Müsabiqənin respublika mərhələsində I, II, III yerlərə layiq görülən ifaçıları qiymətli hədiyyələrlə, qalibləri hazırlayan müəllimlər pul mükafatı ilə təltif edilsin. Münsiflər heyətinin hər bir üzvünə 150 AZN məbləğində pul mükafatı verilsin.

8. İqtisadiyyat şöbəsi (H.Zeynalov) müsabiqənin keçirilməsi ilə əlaqədar tələb olunan xərclərin nazirliyin mərkəzləşdirilmiş vəsaitlərinin 2008-ci ilə təsdiq olunmuş xərclər smetasından ödənilməsini təmin etsin.

9. Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsi (A.İbrahimov) müsabiqənin təşkili ilə bağlı lazımi təşkilati işlər həyata keçirsin.

10. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmr və əsasnaməni "Azərbaycan müəllimi" qəzetində dərc etdirsin.

11. ümumi şöbə (İ.Mirzəyev) əmr və əsasnamənin çoxaldılıb yerlərə göndərilməsini təmin etsin.

12. Əmrin icrasına nəzarət nazir müavini E.Qasımova həvalə olunsun.

 

Təhsil naziri:   Misir MƏRDANOV

 

29 mart 2008-ci il