|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Xəbər
verdiyimiz kimi, noyabrın 28-də Məxdumqulu adına Türkmənistan
Dövlət Universitetində Azərbaycan Prezidenti İlham
Əliyevə bu ali məktəbin Fəxri professoru adı
verilməsinə həsr edilmiş mərasim keçirilmişdir.
Türkmənistanın
təhsil naziri Məhəmmədgəldi Annaamanov,
universitetin rektoru çaryad Tugiyev Azərbaycan Prezidentini
səmimiyyətlə qarşıladılar. Dövlətimizin
başçısına gül dəstəsi təqdim edildi. Prezident İlham Əliyev əvvəlcə universitetin foyesində açılmış, Türkmənistanın tarixini və bugünkü həyatını əks etdirən fotosərgi ilə tanış oldu. Azərbaycan Prezidentinə məlumat verildi ki, 1931-ci ildə pedaqoji institut kimi yaradılmış bu universitet hazırda Türkmənistanın ən nüfuzlu ali məktəbidir. Onun bazasında bir sıra ali məktəblər yaradılmışdır. İndiyə qədər burada 55 mindən artıq mütəxəssis hazırlanmışdır. |
Türkiyənin xarici işlər naziri Qafqaz Universitetində olub ölkəmizdə rəsmi
səfərdə olan Türkiyə Respublikasının xarici işlər
naziri Əli Babacan dekabrın 1-də Qafqaz Universitetinin
professor-müəllim və tələbə heyəti ilə görüşüb.
Universitetin böyük akt zalında keçirilən
görüş mərasimində Qafqaz Universitetinin rektoru, professor
Ahmet Saniç hörmətli qonağı salamlayaraq onu
universitetlərində görməsindən məmnunluq duyduqlarını,
Türkiyə Respublikasından Azərbaycana gələn dövlət
və hökumət rəsmilərinin rəhbərlik etdiyi ali
məktəbə ziyarətinin artıq ənənə şəklini
aldığını, bu baxımdan cənab nazirin də öz görüşü
ilə onları şərəfləndirdiyini bildirib, bunu Türkiyə
hökumətinin onlara göstərdiyi diqqət kimi
dəyərləndirib. Sonra rektor universitetləri haqqında
cənab nazirə və onunla birlikdə gəlmiş türkiyəli
qonaqlara məlumat verərək qeyd edib ki, Türkiyə-Azərbaycan
qardaşlığının daha da möhkəmləndirilməsi
üçün "çağ" öyrətim İşlətmələri
Şirkəti tərəfindən 1993-cü ildə açılmış
Qafqaz Universiteti 2546 tələbəsinə hüquq, mühəndislik,
pedaqoji və iqtisad fakültələrində olmaqla bakalavratura,
magistratura və doktorantura pillələri üzrə təhsil
verməkdədir. 15 yaşı olan universitetin indiyədək
1400-dən çox məzunu olub. Məzunların yüzdə səksən beşi, əksəriyyəti Azərbaycan da olmaqla, dünyanın 10 ölkəsində çalışmaqdadır. Tələbələrin səviyyəsinə görə Qafqaz Universiteti Azərbaycanda ən yüksək reytinqli özəl universitet olub öndə gedən dövlət universitetləri arasında özünəməxsus yer tutur. Burada tələbələr öz ixtisasları ilə bərabər, ingilis dilini və kompüter texnologiyasını da öyrənirlər. Universitetdə təhsil Boloniya sisteminə uyğun aparılır. Hər il 100-dən çox tələbə Türkiyədə stajirovkada olur. |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Azərbaycan Prezidenti İlham Əliyevin nitqi -Əziz dostlar! Mən, ilk növbədə, əməyimi yüksək
qiymətləndirdiyinə, mənə bu universitetin
Fəxri professoru kimi yüksək ad verilməsinə görə
Məxdumqulu adına Türkmənistan Dövlət
Universitetinə dərin minnətdarlığımı
bildirmək istərdim. Sizi əmin etmək istəyirəm ki,
mən bundan sonra da öz fəaliyyətimdə iki qardaş
xalq - türkmən və Azərbaycan xalqları arasında
əlaqələrin möhkəmlənməsinə, ölkələrimizin
münasibətlərinin bugünkü kimi dinamik inkişaf
etməsinə çalışacağam. Qonaqpərvər Türkmənistan torpağında
olmağıma çox şadam. Bu gün mənim rəsmi
səfərim başlanmışdır. Bu səfərin
ilk dəqiqəsindən etibarən mən səmimi,
mehriban qonaqpərvərliyi hiss edirəm. Bu gün biz çox hörmətli
Türkmənistan Prezidenti Qurbanqulu Məlikquliyeviç
Berdiməhəmmədovla ölkələrimiz arasında
ikitərəfli münasibətlərin geniş spektrini müzakirə
etdik. Biz həmçinin regional məsələləri, öz
həllini tələb edən məsələləri müzakirə
etdik və əlaqələrimizin inkişafından ümumi
razılığımızı bildirdik.
|
Dekabrın
1-də təhsil naziri Misir Mərdanov Avropa Komissiyasının
Azərbaycan üzrə Nümayəndəliyinin rəhbəri
cənab Alan Vaddamsla görüşüb. Görüşdə ali və
peşə təhsili üzrə bir sıra
məsələlər, qarşılıqlı
əməkdaşlığın istiqamətləri müzakirə
olunub. Təhsil naziri Misir Mərdanov qonağı
salamladıqdan sonra son illər ölkəmizdə peşə
təhsili sahəsi üzrə həyata keçirilən
tədbirlər, bu sahəyə olan dövlət qayğısı,
mövcud Dövlət Proqramı çərçivəsində görülən
işlər barədə məlumat verib. Nazir həmçinin
Cənubi Koreyanın "DAEWOO" şirkəti ilə
yaradılan əlaqələr, "British Council"
tərəfindən müəyyən layihələrin reallaşdırılmasından
söz açıb. Misir Mərdanov Dünya Bankı ilə birgə
həyata keçiriləcək II layihədə bu sahənin
inkişafına geniş yer ayrıldığını
qeyd edib. Sonra nazir Avropa Təhsil Fondu ilə peşə təhsili sahəsi üzrə qurulan əlaqələrdən söz açıb. |
Noyabrın 29-da BDU-nun yeni tədris
korpusunun akt zalında universitetin rektoru, akademik Abel
Məhərrəmovun mətbuat konfransı keçirildi.
Məqsəd BDU-nun yaradılmasının 90 illiyi münasibətilə
ən yaxşı məqalə, oçerk, publisistik yazı,
radio-televiziya verilişi və film müsabiqələrinin keçirilməsini
təşkil etməkdir. Mətbuat konfransını açıq elan edən BDU-nun rektoru Abel Məhərrəmov öncə ali təhsil ocağının yaradılması tarixi və əvvəlki fəaliyyəti dövründə Sovet imperiyası tərəfindən törədilmiş çətinliklərdən danışdı. BDU-nun məzunu olmuş ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra onun qayğısı sayəsində ali təhsil müəssisəsində qazanılmış nailiyyətlərə toxunan rektor qeyd etdi ki, Bakı Dövlət Universiteti 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin oğul yadigarıdır. Son 40 ildə təhsil ocağında əldə edilmiş uğurlar daha böyükdür. 10 minlərlə kadr yetişdirilib və xarici ölkələr üçün mütəxəssislər hazırlanıb. |
Salyan
təhsil işçilərindən Əlövsət Osmanlıya
sərt münasibət Hörmətli redaksiya! Artıq 10 ilə yaxın bir müddətdir
ki, ölkəmizdə təhsil islahatları geniş vüsət
almışdır. ümumi təhsilin məzmununun əsaslı
şəkildə dəyişdirilməsi, yeni kurrikulumların
meydana gəlməsi, təlim strategiyalarının
təkmilləşdirilməsi, müasir
qiymətləndirmə mexanizmlərinin yaradılması
fikrimizə real sübutdur. Biz müəllimlər yenilikləri, dəyişiklikləri diqqətlə izləyir və bunların müsbət nəticələr verəcəyinə ürəkdən inanırıq. Uzun illərin təcrübəsinə əsaslanaraq deyə bilərik ki, ümumtəhsil sistemində yaranmaqda olan yeniliklər, ilk növbədə, bu gün haqqında daha çox danışılan hafizə məktəbindən təfəkkür məktəbinə keçid prosesi müasir dövrün tələblərinə uyğun gələn yetkin vətəndaşlar yetişdirilməsində önəmli rol oynayacaqdır. |