· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

· Arxiv

 

 

 

Nazir alman universitetləri ilə birbaşa əlaqələrin yaradılmasını xüsusi qeyd edib

 

Aprelin 1-də təhsil naziri Misir Mərdanov Alman Akademik Mübadilə Xidmətinin (DAAD) Qafqaz və Mərkəzi Asiya bölməsinin müdiri cənab Benedikt Briş və  təşkilatın ölkəmizdəki rəhbəri cənab Andrey Götze ilə görüşüb.

Nazir qonaqları səmimi salamlayaraq DAAD təşkilatı ilə yaradılmış əlaqələr, mövcud əməkdaşlıq, ümumilikdə, bu təşkilatın həyata keçirdiyi müsbət işlərdən danışıb. Nazir, həmçinin ölkəmizin bir sıra ali məktəbləri ilə alman universitetləri arasında birbaşa əlaqələrin yaradılması  sahəsində görülən işləri xüsusi qeyd edib.

Səmimi qəbul üçün nazirə təşəkkür edən cənab Benedikt Briş təmsil etdiyi təşkilatla Azərbaycan Təhsil Nazirliyinin qurduğu əməkdaşlıqdan razı qaldığını diqqətə çatdırıb. Eyni zamanda DAAD-la Azərbaycan Dövlət Neft Şirkətinin ali məktəb tələbələri arasında birgə keçirdiyi müsabiqə əsasında 9 nəfərin seçildiyini, həmin şəxslərin  Almaniyaya təhsil almağa göndəriləcəklərini qeyd edib.

Görüşdə o da məlum olub ki, müvafiq razılıq əldə edildikdən sonra DAAD-la Təhsil Nazirliyi arasında memorandum imzalanması nəzərdə tutulub.

Nazir ölkə Prezidentinin müvafiq sərəncamı ilə təsdiq olunmuş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində görülən işlərdən danışıb, həmçinin tibb, iqtisadiyyat, İKT, bank işi, kənd təsərrüfatı sahələri üzrə Almaniyada kadr hazırlığını təklif edib.

Qonaq da öz növbəsində bu təkliflə razılaşdığını bildirib və namizədlərin seçilməsi məsələsini irəli sürüb.

Təhsil naziri Misir Mərdanov dövlətimizin başçısının "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası ilə bağlı bəzi tədbirlər haqqında" sərəncamına əsasən görülən işlər barədə qonağa məlumat verib, müvafiq Proqramın hazırlanmasında alman mütəxəssislərinin rəy və təcrübələrindən yararlanmağın faydalı olduğunu diqqətə çatdırıb.

Görüşdə tərəflər qarşılıqlı səfərlərin təşkili, universitetlərarası əlaqələr, birgə aparılan işlərə dair konfrans keçirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

 

 

 

 

 

Təhsil Nazirliyində görüş

Aprelin 2-də Təhsil Nazirliyində II Beynəlxalq Ətraf Mühitin Mühafizəsi Layihə Olimpiadası (İNEPO-EUROASİA) iştirakçıları ilə görüş keçirilib.

Görüşdə təhsil naziri Misir Mərdanov olimpiada iştirakçılarını Azərbaycanda görməkdən məmnun olduğunu deyərək onları səmimi salamlayıb.

Ekologiya və təbiəti mühafizə problemlərinin araşdırılmasına, onların həlli yollarına həsr edilən bu olimpiadada 30-dan çox dünya ölkəsi nümayəndələrinin iştirak etdiyini qeyd edən nazir ötən il belə bir tədbirin təşkil olunduğunu və onun əhəmiyyətini diqqətə çatdırıb. Eyni zamanda  II Beynəlxalq Ətraf Mühitin Mühafizəsi Layihə Olimpiadasının uğurla keçiriləcəyinə əmin olduğunu  açıqlayıb. Nazir, həmçinin olimpiadanın "çağ" öyrətim İşlətmələri Şirkətinin təşkilatçılığı ilə həyata keçirildiyini vurğulayaraq bu şirkətin görüşdə iştirak edən rəhbərliyinə təşəkkür edib.

Tədbirdə  Misir Mərdanov olimpiada iştirakçılarına Azərbaycanın tarixi, milli mədəniyyəti, təhsil sistemi, son illər qazanılan uğurlar barədə ətraflı məlumat verib.

Sonda iştirakçılar xatirə şəkli çəkdiriblər.

Görüşdə "çağ" öyrətim İşlətmələri Şirkəti İdarə Heyətinin sədri Ənvər özərən, Azərbaycan-Türkiyə özəl Liseyləri Baş İdarəsinin rəisi Adəm ünal iştirak edib.