|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Təhsil Nazirliyində görüş Dekabrın 1-də təhsil naziri Misir
Mərdanov Avropa Komissiyasının Azərbaycan üzrə Nümayəndəliyinin
rəhbəri cənab Alan Vaddamsla görüşüb. Görüşdə
ali və peşə təhsili üzrə bir sıra
məsələlər, qarşılıqlı
əməkdaşlığın istiqamətləri müzakirə
olunub. Təhsil naziri Misir Mərdanov qonağı
salamladıqdan sonra son illər ölkəmizdə peşə
təhsili sahəsi üzrə həyata keçirilən
tədbirlər, bu sahəyə olan dövlət qayğısı,
mövcud Dövlət Proqramı çərçivəsində görülən
işlər barədə məlumat verib. Nazir həmçinin
Cənubi Koreyanın "DAEWOO" şirkəti ilə
yaradılan əlaqələr, "British Council"
tərəfindən müəyyən layihələrin reallaşdırılmasından
söz açıb. Misir Mərdanov Dünya Bankı ilə birgə
həyata keçiriləcək II layihədə bu sahənin
inkişafına geniş yer ayrıldığını
qeyd edib. Sonra nazir Avropa Təhsil Fondu ilə peşə
təhsili sahəsi üzrə qurulan
əlaqələrdən söz açıb. Mövcud sahənin inkişafı
istiqamətində əhəmiyyətli tədbirlər
həyata keçirildiyindən danışan nazir bu il
Qəbələ Turizm və Otelçilik üzrə Peşə
Tədris Mərkəzinin fəaliyyətə
başladığını qeyd edib. Eyni zamanda Misir
Mərdanov müvafiq işin İsmayıllı rayonunda da
aparıldığını diqqətə çatdırıb,
eləcə də nəzərdə tutulan digər mühüm
işlər haqqında məlumat verib. ölkəmizdə ali təhsil sahəsi üzrə
bir sıra müsbət addımlar atıldığını
diqqətə çatdıran nazir Avropa ali təhsil
əlaqələri, ERAZMUS-MUNDUS, TEMPUS proqramları və
Boloniya prosesi çərçivəsində
görülən işlər, "2007-2015-ci
illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə
təhsili üzrə Dövlət Proqramı" çərçivəsində
reallaşdırılan tədbirlər haqqında danışıb. Cənab Alan Vaddams təhsil naziri Misir
Mərdanova səmimi qəbul və ətraflı
məlumat verdiyi üçün təşəkkür edib. Sonra qonaq peşə
təhsili sahəsi üzrə yeni layihədən söz açaraq
onun məqsədinin ölkəmizdə peşə
təhsilinin inkişafına yardım etmək olduğunu
qeyd edib, eyni zamanda Avropa təhsil proqramları üzrə
əlaqələrin daha da genişləndirilməsi
məsələsinə də toxunub. Görüşdə peşə təhsili
kurrikulumunun hazırlanması, birgə əməkdaşlığın
prioritet istiqamətləri, eləcə də digər
vacib məsələlər ətrafında
fikir mübadiləsi aparılıb.
|