|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
ADU-da ulu öndərə həsr olunmuş yubiley tədbiri Tədbirin açılış
mərasimində Dövlət himni səsləndi. Daha
sonra müasir Azərbaycan dövlətinin qurucusu, ulu öndər
Heydər Əliyevin xatirəsi
bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə çıxış edən
ADU-nun rektoru Səməd Seyidov
ümummilli lider Heydər Əliyevin keçdiyi mənalı
və mübarizələrlə dolu ömür yolundan danışaraq
bildirdi ki, dahi şəxsiyyət təhsilimizin, iqtisadiyyatımızın,
Azərbaycanın beynəlxalq səviyyəyə yüksəlməsi
istiqamətində apardığı böyük tarixi
siyasət daim öyrənilməli, araşdırılmalı
və təbliğ edilməlidir.
Universitetin rektoru rəhbərlik etdiyi
təhsil ocağının müstəqil fəaliyyət göstərməsində,
inkişafında ümummilli
liderin əvəzsiz xidmətlərini xüsusilə önə
çəkdi. Qeyd edək ki, ADU məhz
Heydər Əliyevin göstərişi əsasında
1973-cü ildən ölkə
üçün xarici dilləri tədris edən kadrların yetişdirilməsi
istiqamətində ayrıca bir
təhsil müəssisəsi kimi fəaliyyət göstərir.
Səməd Seyidov bildirdi ki, Heydər Əliyev
ikinci dəfə hakimiyyətə gəldikdən sonra
minlərlə azərbaycanlı
gənc xarici ölkələrdə
təhsil almağa göndərildi.
Yeni özəl ali təhsil müəssisələri açıldı. Azərbaycanın saysız- hesabsız ziyalıları,
alimləri, müəllimləri müxtəlif fəxri mükafatlara
layiq görüldülər. Tədbirdə ümummilli liderin Azərbaycanın
siyasi təlatümlər keçirdiyi ən böhranlı dövrdə
hakimiyyətə gələrək ölkəni parçalanmaqdan
xilas etməsi ilə bağlı
çıxışlar və
şərhli slaydlar təqdim olundu.
Ulu öndərin ölkənin inkişafını
təmin edəcək neft strategiyasının
memarı olması və bu sahədəki böyük
qətiyyəti, dünya azərbaycanlılarının
birləşməsi istiqamətindəki əvəzsiz
xidmətləri barədə
fikirlər səsləndi. AYNUR
"Gənc istedadlar" liseyində Bakı Dövlət Universitetinin
"Gənc istedadlar" liseyində Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin 85 illik yubileyinə
həsr olunmuş elmi-nəzəri konfrans keçirildi.
Tədbirə dəvət olunan qonaqlar öncə liseyin
foyesində hazırlanmış Heydər Əliyev guşəsi
ilə tanış oldular. "Gənc istedadlar" liseyinin direktoru,
professor Qasım Hüseynov konfrans iştirakçılarını
salamlayaraq bildirdi ki, 2007-2008-ci tədris ilində
fəaliyyətə başlamış liseydə təhsil
alan şagirdlər daim ümummilli lider Heydər Əliyevin tövsiyə
və məsləhətlərinə əməl
edərək onun ideyalarına sadiq olacaq, ulu öndərin
gənclərin qarşısında qoyduğu
vəzifələrin həyata keçirilməsində bütün qüvvələrini
səfərbər edəcəklər. BDU-nun elmi işlər üzrə prorektoru,
kimya elmləri doktoru, professor İsmayıl Əliyev ümummilli
lider Heydər Əliyevin Azərbaycan xalqının rifahının
yüksəlməsi və dövlətçiliyin inkişafı
üçün müstəsna xidmətlərini bir daha xatırlatdı.
Sonra tarix elmləri doktoru, professor İbrahim
Zeynalov "Heydər Əliyevin rəhbərliyi dövründə
Azərbaycanın sosial-iqtisadi inkişafı", dosent
Nuru Məmmədov "Heydər Əliyev və müstəqil
Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi",
liseyin tarix müəllimi Gülşən Talıbova
"Heydər Əliyev və Azərbaycan təhsili",
IX sinif şagirdi Elvin Eyvazlı "Heydər Əliyev
və müstəqil Azərbaycan gəncliyi" və VIII
sinif şagirdi Zeynəb Sabirli "Heydər Əliyev
və ana dilimiz" mövzularında
məruzələrlə çıxış etdilər. Tədbirdə çıxış edən
BDU-nun biologiya fakültəsinin dekanı, biologiya elmləri
doktoru, professor Ağavəli İbrahimov ulu öndərlə
bağlı unudulmaz xatirələrini danışdı,
onun yüksək insani keyfiyyətlərindən söz açdı.
BDU-nun "Gənc istedadlar" liseyində
təşkil edilən elmi-nəzəri konfransın sonunda
təhsil ocağının şagirdləri
ədəbi-bədii nümunələrdən ibarət
proqramla çıxış etdilər. Tədbir iştirakçıları
şagirdlərin ifasında səslənən "Bir
millət, iki dövlət", "Millət atası",
"Tanrı sənə tapşırıb" və s.
şeirləri maraqla dinlədilər. Hicran ƏKBƏROVA
Mir Cəlal Paşayevin 100 illiyi qeyd olundu Mayın 6-da Bakı Pedaqoji Kadrların
İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun
akt zalında Azərbaycan elminin, təhsilinin və
ədəbiyyatının inkişafına əvəzsiz töhfələr
vermiş böyük alim və pedaqoq, görkəmli ədib,
ictimai xadim, professor Mir Cəlal Paşayevin 100 illik
yubileyinə həsr olunmuş elmi konfrans keçirildi. Məclisə dəvət almış
qonaqların və bu təhsil ocağının professor-müəllim
heyətinin iştirak etdikləri konfransda institutun rektoru,
professor Asəf Zamanov giriş sözü ilə mərasim iştirakçılarını
salamladı, M.C.Paşayevin 100 illik yubileyinin, ümumiyyətlə
Azərbaycanda görkəmli şəxsiyyətlərin
və əlamətdar hadisələrin YUNESKO-nun qərarı
ilə 2008-2009-cu illərdə qeyd edilməsi təşəbbüsü
bu qurumun Azərbaycan elminə, mədəniyyətinə
və incəsənətinə göstərdiyi
diqqətdən irəli gəldiyini, belə
nailiyyətlərin əldə olunmasında müstəqil
Azərbaycan Respublikasının memarı və qurucusu, ümummilli
liderimiz Heydər Əliyevin tarixi rolunu, bu gün onun layiqli
davamçısı Prezident İlham Əliyevin və
Azərbaycanın birinci xanımı, YUNESKO-nun
və İSESKO-nun
xoşməramlı səfiri, Heydər Əliyev
Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın
gərgin əməyini diqqətə çatdırdı.
Asəf müəllim M.C.Paşayevin həyat və
fəaliyyətinin bəzi məqamlarına nəzər
salmaqla onun ən çox xeyirxahlığı ilə
xatirələrdə yaşadığını qeyd etdi. Konfransda çıxış edən AMEA Ədəbiyyat
İnstitutunun direktoru, akademik Bəkir Nəbiyev, AMEA Ədəbiyyat
İnstitutunun XX əsr Azərbaycan ədəbiyyatı
şöbəsinin müdiri Şirindil Alışanlı, BPKİYİ-nin
Azərbaycan dili və ədəbiyyatı kafedrasının
metodisti Bəybala Abbaslı, BDU-nun Azərbaycan dili və
metodika kafedrasının müdiri, professor Yusif Seyidov, BPKİYİ-nin
dosenti Allahverdi Eminov böyük ictimai-siyasi xadim Mir Cəlal Paşavevin
fədakar alim və ədəbiyyat tənqidçisi kimi
rolundan, sənətkarlığından, elmi-pedaqoji və
bədii yaradıcılığından söz açdılar,
ədib haqqında unudulmaz xatirələrini yığıncaq
iştirakçılarına çatdırdılar. Nizami MİRZƏ
|