· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 


B.e ç.a ç C.a C. Ş. B.
    1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31    

 

 

İsrail Prezidenti Şimon Peres Azərbaycan Dillər Universitetində olub

 

İsrail Prezidenti Şimon Peres Azərbaycana rəsmi səfəri çərçivəsində iyunun 29-da Azərbaycan Dillər Universitetində müəllim və tələbə heyəti ilə görüşmüşdür.

Ali qonağı təhsil ocağında salamlayan universitetin rektoru Səməd Seyidov burada tələbələrə İsrail tarixinin, mədəniyyəti və dilinin öyrədildiyini dedi.

Azərbaycan Dillər Universitetində İsrail Mədəniyyət Mərkəzinin fəaliyyət göstərdiyini diqqətə çatdıran rektor bildirdi ki, xalqlar arasında dost münasibətlər bir çox məsələlərin həllinə yardım edir.

 

Almatıda keçirilən Türk Dünyası Riyaziyyatçıları Cəmiyyətinin 3-cü konqresində Azərbaycan nümayəndələri də iştirak edirlər

 

İyulun 1-də Türk Dünyası Riyaziyyatçıları Cəmiyyətinin təşəbbüsü ilə Almatıdakı Əl-Fərabi adına Qazaxıstan Milli Universitetində türk dünyası riyaziyyatçılarının 3-cü konqresi öz işinə başlamışdır.

Konqresdə Azərbaycan, ABŞ, Türkiyə, özbəkistan, İran, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Belarus və Rusiya, ümumiyyətlə, dünyanın 15 ölkəsinin elmi-tədqiqat institutları və ali təhsil müəssisələrinin 600-dən artıq alimi iştirak edir. Onların arasında Türk Dünyası Riyaziyyatçıları Cəmiyyətinin prezidenti Hilmi Hacısalehoğlu, Azərbaycan MEA-nın vitse-prezidenti, akademik Fikrət Əliyev, Qazaxıstan MEA-nın akademiki Muxtarbay Otelbayev və digər tanınmış riyaziyyatçılar vardır.

 

 

 

Qəbul imtahanlarında iştirak etmək üçün buraxılış vərəqələrinin verilmə vaxtı müəyyənləşdirilib

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) AzərTAc-a bildirmişlər ki, 2009-2010-cu tədris ili üçün Azərbaycan Respublikasının ali məktəblərinə və orta təhsil bazasından (11-illik) orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının günləri və həmin imtahanlarda iştirak etmək üçün sənəd vermiş abituriyentlərə imtahana buraxılış vərəqəsinin verilmə tarixləri müəyyənləşdirilmişdir.

 

 

 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış

 

(Əvvəli qəzetimizin ötən saylarında)

 

Azərbaycanın neft strategiyasının əsasını təşkil edən "Əsrin müqaviləsi" imzalandıqdan sonra Azərbaycan iqtisadiyyatına sərmayə axınının müşahidə edilməsi, transmilli şirkətlərin ölkəmizə marağının artması və neft sektoru ilə yanaşı, qeyri-neft sahəsinin də sürətlə inkişafı respublikamızda texniki peşə təhsili sistemi qarşısında yeni imkanlar açdı.

ölkə iqtisadiyyatı gücləndikcə bu vacib sahəyə yönəldilən dövlət vəsaitlərinin həcmi də xeyli artmış oldu. 

 

Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obama tərəfindən azərbaycanlı şagird mükafatlandırıldı

 

Qısa tanışlıq: Səbinə Rauf qızı Hüseynova 7 fevral 1991-ci ildə Bakı şəhərində anadan olub. 2008-ci ildə Tofiq İsmayılov adına "İntellekt" liseyini "əla" və "yaxşı" qiymətlərlə bitirərək elə həmin il 622 balla Azərbaycan Dövlət Neft Akademiyasının mühəndis iqtisadiyyatı və idarəetmə ixtisasına qəbul olunub. Beynəlxalq təşkilatların həyata keçirdikləri proqramlarda fəal iştirak edən Səbinə 2007-ci ildə Almaniyanın ölkəmizdəki səfirliyi tərəfindən təşkil edilən PAD (mədəniyyət, idman) proqramına qatılaraq 1 ay Almaniyada olub. 2008-ci ildə isə ACCELS təşkilatının həyata keçirdiyi FLEX ("Gələcək liderlərin mübadiləsi") proqramı üzrə müsabiqədə iştirak edərək 1 il Amerikada təhsil almaq hüququ qazanıb.

"Taksonomiya nəzəriyyəsi və istedadın inkişafı" mövzusunda elmi-praktik konfrans

 

Avropa inteqrasiya olunan Azərbaycan təhsilinin qarşısında duran mühüm vəzifələrdən biri təhsilin bütün pillələrində istedadlıları aşkar edərək onlara potensiallarını reallaşdırmaqda imkan yaratmaqdır. Hazırda Azərbaycan dövləti bu istiqamətdə mühüm praktik addımlar atır. ölkə Prezidenti İlham Əliyev tərəfindən təhsil sisteminin inkişafına yönələn Dövlət Proqramları və digər mühüm qərarlar qəbul edilir. Bu mühüm dövlət aktlarının yerinə yetirilməsi istiqamətində Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda mütəmadi olaraq məqsədyönlü işlər aparılır. İyunun 30-da institutda təşkil edilmiş "Gənc istedadlar" məktəbinin yaradılması və elmi-praktik konfransın təşkili bu baxımdan əhəmiyyətlidir.

NDU-da məzun günü qeyd olundu

 

Naxçıvan Dövlət Universitetinin Konservatoriyasında məzun günü qeyd olundu.

Universitetin müxtəlif fakültələrinin məzunlarının iştirakı ilə keçirilən tədbirdə giriş sözü ilə rektor, akademik İsa Həbibbəyli  çıxış edərək bu əlamətdar gün münasibətilə bütün məzunları təbrik etdi, onlara gələcək işgüzar və şəxsi həyatlarında uğurlar arzuladı.

Rektor universitetin 42-illik fəaliyyəti dövründə qazanılan nailiyyətlərdən, həyata  keçirilən  genişmiqyaslı abadlıq işlərindən, təhsil ocağında təşkil olunan beynəlxalq və respublika miqyaslı simpozium və  konfranslardan, tələbələrin 4-illik təhsil dövründə universitet həyatının müxtəlif sahələrində yaxından iştirakından ətraflı bəhs etdi. Natiq, həmçinin bu il universitetin magistratura şöbəsini bitirən bir qrup tələbənin ali məktəbdə işlə təmin olunduğunu böyük iftixarla nəzərə çatdırdı.