|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
20
Yanvar
faciəsinin on səkkizinci ildönümünün qeyd
edilməsi barədə
ƏMR EDİRƏM:
1. 20 Yanvar
faciəsinin on səkkizinci ildönümünün keçirilməsi
ilə əlaqədar Təhsil Nazirliyinin tədbirlər
planı təsdiq edilsin (əlavə olunur). 2. Tədbirlər planına müvafiq
olaraq ali, orta ixtisas, texniki peşə, ümumtəhsil,
məktəbəqədər və
məktəbdənkənar təhsil müəssisələrində
yanvar ayının 14-dən 20-dək Azərbaycanın
azadlığı uğrunda mübarizədə həlak olmuş
şəhidlərin xatirəsinə həsr olunmuş geniş
tədbirlər həyata keçirilsin.
3. İctimaiyyətlə əlaqə
şöbəsi (B.Hüseynzadə) əmr və
tədbirlər planının "Azərbaycan müəllimi"
qəzetində dərc olunmasını təmin etsin. 4. Əmrin icrasına nəzarət
nazir müavini E.Qasımova tapşırılsın. Təhsil naziri: Misir MƏRDANOV
|