|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Dünya siyasətçiləri Heydər Əliyev haqqında
Uzun illər ərzində Heydər Əlirza
oğlu Əliyevin səmərəli fəaliyyəti
xalqlarımızın ümumi tarixi ilə bilavasitə bağlı
olmuşdur. O, Rusiya və Azərbaycanın strateji
tərəfdaşlığının təməlini
qoymuş, dostluğumuzun və qarşılıqlı
anlaşmamızın möhkəmlənməsinə böyük
şəxsi töhfə vermişdir.
Vladimir PUTİN, Rusiya Federasiyasının Prezidenti
|
"TƏHSİLƏ QOYULAN VƏSAİT öLKƏMİZİN GƏLƏCƏYİNƏ QOYULAN VƏSAİTDİR" İndi
biz faktiki olaraq, Azərbaycanda bütün məktəb
infrastrukturunu yeniləşdiririk. İndiyədək
800-ə yaxın məktəbin tikilməsi və
gələcək illərdə yüzlərlə
məktəbin tikintisi - bu, məktəb sahəsinin
maddi-texniki bazasının yeniləşdirilməsini,
təhsilin keyfiyyətini də, avadanlıqla təchizatı
da təmin edir. Eyni zamanda, hesab edirəm ki, indi vaxt
gəlib ki, biz mövcud məktəblərin təmirinə
də daha çox vəsait ayıraq. çünki buna da böyük
ehtiyac var, xüsusilə, Bakı şəhərində.
Yəqin ki, bu il, gələn il Bakı şəhərində
yerləşən bütün məktəblərin istilik
təchizatı problemləri həll olunmalıdır. Bu,
həll ediləcəkdir. Ondan sonra bütün başqa şəhər
və rayonlarda da biz bunu həll etməliyik və mövcud
məktəbləri də çox gözəl
səviyyəyə gətirib çıxarmalıyıq. Bu sahədə vəsaitə qənaət
etməməliyik. çünki təhsilə qoyulan vəsait ölkəmizin
gələcəyinə qoyulan vəsaitdir. Bütün inkişaf
etmiş ölkələrin uğurlarının
səbəbi də məhz ziyalı
təbəqəsidir, elmi-texniki tərəqqidir, texnoloji
yeniliklərdir. Biz də bu yolu seçmişik. İstəyirik
ki, bizim insanlarımız, gənc nəsil bilikli, savadlı
olsun və ölkəmizin inkişafında çox böyük rol
oynasınlar. Prezident İlham Əliyevin
sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin ilin
birinci rübünün yekunlarına həsr edilmiş iclasındakı
nitqindən. |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Prezident
İlham Əliyev mərasimdə iştirak etdi Mayın 7-də Heydər Əliyev adına
İdman-Konsert Kompleksində ümummilli liderin 85 illik
yubileyinə həsr edilmiş "Bir ömrün
salnaməsi" bədii sərgisinin açılışı
olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev xanımı
Mehriban Əliyeva ilə birlikdə mərasimdə iştirak
etmişdir. Dövlətimizin başçısı
sərginin açılışını bildirən lenti
kəsdi. Kompleksin ikinci
mərtəbəsində xalqımızın dahi oğlunun
fəaliyyəti ilə bağlı fotostendlər vardır.
Burada ümummilli liderin sovet hakimiyyəti illərində
və müstəqil Azərbaycana rəhbərliyi dövründə
onun müxtəlif tədbirlərdə iştirakına,
respublikanın bölgələrinə, xarici ölkələrə
səfərlərinə, beynəlxalq sammit və
konfranslarda çıxışlarına, mədəniyyət,
incəsənət və elm xadimləri, idmançılar,
ictimaiyyət nümayəndələri, hərbçilər,
Azərbaycana gələn nümayəndə heyətləri
ilə görüşlərinə, sənaye və kənd
təsərrüfatı müəssisələrinin,
olimpiya-idman komplekslərinin və digər obyektlərin açılışında
iştirakına dair fotoşəkillər toplanmışdır.
|
Bakıda YUNESKO-nun regional konfransı keçiriləcək Heydər Əliyev Fondunun prezidenti,
YUNESKO və İSESKO-nun xoşməramlı səfiri,
millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü
ilə cari ilin 14-16 may tarixlərində Bakıda "Dünyada
Savadlılığın Dəstəklənməsi"
üzrə YUNESKO-nun regional konfransı keçiriləcək. Regional konfrans qlobal savadlılığın dəstəklənməsi məqsədilə dünyanın ayrı-ayrı regionlarında keçirilməsi nəzərdə tutulan altı silsilə konfransdan beşincisidir. Bu konfranslar BMT-nin savadlılıq onilliyi və YUNESKO-nun savadlılığın dəstəklənməsi təşəbbüsü çərçivəsində təşkil olunur. Regional konfransların keçirilməsi ideyası ABŞ-ın birinci xanımı, BMT-nin savadlılıq onilliyi proqramının fəxri səfiri Laura Buşun himayəsi ilə 2006-cı ilin sentyabrında Nyu-Yorkda keçirilən Qlobal Savadlılıq üzrə Ağ Ev konfransından meydana gəlmişdir. |
"Heydər
Əliyev və Azərbaycan dövlətçiliyi" mövzusunda
respublika elmi-praktik konfransı
Mayın 2-də Təhsil Nazirliyində ümummilli
lider Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş
"Heydər Əliyev və Azərbaycan dövlətçiliyi"
mövzusunda respublika elmi-praktik konfransı keçirildi. Konfransda Təhsil Nazirliyinin rəhbər işçiləri,
nazirliyin struktur bölmələrinin, ali, orta ixtisas, ümumtəhsil
məktəblərinin rəhbərləri, alimlər,
təhsil ictimaiyyətinin nümayəndələri iştirak
edirdilər. Tədbiri təhsil naziri Misir Mərdanov açaraq bu günlərdə ölkəmizin hər yerində, bütün müəssisə və təşkilatlarda ümummilli lider, müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın böyük oğlu Heydər Əliyevin anadan olmasının 85 illiyinin geniş qeyd olunduğunu bildirdi. |
Müsabiqə
qalibləri mükafatlandırıldı
Mayın 7-də Azərbaycan Dövlət
Akademik Milli Dram Teatrında Bakı Şəhəri üzrə
Təhsil İdarəsinin Təhsil İşçiləri Azad
Həmkarlar İttifaqı Respublika Komitəsi ilə
birgə keçirdiyi "Biz Heydər Əliyev irsini öyrənirik"
müsabiqəsinin qaliblərinə mükafatların təqdim
olunması mərasimi oldu. Mərasimi giriş sözü ilə
açan Bakı Şəhəri üzrə Təhsil İdarəsinin
müdiri Nailə Rzaquliyeva ümummilli lider Heydər Əliyevin
85 illik yubileyinin bütün ölkəmizdə böyük
təntənə ilə qeyd olunduğunu bildirdi. Ulu öndərin
Azərbaycan xalqı qarşısındakı
xidmətlərindən danışan N.Rzaquliyeva onun
mənalı həyatının, çoxcəhətli
fəaliyyətinin və zəngin irsinin böyüməkdə
olan nəslə dərindən öyrədilməsinin
zəruriliyini vurğuladı. BŞTİ müdiri rəhbərlik etdiyi qurumda və paytaxtın təlim-tərbiyə ocaqlarında bu yöndə sistemli iş aparıldığını diqqətə çatdırdı və keçirilən müsabiqənin də bu məqsədə xidmət etdiyini söylədi. |
Təhsil
Nazirliyində Oslo Universitetinin əməkdaşları
ilə görüş
Mayın 6-da Təhsil Nazirliyində Norveç
Krallığı Oslo Universitetinin əməkdaşları
ilə görüş keçirilib. Təhsil naziri Misir Mərdanov tədbiri
giriş sözü ilə açaraq qonaqları salamlayıb. Nazir
qonaqların Oslo Universitetinin idarəolunması,
maliyyələşməsi, kredit sisteminin tətbiqi, ümumilikdə
bu sahə üzrə ətraflı məlumat
verəcəklərini diqqətə çatdırıb. Nazir
həmçinin Oslo
Universiteti ilə Azərbaycan Dillər Universiteti arasındakı
mövcud əlaqələr, qurulan əməkdaşlıqdan
söz açıb və bildirib ki, təqdimatın keçirilməsində
bu təhsil müəssisəsinin rolu böyükdür. Norveç Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Jon Ramberg cari ilin fevralında Təhsil Nazirliyində keçirilən görüş barədə danışıb və həmin görüşdə Oslo Universiteti əməkdaşlarının nazirlikdə təqdimat-məruzə etməsinin qərara alındığını açıqlayıb. Səfir universitet əməkdaşlarını iştirakçılara təqdim edərək onların hazırladıqları təqdimatdan söz açıb. |
ürəklərdə və tarixin yaddaşında əbədi yaşayacaq dahi şəxsiyyət Mayın 7-də Azərbaycan Dövlət
Pedaqoji Universitetində Azərbaycan xalqının ümummilli
lideri Heydər Əliyevin anadan olmasının 85-ci ildönümünə
həsr olunan "ürəklərdə və tarixin
yaddaşında əbədi yaşayacaq dahi şəxsiyyət"
mövzusunda elmi konfrans keçirildi. Tədbir iştirakçıları öncə
ulu öndər Heydər Əliyevin xatirəsini bir
dəqiqəlik sükutla yad
etdilər. Konfransı Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, professor Yusif Məmmədov açaraq müstəqil dövlətimizin qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 85-ci ildönümü münasibətilə rəhbərlik etdiyi ali təhsil müəssisəsində həyata keçirilən çoxsaylı tədbirlərdən danışdı. Keçirilən elmi konfransın professor - müəllim heyəti, tələbələr, həmçinin burada iştirak edən respublikanın tanınmış ziyalıları üçün mühüm əhəmiyyət kəsb etdiyini söylədi. "Azərbaycan təhsilinin inkişafının Heydər Əliyev mərhələsi" mövzusunda geniş məruzə ilə çıxış edən rektor bildirdi ki, dünya şöhrətli siyasətçi, müstəqil Azərbaycanın memarı Heydər Əliyev bütün ömrünü xalqına həsr etmiş dahi bir şəxsiyyətdir. |
Mayın
8-də Bakı Pedaqoji Kadrların İxtisasartırma
və Yenidənhazırlanma İnstitutunda Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin 85 illik yubileyinə
həsr olunmuş respublika elmi-praktik konfransı keçirildi. Konfrans iştirakçılarını, tanınmış alim və ziyalıları, KİV nümayəndələrini və başqa qonaqları salamlayan BPKİYİ-nin rektoru Asəf Zamanov giriş sözü ilə çıxış etdi. Artıq bir neçə ildir ki, ulu öndərin anadan olmasının ildönümünə həsr edilmiş müxtəlif tədbirlərin keçirildiyini deyən rektor bunun təbii olduğunu vurğuladı. Qeyd etdi ki, Azərbaycan tarixində dövlətçiliyin, iqtisadiyyatın və mədəniyyətin inkişafı, xalqın rifahının yüksəlməsi üçün böyük xidmətlər göstərmiş ikinci belə şəxsiyyət olmamışdır. ümummilli lider xüsusilə elm və təhsilin inkişafına həmişə böyük diqqət və qayğı göstərmiş, onun hakimiyyətdə olduğu illərdə yeni-yeni təhsil müəssisələri yaradılmış, azərbaycanlı gənclərin respublikadan kənarda təhsil alması üçün geniş imkanlar açılmışdır. Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun rektoru Asəf Zamanov giriş sözünü belə bir fikirlə tamamladı ki, dahilərin ömrü onların yaşadıqları illərlə tükənmir. |