|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
"Dünya ədəbiyyatının görkəmli
nümayəndələrinin əsərlərinin
Azərbaycan dilində nəşr edilməsi haqqında"
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 24 avqust
tarixli 2354 nömrəli sərəncamına uyğun olaraq qərara
alıram: 1. Dünya ədəbiyyatının görkəmli
nümayəndələrinin əsərlərindən
ibarət 150 cildlik "Dünya ədəbiyyatı kitabxanası"na
daxil olunmuş əsərlərin siyahısı təsdiq
edilsin (siyahı əlavə olunur).
|
TƏHSİLƏ QOYULAN VƏSAİT öLKƏMİZİN GƏLƏCƏYİNƏ QOYULAN VƏSAİTDİR" İndi
biz faktiki olaraq, Azərbaycanda bütün məktəb
infrastrukturunu yeniləşdiririk. İndiyədək
800-ə yaxın məktəbin tikilməsi və
gələcək illərdə yüzlərlə
məktəbin tikintisi - bu, məktəb sahəsinin
maddi-texniki bazasının yeniləşdirilməsini,
təhsilin keyfiyyətini də, avadanlıqla təchizatı
da təmin edir. Eyni zamanda, hesab edirəm ki, indi vaxt
gəlib ki, biz mövcud məktəblərin təmirinə
də daha çox vəsait ayıraq. çünki buna da böyük
ehtiyac var, xüsusilə, Bakı şəhərində.
Yəqin ki, bu il, gələn il Bakı şəhərində
yerləşən bütün məktəblərin istilik
təchizatı problemləri həll olunmalıdır. Bu,
həll ediləcəkdir. Ondan sonra bütün başqa şəhər
və rayonlarda da biz bunu həll etməliyik və mövcud
məktəbləri də çox gözəl
səviyyəyə gətirib çıxarmalıyıq. Bu sahədə vəsaitə qənaət
etməməliyik. çünki təhsilə qoyulan vəsait ölkəmizin
gələcəyinə qoyulan vəsaitdir. Bütün inkişaf
etmiş ölkələrin uğurlarının
səbəbi də məhz ziyalı
təbəqəsidir, elmi-texniki tərəqqidir, texnoloji
yeniliklərdir. Biz də bu yolu seçmişik. İstəyirik
ki, bizim insanlarımız, gənc nəsil bilikli, savadlı
olsun və ölkəmizin inkişafında çox böyük rol
oynasınlar. Prezident İlham Əliyevin
sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin ilin
birinci rübünün yekunlarına həsr edilmiş iclasındakı
nitqindən. |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Yanvarın
9-da Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və
İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı, Azərbaycan-ABŞ parlamentlərarası
əlaqələr üzrə işçi qrupunun rəhbəri
Mehriban Əliyeva ABŞ Konqresinin Nümayəndələr
Palatasının Beynəlxalq Əlaqələr
Komitəsinin Avropa məsələləri üzrə
alt-komitəsinin sədri Robert Veksler ilə görüşmüşdür.
Bakıya ilk dəfə gəldiyini və səfərindən məmnun qaldığını söyləyən R.Veksler ABŞ Konqresinin Cənubi Qafqaz regionunun, xüsusilə Azərbaycanın inkişafına həmişə maraq göstərdiyini bildirmiş, Azərbaycandakı dini tolerantlığın bütün digər ölkələr üçün nümunə olduğunu vurğulamışdır. Mehriban xanım Əliyeva qonağın bu
səfərinin çox böyük önəm daşıdığını,
ölkələrimiz arasında münasibətlərin bütün
sahələrdə uğurla inkişaf etdiyini bildirmişdir. ABŞ-ın köməyi ilə regionda həyata keçirilən layihələrin əhəmiyyətini, Birləşmiş Ştatların Azərbaycanı həmişə dəstəklədiyini xatırladan Mehriban xanım müsəlman ölkəsi olan Azərbaycanda tarixən dini tolerantlığın hökm sürdüyünü bildirmiş, ölkələrimiz arasında münasibətlərin daha da dərinləşməsi üçün səylərin artırılmasının vacibliyini vurğulamışdır. |
Nazir
korrupsiyaya qarşı mübarizə üzrə işçi qrupunun
üzvləri ilə görüşdü
Yanvarın
8-də təhsil naziri Misir Mərdanovun nazirlikdə yaradılmış
korrupsiyaya qarşı mübarizə üzrə işçi qrupunun
üzvləri olan qeyri-hökumət təşkilatlarının
təmsilçiləri ilə görüşü oldu. |
2007-ci ildə Təhsil Nazirliyinə daha çox hansı müəssisələrdən ərizə və şikayətlər daxil olub? ötən il Təhsil Nazirliyinə müxtəlif
məzmunlu 16.437 müraciət daxil olub. Onların içərisində
ölkənin müxtəlif təhsil müəssisələri
ilə bağlı ərizə və şikayətlər
də az deyil. Araşdırma zamanı məlum olub ki, Təhsil Nazirliyinə daha çox ərizə və şikayətlər Bakı şəhərindəki 163, 245, 36 nömrəli orta məktəblər və 3 nömrəli kar uşaqlar üçün internat məktəbi, rayonlar üzrə Laçın, Kəlbəcər, Füzuli, Astara rayonlarının təhsil müəssisələri və Ağcabədi Pedaqoji Texnikumu ilə bağlı olub. |
Kəskin
hava şəraitinə baxmayaraq məktəblərdə
tədris prosesi davam edir Son günlər havaların kəskin soyuması, ölkəmizin ərazisində yağan güclü qar bir sıra problemlər yaratmaqla əhalinin gündəlik həyat rejimini pozub. Yollar buz bağladığından gediş-gəliş çətinləşib, nəqliyyatın hərəkət intensivliyi aşağı düşüb. Bütün bunlar, təbii ki, idarə və müəssisələrin, o cümlədən təhsil ocaqlarının normal fəaliyyətinə də öz mənfi təsirini göstərib. Yaranmış ekstremal vəziyyət nəzərə alınaraq yanvarın 7-də Azərbaycan Respublikasının Təhsil Nazirliyi üzrə verilmiş xüsusi əmrlə ölkənin ümumtəhsil məktəblərində və məktəbəqədər tərbiyə müəssisələrində tədris yanvarın 10-dək müvəqqəti dayandırılmışdı. |
Təlimdə
İKT-dən istifadənin əhəmiyyəti Elm və texnikanın sürətli inkişafı cəmiyyətdə informasiya bolluğu yaradır, həm də onları məzmun və əhəmiyyətlilik baxımından çevik şəkildə dəyişkən edir. Bu səbəbdən fakt və məlumatların yaddaşda mühafizə edilməsinə əsaslanan təlim texnologiyaları aktual bir problem olaraq pedaqoq və psixoloqların müzakirə obyektinə çevrilir. Yaddaşa əsaslanan təhsilin dövrün tələblərinə cavab vermədiyi aydınlaşdıqca problemli təhsilə keçid daha geniş vüsət alır. |
Ali məktəblərə qəbul imtahanlarının nəticələri müzakirə olundu Yanvarın 10-da Tələbə Qəbulu
üzrə Dövlət Komissiyası Bakı şəhəri 1
nömrəli orta məktəbdə 2007-2008-ci tədris ili
üçün ali məktəblərə qəbul imtahanlarının
elmi-statistik təhlilinə həsr olunmuş zona müşavirəsi
keçirdi. Müşavirədə təhsil naziri Misir
Mərdanov, Tələbə Qəbulu üzrə Dövlət
Komissiyasının sədri Məleykə Abbaszadə, Bakı
Şəhəri üzrə Təhsil İdarəsinin müdiri
Nailə Rzaquliyeva, tanınmış alimlər,
ekspertlər, paytaxtın ayrı-ayrı rayonlarının
qabaqcıl məktəblərinin direktorları, müəllimlər
və KİV nümayəndələri iştirak
edirdilər. |
Hindistanda Beynəlxalq konfrans British
Councilin Azərbaycandakı nümayəndəliyinin
dəvəti ilə Təhsil Nazirliyinin Strateji təhlil,
planlaşdırma və kadrların idarə olunması
şöbəsinin müdiri Fərzəli Qədirov və
British Council - Azərbaycanın proqramlar üzrə
rəhbəri Gülşən Hüseynova həmin konfransda iştirak
etmişlər. British Council və İngilis dilinin Xarici dil kimi Tədrisi üzrə Beynəlxalq Assosiasiyanın (İATEFL) təşəbbüsü ilə 3-7 yanvar 2008-ci il tarixlərdə Hindistanın Banqalor şəhərində "Aşağı siniflərdə ingilis dilinin tədrisi üzrə beynəlxalq təcrübədən öyrənək" mövzusunda beynəlxalq konfrans keçirilmişdir. |
Ali
məktəblərdə qış imtahan sessiyası Azərbaycan
Texniki Universiteti Yeni
ilin ilk günlərindən təbiət paytaxt sakinlərini
soyuq, qarlı-şaxtalı hava ilə çətin sınağa
çəkib. Ali və orta ixtisas təhsili müəssisələrinin
tələbələrini isə daha çox başqa bir sınaq
narahat edir. Onlar bu günlərdə qış imtahan sessiyasının
həyəcanlarını yaşayırlar. Bu məsuliyyətli dövr ərəfəsində təhsil ocaqlarında nə kimi tədbirlər həyata keçirilib? Ali məktəblərdə imtahan sessiyası necə gedir? Bu suallara cavab tapmaq məqsədilə Azərbaycan Texniki Universitetinə yollandıq. Universitetin tədris işləri üzrə prorektoru, iqtisad elmləri namizədi Xalıq Yahudov burada imtahanlarla bağlı görülən işlər haqqında ətraflı məlumat verdi. |
"Ən
yaxşı məktəb", "Ən yaxşı müəllim":
seçim necə olmalıdır? "İlin
ən yaxşı müəllimi" kim
ola bilər? Məlum olduğu kimi, Respublika Təhsil
Nazirliyi "İlin ən yaxşı məktəbi"
və "İlin ən yaxşı müəllimi"ni müəyyənləşdirməyə
qərar vermişdir. Olduqca əhəmiyyətli
tədbirdir. Tədbirin tam obyektiv şəkildə, hamının
bəyəndiyi formada həyata keçirilməsində
təkcə müəllimlər maraqlı deyil; valideynlər
də, şagirdlər də, bütün təhsil işçiləri
də tədbirin nəticəsini səbirsizliklə gözləməli
olacaqlar. Kim ilin ən yaxşı müəllimi olacaq? İlin
ən yaxşı müəllimi necə müəyyənləşdiriləcək? Suala birmənalı cavab vermək o qədər də asan iş deyil. Nə üçün? çünki məktəblərimizdə tədris olunan fənlər məzmunca bir-birindən xeyli fərqləndiyi kimi, onların tədrisi metodikaları da eyniyyət təşkil etmir. Halbuki ilin ən yaxşı müəllimi axtarışında ortaya fizika müəllimi də, kimya müəllimi də, tarix müəllimi də, hər hansı digər fənni tədris edən müəllim də çıxa bilər. |
Mərkəzləşdirilmiş imtahan məktəbin, şagirdin və valideynin xeyrinədir Hamıya yaxşı məlumdur ki, bir neçə
il bundan əvvəl Xətai və İmişli rayonlarının
orta məktəblərində başlanılmış
mərkəzləşdirilmiş buraxılış test
imtahanları təhsil nazirinin əmri ilə bu ildən
Bakı, Sumqayıt, Gəncə və digər şəhərlərin
ərazisində yerləşən və orta təhsil haqqında
sənəd vermək hüququna malik bütün tədris ocaqlarının
onbirinci sinif şagirdlərinə
şamil edilmişdir. Artıq bu istiqamətdə qızğın
iş gedir. Birinci sınaq imtahanı keçirilmiş və
nəticələr elan edilmişdir. Orta təhsil pilləsində, xüsusən
də yuxarı siniflərdə yaranmış
problemlərin həlli istiqamətində bu tədbirin hansı
əhəmiyyət kəsb etdiyinin sübutuna ehtiyac duyulmasa
da, həm pedaqoji ictimaiyyət, həm də valideyn və
şagirdlər arasında geniş müzakirə olunan bu
vacib məsələyə mən də münasibət
bildirməyi özümə borc sayıram. |
Böyük şairin 125 illik yubileyini Bakı Pedaqoji Kadrların İxtisasartırma İnstitutu da qeyd etdi Belə tədbirlərdən biri də ötən ilin son iş günü - dekabrın 30-da Bakı Pedaqoji Kadrların İxtisasartırma İnstitutunda keçirilən yubiley mərasimi oldu. |
"üTM-XXI
əsr" saytının təqdimat mərasimi oldu Bu günlərdə ümumi Təhsil
Mərkəzində Azərbaycan-Rusiya MMC-in "üTM-XXI
əsr" saytının və qəzetinin təqdimat
mərasimi keçirildi. Mərasimdə təhsil nazirinin müavini İsgəndər İsgəndərov, Rusiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vasili İstratov, "çağ" öyrətim İşlətmələri Şirkətinin prezidenti Ənvər özərən, BDU-nun, ADU-nun, ATU-nun, "Qafqaz" Universitetinin rektorları, millət vəkili, akademik Abel Məhərrəmov, millət vəkili, professorlar Səməd Seyidov, Əhliman Əmiraslanov, Əhməd Saniç, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin, Avropa Liseyinin direktorları Rəhim Hüseynov, Zülfiyyə Veysova və digər təhsil müəssisələrinin rəhbərləri, müəllimlər iştirak edirdilər. Tədbirdən öncə bir neçə ali və orta təhsil müəssisələri ilə "üTM-XXI əsr" Azərbaycan Rusiya MMC-i arasında əməkdaşlıq haqqında saziş imzalandı. Sazişdə tərəflər arasında dostluq və əməkdaşlıq əlaqələrinin dərinləşdirilməsi, toplanmış müsbət təcrübənin mübadiləsi və qarşılıqlı faydalı əməkdaşlığın gələcəkdə daha da möhkəmləndirilməsi nəzərdə tutulur. |
Ailə,
məktəb, ətraf mühit övladlarımızın
tərbiyəsinə təsir göstərən başlıca
amillərdir. Təbii ki, hər
birimiz onun gələcəyindən nigaranıq. Təsəvvür etmirəm, elə bir müəllim,
valideyn tapılsın ki, şagirdinin,
uşağının tərbiyəsinə
biganə qalsın. Amma
bilirsinizmi, bu tərbiyəni nə bütövləşdirir?!
Əlbəttə ki, Vətənə,
torpağa məhəbbət və sevgi, ona sədaqət.
Yəqin ki, mənimlə razılaşarsınız ki,
indiki nəsil vətənpərvərlik ruhundan
yetərincə uzaq böyüyür. Buna çox şey təsir göstərir.
Xüsusilə, ekranı gecə-gündüz sönmək
bilməyən televizorlarda uşaqlarımız torpaq,
Vətən haqqında müxtəlif verilişlərə
həsrət qalıb,
indi daha çox bayağı şou verilişləri könül
bulandırır. Uşaqlarımız biz özümüz də
bilmədən, hiss etmədən bu bataqlıqda batırlar.
Daha yetər, "Vətən dərsi" keçməyin
vaxtıdır. |