· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 


B.e ç.a ç. C.a C. Ş. B.
    1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

 

 

 Azərbaycan Prezidenti İlham Əliyev Pekin olimpiadasında cüdoçuların mükafatlandırılma mərasimində iştirak edib

AzərTAc xəbər verir ki, avqustun 11-də Pekində keçirilən XXIX Yay Olimpiya oyunlarının 73 kiloqram çəki dərəcəsində cüdo yarışlarında medallar qazanmış idmançıların təntənəli mükafatlandırılma mərasimi olmuşdur.

Azərbaycan Prezidenti İlham Əliyev həmin yarışı izləmiş və mükafatlandırılma mərasimində iştirak etmişdir. Beynəlxalq Olimpiya Komitəsinin nümayəndəsi Reynaldo Qonzales Lopes Olimpiya oyunlarının 73 kiloqram çəki dərəcəsində cüdo yarışlarının qalibi, Azərbaycan cüdoçusu Elnur Məmmədliyə, habelə 2-ci və 3-cü yeri tutmuş idmançılara medalları təqdim etmişdir. 

Azərbaycan Prezidenti İlham Əliyev idmançılara gül dəstələri təqdim edərək, təbriklərini bildirmişdir. Elnur Məmmədlinin şərəfinə Azərbaycanın Dövlət bayrağı qaldırılmış və ölkəmizin himni səslənmişdir. Xatırladaq ki, Azərbaycan idmançısı keçirdiyi beş görüşün hamısında təmiz qələbə qazanmışdır.

"TƏHSİLƏ QOYULAN VƏSAİT öLKƏMİZİN GƏLƏCƏYİNƏ 

QOYULAN VƏSAİTDİR"

İndi biz faktiki olaraq, Azərbaycanda bütün məktəb infrastrukturunu yeniləşdiririk. İndiyədək 800-ə yaxın məktəbin tikilməsi və gələcək illərdə yüzlərlə məktəbin tikintisi - bu, məktəb sahəsinin maddi-texniki bazasının yeniləşdirilməsini, təhsilin keyfiyyətini də, avadanlıqla təchizatı da təmin edir. Eyni zamanda, hesab edirəm ki, indi vaxt gəlib ki, biz mövcud məktəblərin təmirinə də daha çox vəsait ayıraq. çünki buna da böyük ehtiyac var, xüsusilə, Bakı şəhərində. Yəqin ki, bu il, gələn il Bakı şəhərində yerləşən bütün məktəblərin istilik təchizatı problemləri həll olunmalıdır. Bu, həll ediləcəkdir. Ondan sonra bütün başqa şəhər və rayonlarda da biz bunu həll etməliyik və mövcud məktəbləri də çox gözəl səviyyəyə gətirib çıxarmalıyıq.

Bu sahədə vəsaitə qənaət etməməliyik. çünki təhsilə qoyulan vəsait ölkəmizin gələcəyinə qoyulan vəsaitdir. Bütün inkişaf etmiş ölkələrin uğurlarının səbəbi də məhz ziyalı təbəqəsidir, elmi-texniki tərəqqidir, texnoloji yeniliklərdir. Biz də bu yolu seçmişik. İstəyirik ki, bizim insanlarımız, gənc nəsil bilikli, savadlı olsun və ölkəmizin inkişafında çox böyük rol oynasınlar.

 Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına həsr edilmiş iclasındakı nitqindən.

  

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Lənkəran rayonunda 4 məktəb binası inşa olunur

Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində Lənkəran rayonunda 4 yeni məktəb binası inşa olunur.

Səpnəkəran kəndindəki 360 şagird yerlik orta məktəb binasının tikintisində əsas işlər başa çatmaq üzrədir.

Dəniz səviyyəsindən 1000 metrdən çox yüksəklikdə yerləşən Tuado kəndində 100 şagird yerlik orta məktəb binasının tikintisində əsasən yerli inşaatçılar çalışırlar. Hazırda Tatova və Daştatük kəndlərindəki məktəb binalarında dam örtüyü vurulur.

Yeni təhsil ocaqlarının yeni dərs ilində - sentyabrın 15-də istifadəyə verilməsi nəzərdə tutulur.

 

AzərTAc

Azərbaycan müəllimlərinin qurultayları tarixindən

III qurultayın gündəliyindən

 

Məktəb islahatı sahəsində məsələləri ətraflı müzakirə etmək, müəyyən təkliflər hazırlayıb hökumətə təqdim etmək məqsədilə Azərbaycan hökumətinin qərarı ilə 1919-cu il avqustun 20-dən sentyabrın 1-dək Bakıda Azərbaycan müəllimlərinin qurultayı çağırılır. Qurultayın keçirilməsi xərcləri üçün Azərbaycan hökumətinin 2 avqust 1919-cu il tarixli qərarı ilə Xalq Maarif Nazirliyinin sərəncamına 35.600 manat məbləğində vəsait də ayrılır.

Azərbaycan müəllimlərinin 1906-cı (avqust) və 1907-ci (avqust) illərdə keçirilmiş birinci və ikinci qurultaylarından sonra sayca üçüncüsü olan həmin qurultay 1919-cu il avqustun 20-də saat 11-də Bakı I realnı məktəbin (indiki Azərbaycan Dövlət İqtisad Universitetinin) akt zalında öz işinə başlayır və nəzərdə tutulan müddətdə öz işini başa çatdırır.

Təhsil naziri Şüvəlanda istedadlı uşaqlar üçün açılmış düşərgədə olub

 

Xəbər verdiyimiz kimi, avqustun 4-də Təhsil Nazirliyinin müvafiq əmri ilə paytaxtın Şüvəlan qəsəbəsində yerləşən 16 nömrəli internat məktəbdə istedadlı uşaqlar üçün yay təlim-istirahət düşərgəsi fəaliyyətə başlayıb. Düşərgəyə 40-dan çox istedadlı uşaq cəlb olunub. Onların bir qismi paytaxtın və Sumqayıtın ümumtəhsil məktəblərini, bəziləri birbaşa Təhsil Nazirliyinə tabe olan liseyləri, bir qismi isə bölgələrdəki təhsil ocaqlarını təmsil edir.

Təhsil Nazirliyində mətbuat konfransı

Mətbuat konfransı ABŞ ali məktəblərinin magistraturasında təhsil almaq məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyi və bu ölkənin Azərbaycandakı səfirliyinin Fulbrayt Tələbə Proqramı üçün ilk müsabiqəni elan etməsinə həsr olunmuşdu.

Təhsil naziri Misir Mərdanov öncə mətbuat konfransında iştirak edən ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Enn Dersi, səfirliyin ictimaiyyətlə əlaqə şöbəsinin yeni rəhbərini və media nümayəndələrini səmimi salamlayaraq Fulbrayt Tələbə Proqramının başlanmasını hər iki ölkə üçün müsbət addım kimi dəyərləndirib.

Qızıl medala aparan yolda beş təmiz qələbə

Cüdoçu Elnur Məmmədli Pekin olimpiadasında Azərbaycana ilk qızıl medalı qazandırdı

73 kiloqram çəkidə yarışan cüdoçu Elnur Məmmədli avqustun 11-də Pekin olimpiadasında Azərbaycana ilk qızıl medalı qazandırmışdır. İdmançımız finala qədər keçirdiyi dörd görüşün hamısını vaxtından əvvəl təmiz qələbə (ippon) ilə başa çatdırmışdır.

 

Onun final görüşü isə Ginnesin rekordlar kitabına daxil edilməyə layiqdir. 20 yaşlı Azərbaycan idmançısı dünya çempionatının finalında uduzduğu cənubi koreyalı Ki çu Vonqu cəmi 13 saniyə ərzində ippon fəndi ilə məğlub etmişdir. Heç şübhəsiz ki, bu, Olimpiya oyunlarının final görüşləri tarixinə düşəcək bir qələbədir.

700 bal toplamış məzun

Telefonun dəstəyini qaldırdım. Zəng edən Bakıdakı 39 nömrəli məktəbin direktoru Qaçay Tamoyev idi. O, sonsuz fərəh hissi ilə bildirdi ki, məktəbin bir məzunu ali məktəbə qəbul imtahanında ən yüksək nəticə göstərərək 700 bal toplayıb. Qaçay müəllimin bu sözlərinə biz də ürəkdən sevindik. Elə həmin gün məktəbdə görüşdük. Direktor təhsil ocağının uğurlarından qısaca bəhs edərək dedi:

 

- Bu il məktəbi 114 gənc bitirib. Onlardan 88-i ali məktəblərə qəbul olunmaq üçün sənəd vermişdi. Məzunlardan 56 nəfəri artıq müxtəlif ali məktəblərə qəbul olunub. İki yetirməmiz 600-dən yuxarı bal toplayıb.1 məzunumuz - Mirzəyev Rəşad Rəfail oğlu isə ən yüksək nəticə göstərib.

NDU-da təqdimat mərasimi

Naxçıvan Dövlət Universitetində bu günlərdə Amerika Beynəlxalq Təhsil Şurasının həyata keçirdiyi JFDP (Juniour Facultu Development Proqram) Proqramı çərçivəsində təqdimat mərasimi keçirildi.

Tədbiri Naxçıvan Dövlət Universitetinin elmi işlər üzrə prorektoru, fizika-riyaziyyat elmləri doktoru, AMEA-nın müxbir üzvü Vəli Hüseynov açdı.

Sonra söz Azərbaycan Texniki Universitetinin dosenti Yaşar Hacıyevə və Bakı Dövlət Universitetinin sosial idarəetmə və psixologiya kafedrasının müdiri İradə Məmmədovaya verildi.

Qonaqlar qeyd etdilər ki, yüzlərlə ölkənin qatıldığı JFDP Proqramına Azərbaycandan 2007-2008-ci dərs ilində 46 nəfər qoşulmuşdu ki, onlardan yalnız 6-sı ABŞ-ın müxtəlif ali təhsil məktəblərində 6 ay müddətində təhsillərini davam etdirmək şansı qazandı. Məhz ali təhsil məktəblərinin müəllimləri üçün nəzərdə tutulan bu proqram dördmərhələlidir.