|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Müsabiqə qalibləri mükafatlandırıldı Mayın
7-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin
Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı
Respublika Komitəsi ilə birgə keçirdiyi "Biz
Heydər Əliyev irsini öyrənirik" müsabiqəsinin
qaliblərinə mükafatların təqdim olunması
mərasimi oldu. Mərasimi giriş sözü ilə açan Bakı
Şəhəri üzrə Təhsil İdarəsinin müdiri
Nailə Rzaquliyeva ümummilli lider Heydər Əliyevin 85 illik
yubileyinin bütün ölkəmizdə böyük təntənə
ilə qeyd olunduğunu bildirdi. Ulu öndərin Azərbaycan
xalqı qarşısındakı xidmətlərindən
danışan N.Rzaquliyeva onun mənalı həyatının,
çoxcəhətli fəaliyyətinin və zəngin irsinin
böyüməkdə olan nəslə dərindən öyrədilməsinin
zəruriliyini vurğuladı. BŞTİ müdiri rəhbərlik etdiyi
qurumda və paytaxtın təlim-tərbiyə ocaqlarında
bu yöndə sistemli iş aparıldığını
diqqətə çatdırdı və keçirilən müsabiqənin
də bu məqsədə xidmət etdiyini söylədi. Mərasimdə "Ədəbi-bədii",
"Elmi-tədqiqat", "İnternet
layihələri" nominasiyaları üzrə keçirilmiş
müsabiqənin nəticələri açıqlandı,
qaliblərə mükafatlar təqdim olundu. Təhsil naziri Misir Mərdanov
mərasimdə çıxış etdi. Qalibləri təbrik
edən nazir müsabiqənin yüksək səviyyədə, böyük
öndərin adına layiq təşkil olunduğunu vurğuladı.
Nazir, eyni zamanda Bakı Şəhəri üzrə Təhsil
İdarəsinin bu yöndəki fəaliyyətini təqdir
etdi. Misir Mərdanov ümummilli lider Heydər Əliyevin
85 illik yubileyinin bu günlər ölkəmizin hər yerində
geniş qeyd olunmasını böyük öndərə ümumxalq
məhəbbətinin təzahürü kimi
dəyərləndirdi. Dahi şəxsiyyət və müdrik
dövlət xadimi Heydər Əliyevin Azərbaycanda
hakimiyyətdə olduğu illərdə təhsilin inkişafına
böyük önəm verdiyini, onu ölkənin tərəqqisi üçün
ən vacib amil saydığını söyləyən nazir
ulu öndərin təhsilə və təhsil işçilərinə
hər zaman xüsusi diqqət və qayğı göstərdiyini
bildirdi. Nazir çıxışının sonunda ümummilli
liderin ideyalarının, arzu və istəklərinin, başlamış
olduğu nəhəng quruculuq işlərinin onun layiqli
varisi, ölkə Prezidenti İlham Əliyev
tərəfindən uğurla həyata keçirildiyini vurğuladı. Tədbirdə iştirak edən
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının
sədri, millət vəkili Səttar Mehbalıyev,
Səbail Rayon İcra Hakimiyyətinin başçısı
Sahib Ələkbərov da qalibləri təbrik
edərək onlara böyük yaradıcılıq uğurları
arzuladılar. Mərasimdə məktəblilər maraqlı
konsert proqramı ilə çıxış etdilər. Y.ƏLİYEV
|