|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Yalan ayaq tutar, yeriməz Salyan
təhsil işçilərindən Əlövsət Osmanlıya
sərt münasibət Hörmətli redaksiya! Artıq 10 ilə yaxın bir müddətdir
ki, ölkəmizdə təhsil islahatları geniş vüsət
almışdır. ümumi təhsilin məzmununun əsaslı
şəkildə dəyişdirilməsi, yeni kurrikulumların
meydana gəlməsi, təlim strategiyalarının
təkmilləşdirilməsi, müasir
qiymətləndirmə mexanizmlərinin yaradılması
fikrimizə real sübutdur. Biz müəllimlər yenilikləri, dəyişiklikləri
diqqətlə izləyir və bunların müsbət
nəticələr verəcəyinə ürəkdən inanırıq.
Uzun illərin təcrübəsinə əsaslanaraq deyə
bilərik ki, ümumtəhsil sistemində yaranmaqda olan
yeniliklər, ilk növbədə, bu gün haqqında daha çox
danışılan hafizə məktəbindən
təfəkkür məktəbinə keçid prosesi müasir dövrün
tələblərinə uyğun gələn yetkin
vətəndaşlar yetişdirilməsində önəmli
rol oynayacaqdır. Bu fikrimizin ilk real nümunələri kimi yeni
fənn kurrikulumları əsasında yazılmış
və carı dərs ilindən I sinif müəllimlərinin
və şagirdlərinin istifadəsinə verilmiş
dərslik komplektlərini misal gətirə bilərik.
Əvvəla, çox sevindirici haldır ki, həmin
komplektdə xeyli müddətdən bəri gözlədiyimiz müəllim
üçün vəsaiti görə bildik. Eyni zamanda
əvvəlkilərlə müqayisədə yeni
dərsliklərin tamamilə başqa quruluşda və üslubda
hazırlandığının şahidi olduq.
Cəsarətlə deyə bilərik ki, bu
dərsliklər biz müəllimləri işə yaradıcı
münasibət göstərməyə, tədris prosesində
yalnız fəal təlim metodlarından istifadə
etməyə, eləcə də daha münasib üsul və
vasitələr axtarıb tapmağa sövq edir. Bu reallıqdan irəli gələn daxili
rahatlıq, nikbinlik və məmnunluq hisslərini yaşayarkən
"Azadlıq" qəzetinin səhifələrində
yer tapmış Əlövsət Osmanlının
"Həyat bilgisi" və "Riyaziyyat"
dərslikləri haqqında "silsilə" yazılarını
oxuyanda, doğrudan da, heyrətə gəldik. Biz Ə.Osmanlını
əvvəlki illərdə çap olunmuş ibtidai
siniflər üçün "Riyaziyyat" dərsliklərinin müəlliflərindən
biri kimi tanıyırdiq, hərçənd ki, bu
dərsliklər keyfiyyət və orijinallıq baxımından
o qədər də nəzərəçarpacaq
cəhətlərə malik deyildi, lakin onun bu qədər
iddialı, özündən müştəbeh, ambisiyalı olduğunu
təsəvvür etməzdik. Məqalə də yazmaq, fikir
söyləmək, tənqid də etmək olar.
Cəmiyyətimizdə bu, normal hal sayılır. Ancaq gözünü
yumub hər şeyə, "yox" demək, ağ olanı
qara kimi qələmə vermək və bu yolda böhtandan,
şərdən çəkinməmək bədxah
əməl sayılır. Bizi dəhşətə
gətirən həm də bu oldu ki, Ə.Osmanlı şəxsi
mənafeyi, məqsədi naminə öz müəllimi olan hörmətli
nazirimizə qarşı təhqiramiz mövqe tutmaqdan belə
ar etmədi. Cənab Osmanlı, bu gün Sizin kitabınız
bəyənilmirsə, səbəbini özünüzdə axtarın.
Dahi Nizami demişkən, üzünüzdəki ləkəni görüb,
güzgünü sındırmaqdansa, o ləkəni silin. Ə.Osmanlının Dərslikləri
Qiymətləndirmə Şurasının qərarına
münasibəti də təəccüb doğurur. Onun
tərkibində AMEA-nın müxbir üzvləri, Azərbaycanın
görkəmli elm adamları olan çox sanballı bir komissiyanın
qərarına hörmətsizliyini heç cür anlamaq olmur. Əlövsət
müəllim, siz heç kimnən razılaşmaya, fikrinizdə
israrlı ola bilərsiniz. Bu, sizin öz işinizdir. Ancaq
pedaqoji ictimaiyyətin diqqətini yayındırmağa çalışmağınız
bizi çox narahat edir. Elə bu narahatçılığın
nəticəsidir ki, biz pedaqoji ictimaiyyətə müraciət
edir və Ə.Osmanlının qərəzli mövqeyinə
münasibət bildirilməsini xahiş edirik. Ələsgər Mehdiyev - Salyan
Rayon Təhsil Şöbəsinin müdiri, əməkdar
müəllim Gülşən Piriyeva - Salyan şəhər
7 nömrəli liseyin müəllimi, əməkdar müəllim Zabit Orucov - Salyan rayon Yuxarı Xalac
kənd orta məktəbinin riyaziyyat müəllimi Tinatin Həsənova - Salyan Rayon
Təhsil Şöbəsinin ibtidai siniflər üzrə
metodisti Fərqanə Əliyeva - Salyan rayon
Şəkərli kənd orta məktəbinin ibtidai sinif müəllimi Səkinə Qasımova - Salyan
şəhər 3 nömrəli orta məktəbin ibtidai sinif
müəllimi İradə Piriyeva - Salyan şəhər
7 nömrəli liseyin ibtidai sinif müəllimi
|