|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Ali
məktəblərə qəbul imtahanlarının
nəticələri müzakirə olundu Yanvarın 10-da Tələbə Qəbulu
üzrə Dövlət Komissiyası Bakı şəhəri 1
nömrəli orta məktəbdə 2007-2008-ci tədris ili
üçün ali məktəblərə qəbul imtahanlarının
elmi-statistik təhlilinə həsr olunmuş zona müşavirəsi
keçirdi. Müşavirədə təhsil naziri Misir
Mərdanov, Tələbə Qəbulu üzrə Dövlət
Komissiyasının sədri Məleykə Abbaszadə, Bakı
Şəhəri üzrə Təhsil İdarəsinin müdiri
Nailə Rzaquliyeva, tanınmış alimlər,
ekspertlər, paytaxtın ayrı-ayrı rayonlarının
qabaqcıl məktəblərinin direktorları, müəllimlər
və KİV nümayəndələri iştirak
edirdilər. Tədbiri təhsil naziri Misir Mərdanov
giriş sözü ilə açaraq artıq
ilk ayını yaşadığımız təzə
ilin hamı üçün uğurlu olmasını arzulayıb bütün
təhsil işçilərinə ən xoş
istəklərini çatdırdı. Təhsil naziri yola saldığımız
2007-ci ilin əlamətdar hadisələrlə, xüsusilə
təhsil sahəsində qazanılan uğurlarla yaddaqalan
olduğunu deyərək, əldə olunan
nailiyyətlərin sayının bu il daha çox olmasını
arzuladı. Sonra çıxış üçün söz
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının
sədri Məleykə Abbaszadəyə verildi.
Məleykə xanım 2007-2008-ci tədris ili üçün keçirilmiş
qəbul imtahanlarının elmi-statistik təhlilinə
dair ətraflı məruzə etdi. Bakı şəhərinin
2007-ci il məzunlarının qəbul imtahanlarındakı
nəticələrinə dair statistik məlumatı müşavirə
iştirakçılarının diqqətinə çatdırdı.
Bildirdi ki, 2007-ci ildə Bakı şəhərinin orta ümumtəhsil
məktəblərini 26953 şagird bitirib. Onlardan 87,29
faizi (23528 nəfəri) ali məktəblərə
sənəd verib. Qəbul imtahanlarının
nəticələrinə əsasən şəhərin
9025 məzunu (sənəd verənlərin 38,47 faizi)
tələbə adını qazanıb. Onlardan 40,42 faizi
(3648 nəfəri) dövlət ali məktəblərinin ödənişsiz,
47,61 faizi (4297
nəfəri) ödənişli ixtisaslarına, 11,97 faizi
(1080 nəfəri) isə özəl ali
məktəblərə qəbul olunub. Bakı şəhərinin
məzunlarının 1973 nəfəri 500-dən, o cümlədən
506 nəfəri 600-dən yuxarı bal toplayıb.
Abituriyentlərin ən çoxu Azərbaycan Dövlət İqtisad
Universiteti və Bakı Dövlət Universitetinə qəbul
olunub. Qəbul imtahanlarında 297 Bakı
məktəbinin məzunları iştirak edib. Bu il
respublika üzrə yaxşı məktəblərin sırasına
Bakı şəhərinin Texniki Humanitar liseyi, 72 nömrəli
məktəb-liseyi, 291 nömrəli "Araz" ekologiya
liseyi, 289 nömrəli "Zəngi" liseyi, 287 nömrəli
"Zəkalar" liseyi, 43 nömrəli bağça-məktəb-lisey
kompleksi, 304 nömrəli orta məktəb, 2 nömrəli orta
texniki və humanitar elmlər liseyi, 261 nömrəli
məktəb-lisey, 17, 23, 27, 30, 54, 134, 138, 145, 147, 160, 204,
214, 240, 245, 249, 258 və 282 nömrəli orta
məktəblər daxil olub. Azərbaycan bölməsi üzrə bütün
imtahan fənlərindən göstəricilər respublika üzrə
göstəricilərdən yuxarıdır. Abituriyentlərin
qəbul imtahanlarında topladıqları orta bal
232,451-ə bərabərdir. Rus bölməsi üzrə də
bütün imtahan fənlərindən göstəricilər
respublika üzrə orta göstəricilərdən yuxarıdır.
Abituriyentlərin qəbul imtahanlarında topladıqları
orta bal 302,054-ə bərabərdir. Bakı şəhəri üzrə
abituriyentlər əsasən III ixtisas qrupuna üstünlük
verirlər. Ən çox sənəd III qrup üzrə
təqdim olunub - 8260 nəfər. Onlardan 2473-ü ali
məktəblərə daxil olub. Bakı
abituriyentlərinin seçdikləri ixtisaslar arasında 2-ci
yerdə I qrup ixtisasları gəlir. Bu qrup üzrə 7587
abituriyent sənəd təqdim edib. Onlardan 2904-ü ali
məktəbə daxil olub. 3-cü yerdə II qrup ixtisasları
gəlir. Həmin qrup üzrə imtahanda iştirak edən
4760 abituriyentdən 2669-u ali məktəbə qəbul
olunub. Abituriyentlərin ən az seçdikləri ixtisaslar IV
qrupa aiddir. Bu qrup üzrə 2851 abituriyent imtahanda iştirak
edib. Onlardan 979-u ali məktəbə daxil olub. Bütün bunlar və digər
məsələlər haqqında ətraflı danışan
Məleykə xanım daha sonra ali məktəblərə
builki qəbulun nəticələrinin keçənilki
nəticələrlə müqayisəli təhlilini apardı. TQDK sədri rəhbərlik etdiyi qurumun gördüyü
işlərdən də ətraflı bəhs etdi. çıxışının
sonunda 2008-ci ildə ali məktəblərə qəbulda
olan yeniliklər barədə müşavirə iştirakçılarına
geniş məlumat verdi. Sonra Bakı Şəhəri üzrə
Təhsil İdarəsinin ümumi təhsil
şöbəsinin müdiri Firudun Həmzəyevin Bakı
şəhərinin 2006-2007-ci il məzunlarının ali
məktəblərə qəbulunun nəticələri
ilə bağlı məlumatları dinlənildi. Müşavirəni təhsil naziri Misir
Mərdanov yekunlaşdıraraq Tələbə Qəbulu
üzrə Dövlət Komissiyasının sədrinin verdiyi
məlumatların olduqca vacib və əhəmiyyətli
olduğunu deyərək, hər bir təhsil işçisinin,
xüsusilə orta təhsil müəssisələrinin
direktorlarının öz işlərinə daha ciddi və
məsuliyyətlə yanaşmalarını tövsiyə
etdi. Samirə KƏRİMOVA
|