|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
BDU-da mətbuat konfransı Noyabrın 29-da BDU-nun yeni tədris
korpusunun akt zalında universitetin rektoru, akademik Abel
Məhərrəmovun mətbuat konfransı keçirildi.
Məqsəd BDU-nun yaradılmasının 90 illiyi münasibətilə
ən yaxşı məqalə, oçerk, publisistik yazı,
radio-televiziya verilişi və film müsabiqələrinin keçirilməsini
təşkil etməkdir. Mətbuat konfransını açıq elan
edən BDU-nun rektoru Abel Məhərrəmov öncə ali
təhsil ocağının yaradılması tarixi və
əvvəlki fəaliyyəti dövründə Sovet imperiyası
tərəfindən törədilmiş çətinliklərdən
danışdı. BDU-nun məzunu olmuş ümummilli lider
Heydər Əliyevin hakimiyyətə gəlişindən
sonra onun qayğısı sayəsində ali təhsil müəssisəsində
qazanılmış nailiyyətlərə toxunan rektor qeyd
etdi ki, Bakı Dövlət Universiteti 1918-ci ildə yaradılmış
Azərbaycan Xalq Cümhuriyyətinin oğul yadigarıdır.
Son 40 ildə təhsil ocağında əldə edilmiş
uğurlar daha böyükdür. 10 minlərlə kadr yetişdirilib
və xarici ölkələr üçün mütəxəssislər
hazırlanıb. BDU öz məzunları ilə fəxr edir. Abel Məhərrəmov BDU-nun keçdiyi şərəfli
yoldan danışarkən nəzərdə tutulan
yeniliklərə də diqqət çəkdi. Bildirdi ki, 100
istedadlı müəllim və tələbəyə yüksək
təqaüdlər veriləcək, yeni fakültələr
fəaliyyətə başlayacaqdır. Tarixi tədbirlər zamanı mətbuat işçilərinin
fəaliyyətinə xüsusi önəm verən
A.Məhərrəmov keçirilən müsabiqənin şərtlərinə
də toxundu. Bu mövzuda yazılan əsərlər
BDU-nun tarixi xidmətləri, əhəmiyyəti
və inkişafı ilə bilavasitə əlaqəli
olmalıdır. Müsabiqə 2008-ci ilin noyabrından 2009-cu
ilin aprelinədək keçirilir. Müəlliflər yazıları
çap olunmuş və elektron, videomaterialları isə DVD
variantında 2 nüsxədə təqdim etməlidir. Mətbuat konfransında Boloniya prosesinin gedişi,
qış sessiyasına hazırlıq, hazırlanan kadrların
səviyyəsi, tarixi şəxsiyyətlər haqqında,
gələcəkdə BDU-nun xaricdə filiallarının
açılması, xarici dil kurslarının keçirilməsi
və digər məsələlərlə bağlı
jurnalistləri maraqlandıran
suallara BDU-nun rektoru Abel Məhərrəmov ətraflı
cavablar verdi və onlara minnətdarlığını
bildirdi. Fazil İDRİSOĞLU
|