· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

Orta təhsil kursu üzrə buraxılış imtahanlarının aparılması barədə

Azərbaycan Respublikası təhsil nazirinin əmri

2007-2008-ci dərs ilində bilavasitə Təhsil Nazirliyinin tabeliyindəki lisey və gimnaziyalarda, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərləri, Abşeron, İmişli, İsmayıllı, Ucar rayonları, bu şəhər və rayonlarda məskunlaşmış məcburi köçkün rayonlarının ümumtəhsil məktəblərində və peşə liseylərində orta təhsil kursu üzrə buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada aparılması təhsilin keyfiyyətinə müsbət təsir etmiş və ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmışdır. Bu dərs ilində mərkəzləşdirilmiş qaydada keçirilən buraxılış imtahanlarının əhatə dairəsinin daha da genişləndirilməsi nəzərdə tutulmuş, imtahan prosesinin keçirilməsi qaydaları və mexanizminin təkmilləşdirilməsi istiqamətində müəyyən tədbirlər görülmüşdür.

Buraxılış imtahanlarının yeni qaydada aparılmasının son nəticədə təhsilin keyfiyyətinə təsir edən amillərdən biri olduğunu, bu sahədə əldə olunmuş təcrübəni, yerli təhsil orqanlarının, ümumtəhsil məktəbləri rəhbərlərinin, şagird və valideynlərin təkliflərini nəzərə alaraq

 

Əmr edirəm:

 

1. 2008-2009-cu dərs ilində respublikanın bütün ümumtəhsil məktəblərində (Naxçıvan MR istisna olmaqla) və peşə liseylərində, o cümlədən, ötən dərs illərində buraxılış imtahanlarından qeyri-kafi qiymət alan, müəyyən səbəblərdən orta təhsil kursunu bitirməyən və eksternat qaydasında imtahan vermək üçün müraciət edən şəxslər də əhatə olunmaqla, orta təhsil kursu üzrə buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada aparılsın.

2. Orta təhsil kursu üzrə yoxlama imtahanları bu dərs ili ərzində bir dəfə keçirilsin. Yoxlama imtahanları ümumtəhsil məktəblərində 22 fevral-26 aprel 2009-cu il, peşə liseylərində isə 22 fevral 2009-cu il tarixlərdə keçirilsin.

3. Buraxılış imtahanları peşə liseylərində aprel 2009-cu il, ümumtəhsil məktəblərində isə iyun 2009-cu il tarixlərdə ana dili və ədəbiyyat, riyaziyyat, Azərbaycan tarixi, fizika, kimya, biologiya, coğrafiya və xarici dil fənlərindən keçirilsin.

4. Təlim türk, gürcü və ingilis dillərində olan məktəb və liseylərin XI (XII) siniflərində Təhsil Nazirliyi tərəfindən hazırlanmış test suallarının uyğun dillərə tərcümə edilməklə imtahan aparılması müvafiq şəhər, rayon təhsil şöbələrinə tapşırılsın.

5. Şagird nailiyyətlərinin qiymətləndirilməsi prinsiplərinə uyğun olaraq, attestata yazılacaq summativ (yekun) qiymət şagirdin fənn üzrə mikrosummativ (yoxlama imtahanının nəticələri, X və XI (XII) siniflərin illik qiymətləri) və makrosummativ (buraxılış imtahanı)  qiymətləri əsasında hesablansın. Yoxlama imtahanının nəticələri bu imtahanın keçirildiyi tarixdə jurnala yazılsın və şagirdlərin fənlər üzrə ikinci yarımillik qiymətləri yoxlama test imtahanının nəticələri nəzərə alınmaqla çıxarılsın.

6. Buraxılış imtahanlarının keçirilməsi ilə əlaqədar olaraq Təhsil Nazirliyi tərəfindən təyin olunmuş koordinatorlar peşə liseyləri və ümumtəhsil məktəblərinin şagirdləri, müəllim və valideynləri arasında 2008-ci ilin oktyabr-noyabr aylarında təlimati iş aparsın.

7. Buraxılış imtahanlarının yeni qaydada aparılması ilə əlaqədar hazırlanmış icra planı təsdiq edilsin.

8. Təhsil Nazirliyinin ayrı-ayrı bölgələrdə təlimati iş aparan nümayəndələri 2008-2009-cu tədris ilinin sonunadək həmin rayonların koordinatorları təyin edilsinlər.

9. Monitorinq və qiymətləndirmə şöbəsi (T.Hacıyeva) icra planında nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsini ciddi nəzarətdə saxlasın.

10. Monitorinq və qiymətləndirmə şöbəsi (T.Hacıyeva) və Təhsilin idarəolunmasının məlumat sistemləri şöbəsi (İ.Sadıqov) imtahan verən şagirdlər haqqında müvafiq baza məlumatlarının toplanmasını həyata keçirsin.

11. Monitorinq və qiymətləndirmə şöbəsi (T.Hacıyeva) və Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsi (F.Qədirov) imtahan nəticələrinin təhlili əsasında zəruri fəaliyyətlərin və təşkilati mexanizmlərin qurulması, onların koordinasiya olunması ilə bağlı təkliflər hazırlasın.

12. Bakı Şəhəri üzrə Təhsil İdarəsi (N.Rzaquliyeva), Gəncə şəhər Təhsil İdarəsi (M.Əliyev) və bütün şəhər (rayon) təhsil şöbələri:

12.1. orta təhsil kursu üzrə buraxılış imtahanlarının keçirildiyi günədək məktəb rəhbərlərinin, müəllimlərin, şagirdlərin və valideynlərin mütəmadi olaraq maarifləndirilməsi işini təşkil etsinlər;

12.2. imtahan mərkəzlərini Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə şöbəsi ilə razılaşdıraraq müəyyənləşdirsinlər;

12.3. imtahanların keçirilməsinə hazırlıq məqsədilə cavab kartları tətbiq edilməklə nümunə testlər üzrə daxili yoxlamaların keçirilməsi və şagirdlər tərəfindən müvafiq təlimatların öyrənilməsi istiqamətində tədbirlər görsünlər;

12.4. buraxılış siniflərində hər bir şagirdin dərslərə davamiyyətinə nəzarəti gücləndirsinlər və yoxlama test imtahanlarında iştirakını təmin etsinlər.

13. Şəhərlər və kənd rayonları üzrə ümumi təhsil və məktəbəqədər tərbiyə şöbələri (A.Muradov, A.Əhmədov) nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi ilə bağlı şəhər və rayon təhsil şöbələrinə lazımi köməklik göstərsin.

14. İqtisadiyyat şöbəsi (H.Zeynalov) imtahan materiallarının çap olunması ilə bağlı smeta sənədlərinin hazırlanmasını təmin etsin.

15. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi" qəzetində və "Təhsil xəbərləri" məcmuəsində dərc olunmasını, buraxılış imtahanlarının nəticələrinin ictimaiyyətə çatdırılmasını təmin etsin.

16. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri

17 oktyabr 2008-ci il

 

 

 

 

 Təşkilat Komitəsinin yaradılması haqqında

 

Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

Azərbaycan Respublikası Prezidentinin "Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında" 4 sentyabr 2007-ci il tarixli, 2373 nömrəli sərəncamını rəhbər tutaraq

Əmr edirəm:

1. 2008-2009-cu dərs ilində "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrinin mütəşəkkil keçirilməsini və bu prosesin tənzimlənməsi ilə əlaqədar kollegial qərarların qəbul olunmasını təmin etmək məqsədilə aşağıdakı tərkibdə ictimai əsaslarla fəaliyyət göstərən Təşkilat Komitəsi yaradılsın:

 

Təşkilat Komitəsinin sədri:

 

Misir Mərdanov                       

Azərbaycan Respublikasının təhsil naziri

 Təşkilat Komitəsinin üzvləri:

 

İsgəndər İsgəndərov                      

Təhsil nazirinin müavini

Elmar Qasımov                  

Təhsil nazirinin müavini

İradə Hüseynova                        

Təhsil nazirinin müavini

Səttar Mehbalıyev                   

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri

Əjdər Ağayev               

Respublika Təhsil Şurasının sədri

İlham Pirməmmədov              

Təhsil Nazirliyi Aparatının rəhbəri

Vaqif Abbasov              

İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının üzvü, AMEA-nın müxbir üzvü

Arif Muradov                

Şəhərlər üzrə ümumi təhsil və məktəbəqədər tərbiyə şöbəsinin müdiri

Aydın Əhmədov            

Kənd rayonları üzrə ümumi təhsil və məktəbəqədər tərbiyə şöbəsinin müdiri

Fərzəli Qədirov             

Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin müdiri

Faiq Şahbazlı                

Dərslik və nəşriyyat şöbəsinin müdiri

Ağababa İbrahimov                    

Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinin müdiri

Bayram Hüseynzadə            

İctimaiyyətlə əlaqə şöbəsinin müdiri

Təranə Hacıyeva       

Monitorinq və qiymətləndirmə şöbəsinin müdir əvəzi

Nailə Rzaquliyeva                 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri

Fərrux Rüstəmov                     

Azərbaycan Dövlət Pedaqoji Universitetinin pedaqoji fakültəsinin dekanı

Ənvər Abbasov            

Təhsil Problemləri İnstitutunun direktor müavini, Kurrikulum Mərkəzinin direktoru

ülviyyə Mikayılova

Müasir Təhsilə və Tədrisə Yardım Mərkəzinin direktoru

Elmina Kazımzadə                  

Dərslikləri Qiymətləndirmə Şurasının sədri

Gülşən Hüseynova   

Britaniya Şurasının proqram direktoru

 

 

2. Müsabiqələrdə iştirakla bağlı Təşkilat Komitəsinə daxil olan müvafiq sənədlərin müəyyən edilmiş qaydada ekspertizasını aparan işçi qruplarının tərkibi təsdiq olunsun (əlavə edilir).

 3. Müsabiqələrin təşkili və keçirilməsi üzrə ümumiləşdirilmiş məlumatların, təqdimat və arayışların hazırlanması, habelə nəzərdə tutulan  tədbirlərin icrası sahəsində əlaqələndiricilik funksiyasının yerinə yetirilməsi Təşkilat Komitəsinin üzvü, Kənd rayonları üzrə ümumi təhsil və məktəbəqədər tərbiyə şöbəsinin müdiri A.Əhmədova həvalə edilsin.

4. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) bu əmrin əlavəsi ilə birgə "Azərbaycan müəllimi" qəzetində və "Təhsil xəbərləri" məcmuəsində dərc olunmasını təmin etsin.

5. Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram.

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri

 

20 oktyabr 2008-ci il

 

 

 

 

 

 

Təhsil Nazirliyinin 20.10. 2008-ci il tarixli, 1154 nömrəli əmri ilə təsdiq olunmuşdur

2008-2009-cu dərs ilində keçiriləcək "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrində iştirak üçün Təşkilat Komitəsinə daxil olan sənədlərin ekspertizasını aparacaq işçi qruplarının

 

Tərkibi

 

"Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsi üzrə

 

Məhərrəm Səfərov                        

Şəhərlər üzrə ümumi təhsil və məktəbəqədər tərbiyə şöbəsinin baş məsləhətçisi

Əhliyət Adıgözəlov                   

Kənd rayonları üzrə ümumi təhsil və məktəbəqədər tərbiyə şöbəsinin böyük məsləhətçisi

 

"Ən yaxşı müəllim" müsabiqəsi üzrə

 

Avaz Yusifov                 

Kənd rayonları üzrə ümumi təhsil və məktəbəqədər tərbiyə şöbəsinin aparıcı məsləhətçisi

İsaq Məmmədov

 Kənd rayonları üzrə ümumi təhsil və məktəbəqədər tərbiyə şöbəsinin aparıcı məsləhətçisi