· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 


B.e з.a з. C.a C. Ş. B.
      1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

Prezident İlham Əliyev Ankaradakı Heydər Əliyev adına ibtidai məktəbdə olub

Noyabrın 6-da Azərbaycan Prezidenti İlham Əliyev Ankaranın Batıkənd məhəlləsində Heydər Əliyev adına ibtidai məktəbdə olmuşdur.

Məktəbin binasının həyətində şagirdlər, valideynlər, məhəllə sakinləri Prezident İlham Əliyevi, xanımı Mehriban Əliyevanı böyük səmimiyyətlə qarşıladılar.

Məktəblilərin ifasında Azərbaycanın və Türkiyənin milli rəqsləri, xalq mahnıları böyük maraq doğurdu.

 

Azərbaycan Prezidenti İlham Əliyev dünya şöhrətli alim, həmyerlimiz Lütfi Zadəni qəbul edib 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 10-da "Bakutel-2008" XIV Azərbaycan beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisində iştirak etmək üçün ölkəmizdə səfərdə olan dünya şöhrətli alim, həmyerlimiz Lütfi Zadəni qəbul etmişdir.

Cənab Lütfi Zadə Bakıya səfərindən və Prezident İlham Əliyevlə görüşündən məmnunluğunu bildirdi. İlk dəfə 1965-ci ildə Bakıda birgünlük səfərdə olduğunu xatırladan alim budəfəki səfərin onda böyük təəssürat yaratdığını söylədi. O, ötən dövr ərzində ölkəmizin xeyli dəyişdiyini, Bakıda böyük abadlıq və quruculuq işləri ilə yanaşı, elmin və mədəniyyətin inkişafının da yüksək səviyyədə olduğunu vurğuladı. Lütfi Zadə əldə olunan bütün bu nailiyyətləri Azərbaycan Prezidenti İlham Əliyevin elmə və mədəniyyətə göstərdiyi qayğı və diqqətin nəticəsi kimi dəyərləndirdi.

Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan hazırkı imkanlarından istifadə etməklə elmin, təhsilin və mədəniyyətin müxtəlif sahələrini inkişaf etdirməyi, ən müasir texnologiyaların tətbiqini qarşıya məqsəd qoymuşdur. Prezident İlham Əliyev dedi ki, indi ölkə üçün başlıca prioritet məsələ qeyri-neft sektorunun inkişaf etdirilməsidir.

  

Fransa Dövlət Şərq Dilləri və Mədəniyyətləri İnstitutunda Azərbaycan dili fakültəsi açılıb

 

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva açılış mərasimində iştirak edib

Noyabrın 7-də Parisdə, Fransa Dövlət Şərq Dilləri və Mədəniyyətləri İnstitutunda (İNALCO) Azərbaycan dili fakültəsi açılmışdır. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva açılış mərasimində iştirak etmişdir.  

Təhsil Nazirliyinin kollegiya iclasında

Noyabrın 7-də Təhsil Nazirliyində keçirilən kollegiya iclasında "2007-2008-ci tədris ilində XI siniflərdə buraxılış imtahanlarının yekunları və cari dərs ilində qarşıda duran vəzifələr" mövzusunda məsələ müzakirə olundu. Kollegiya üzvləri ilə yanaşı, nazirliyin məsul işçilərinin, müvafiq struktur bölmələri və şöbələrinin, təhsil müəssisələri, imtahan və bina rəhbərlərinin iştirak etdiyi tədbiri açan Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov giriş sözü ilə çıxış etdi.

Buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada aparılmasının əhəmiyyətindən bəhs edən nazir 1999-2000-ci dərs ilindən etibarən buraxılış imtahanlarının test sualları vasitəsilə aparılmasının irəliyə doğru bir addım olduğunu qeyd etdi. Şagirdlər test sualları vasitəsilə imtahan vermək vərdişləri əldə etdilər ki, bu da məzunların ali məktəblərə qəbul imtahanlarında testlərlə bacarıqla işləmə vərdişlərini formalaşdırdı.

İki ölkənin ali təhsil sahəsindəki əməkdaşlığı daha da inkişaf edəcək

Noyabrın 13-də təhsil naziri Misir Mərdanov ölkəmizdə  səfərdə olan Türkiyə Respublikasının ali təhsil naziri, professor, doktor Yusuf Ziya özcanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

 Məlumat üçün bildirək ki, ölkəmiz müstəqillik əldə etdikdən sonra Türkiyə Respublikasının ali təhsil nazirinin Azərbaycana bu, ilk rəsmi səfəridir. Yüksək öyrətim Kurulu (Ali Təhsil  Nazirliyi) Türkiyədə ali təhsilə cavabdeh olan və ali məktəblərin işini koordinasiya edən bir dövlət qurumudur. Qurum Türkiyə Respublikası Prezidenti tərəfindən təsdiq edilən başqan (sədr), onun müavini və bir neçə daimi üzvdən ibarətdir. Qurumun iclaslarında ali məktəb rektorlarının iştirakı ilə ali təhsilin mühüm məsələlərinə aid müzakirələr aparılır.

Ali məktəblərdə müəllim və tələbələr Boloniya prosesi ilə bağlı nə bilirlər?

Azərbaycan Boloniya prosesinə 2005-ci ilin mayında qoşulub. Hazırda 26 ali məktəbdə (21-i dövlət, 5-i özəl) ayrı-ayrı ixtisaslar üzrə kredit sistemi tətbiq olunur. Bununla bağlı normativ-hüquqi sənədlər qəbul olunub. 2010-cu ilədək ölkənin bütün ali təhsil müəssisələrində bu sistemin bütövlükdə tətbiqi nəzərdə tutulur. Bəs ali məktəblərimizdə dərs deyən müəllimlər, təhsil alan tələbələr Boloniya prosesi haqqında nə bilirlər? Kredit sisteminin mahiyyətini necə başa düşürlər? Bu məsələlərə aydınlıq gətirmək məqsədi ilə redaksiyamızın əməkdaşları paytaxtda fəaliyyət göstərən iki ali təhsil müəssisəsinə reyd keçirmiş, müəllim və tələbələrlə söhbət aparmışlar. Reydlərin nəticələri ilə oxucuları da tanış edirik.