|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
NDU-nun müəllim və tələbələri Təbrizdə olublar Naxçıvan Dövlət Universitetinin
memarlıq və mühəndislik fakültəsinin 30
nəfərlik tələbə-müəllim heyəti İran
İslam Respublikasının Təbriz şəhərində
birgünlük səfərdə olmuşdur. İstehsalat təcrübəsi xarakterli bu
səfərin əsas məqsədi iki qonşu region arasında
traktor istehsalı və maşınqayırma
sahəsindəki əməkdaşlığı inkişaf
etdirmək, İran mütəxəssislərinin bu
sahədəki zəngin təcrübələrini öyrənmək,
tələbələrin gələcəyin mütəxəssisləri
kimi formalaşmasını təmin etməkdən
ibarət olmuşdur. Səfər çərçivəsində
heyətin üz tutduğu ünvanlardan birincisi İran Traktor
İstehsalı zavodu olmuşdur. İlk öncə zavodun ümumi
görünüşünü əks etdirən maketə baxış
olmuş, qonaqlara zavod haqqında ətraflı məlumat
verilmişdir. Sonra zavodda iş prosesi ilə əyani tanışlıq
olmuşdur. 10 000 nəfər işçi qüvvəsini özündə
cəmləşdirən zavodda yüksək keyfiyyətli müasir
avadanlıqlar vasitəsilə ildə 30 000- 40 000 arası
6 növdə traktor istehsal olunur. Daha sonra nümayəndə heyəti zavodun
nəzdində fəaliyyət göstərən
universitetə gəlmiş, bu sahə üzrə kadr hazırlanması, tədris prosesi ilə tanış
olmuş, bu təhsil ocağına Naxçıvan Dövlət
Universitetinin rəhbərliyi adından doğma diyarımızın
mənzərələrini, təbiətini əks
etdirən tablolar və fotoşəkillər
hədiyyə edilmişdir. Səfər çərçivəsində
tələbə və müəllimlər həmçinin daha çox
Şəhriyar təxəllüsü ilə tanınan böyük
Azərbaycan-İran şairi Seyid Məhəmməd Hüseyn
Təbrizinin məzarını ziyarət etmişlər.
Ecazkar memarlıq üslubu ilə diqqəti cəlb edən bu
abidə kompleksində şairin həyat və yaradıcılığını
əks etdirən kitablar, fotoşəkillər buraya
gələn qonaqların böyük marağına səbəb
olmuşdur. Nərmin CƏFƏROVA, NDU-nun mətbuat xidmətinin əməkdaşı
Şair məktəblilərin qonağı oldu Bakının Binəqədi rayonundakı
314 nömrəli orta məktəbdə Azərbaycanın xalq
şairi Nəriman Həsənzadənin 77 illik yubileyi
ilə əlaqədar görüş keçirildi. Tədbirdə
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin
nümayəndələri, yazıçı və şairlər,
məktəb direktorları, mətbuat işçiləri
və digər qonaqlar iştiak edirdilər. Məktəbin direktoru Vidadi Daşdəmirov
qonaqları salamlayaraq Nəriman
Həsənzadənin yaradıcılığı
barədə tədbir iştirakçılarına məlumat
verdi. Tədbirdə şairin həyat və yaradıcılığından
danışıldı. Məktəbin müəllimləri və
istedadlı şagirdlər şairin bir neçə şeirini
məharətlə ifa etdilər, onunla
bağlı xatirələr söylədilər. Sonda Nəriman Həsənzadə şagirdlərin
verdiyi müxtəlif sualları cavablandırdı və görüşdən
çox razı qaldığını bildirdi. Rəşad ZİYADOV
|