Fevralın 12-də Azərbaycan Prezidenti İlham
Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa
edilmiş Habil Əliyev adına Ağdaş Şəhər Musiqi
Məktəbində olub.
Tikintisinə 2008-ci ilin martında başlanmış 540
şagird yeri olan musiqi məktəbinin binası ötən
ilin iyununda istifadəyə verilib. Ağdaş
şəhərinin mərkəzində yerləşən məktəbdə 36 sinif
otağı, 200 yerlik konsert zalı və muzey vardır.
Prezident İlham Əliyev məktəbdəki Habil Əliyev
muzeyinə baxıb. Muzeyin ən qiymətli eksponatları
arasında Habil Əliyevin vaxtilə ulu öndər Heydər
Əliyevlə, həmçinin Heydər Əliyev Fondunun
kamança ustadına və bütövlükdə musiqi
mədəniyyətimizə göstərdiyi qayğını əks etdirən
şəkillər vardır.
Sonra Prezident İlham Əliyev məktəbdə təlim
prosesi ilə tanış olub, konsert salonunda
məktəbin ansamblının ifasında dahi Üzeyir
Hacıbəylinin “Koroğlu” operasından bir parçanı
dinləyib. |