Məktəblərin infrastrukturunun yeniləşdirilməsi
sahəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə
300-ə yaxın yeni məktəb, uşaq bağçası, uşaq evi,
internat məktəbi binası tikilib istifadəyə
verilmiş, əsaslı təmir və bərpa olunmuş, müasir
avadanlıqla təchiz edilmişdir.
Məktəb tikintisi sahəsində həyata keçirilən
proqramlar nəticəsində 2 növbəli məktəblərin
faizi 73,3-dən 44,5-ə, ikinci növbədə təhsil
alan şagirdlərin faizi isə 34-dən 21-ə enmişdir.
Yeni ümumtəhsil məktəblərinin tikintisi, mövcud
məktəblər üçün əlavə korpusların inşası, istilik
sistemlərinin bərpası nəticəsində ölkə üzrə
bütün şagirdlərin 75 faizinin təlim şəraiti
yaxşılaşmışdır. Bundan başqa, 708 məktəb və 10
rayon təhsil şöbəsi müasir avadanlıqla təchiz
edilmişdir. Cari ildə də 25 yeni məktəbin inşası
başa çatdırılacaq, 1 məktəb üçün əlavə tədris
korpusu tikiləcək, 4 məktəb isə əsaslı təmir
olunacaqdır. |