|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Azərbaycan
Prezidenti İlham Əliyev aprelin 28-də Bakının
Yasamal rayonunda görkəmli oftalmoloq alim, akademik
Zərifə xanım Əliyevanın adını daşıyan
məktəbin açılışında iştirak etmişdir. Dövlət başçısı
əvvəlcə görkəmli oftalmoloq alim, akademik
Zərifə xanım Əliyevanın büstünün açılışını
etdi. Sonra məktəbin açılışı
oldu. Prezident İlham Əliyev məktəbin foyesində
ümummilli lider Heydər Əliyevin və akademik
Zərifə Əliyevanın həyat və
fəaliyyətlərini əks etdirən fotostendə baxdı.
|
"TƏHSİLƏ QOYULAN VƏSAİT öLKƏMİZİN GƏLƏCƏYİNƏ QOYULAN VƏSAİTDİR" İndi
biz faktiki olaraq, Azərbaycanda bütün məktəb
infrastrukturunu yeniləşdiririk. İndiyədək
800-ə yaxın məktəbin tikilməsi və
gələcək illərdə yüzlərlə
məktəbin tikintisi - bu, məktəb sahəsinin
maddi-texniki bazasının yeniləşdirilməsini,
təhsilin keyfiyyətini də, avadanlıqla təchizatı
da təmin edir. Eyni zamanda, hesab edirəm ki, indi vaxt
gəlib ki, biz mövcud məktəblərin təmirinə
də daha çox vəsait ayıraq. çünki buna da böyük
ehtiyac var, xüsusilə, Bakı şəhərində.
Yəqin ki, bu il, gələn il Bakı şəhərində
yerləşən bütün məktəblərin istilik
təchizatı problemləri həll olunmalıdır. Bu,
həll ediləcəkdir. Ondan sonra bütün başqa şəhər
və rayonlarda da biz bunu həll etməliyik və mövcud
məktəbləri də çox gözəl
səviyyəyə gətirib çıxarmalıyıq. Bu sahədə vəsaitə qənaət
etməməliyik. çünki təhsilə qoyulan vəsait ölkəmizin
gələcəyinə qoyulan vəsaitdir. Bütün inkişaf
etmiş ölkələrin uğurlarının
səbəbi də məhz ziyalı
təbəqəsidir, elmi-texniki tərəqqidir, texnoloji
yeniliklərdir. Biz də bu yolu seçmişik. İstəyirik
ki, bizim insanlarımız, gənc nəsil bilikli, savadlı
olsun və ölkəmizin inkişafında çox böyük rol
oynasınlar. Prezident İlham Əliyevin
sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin ilin
birinci rübünün yekunlarına həsr edilmiş iclasındakı
nitqindən. |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Azərbaycan Təhsil Şurasının ümumi yığıncağı keçirildi Yığıncaqda
dövlət başçısı İlham Əliyevin Prezident seçkilərində
namizədliyi irəli sürüldü Aprelin 26-da Azərbaycan Dövlət Akademik
Opera və Balet Teatrında respublika Təhsil Şurasının
ümumi yığıncağı keçirildi. Yığıncaqda
təhsil naziri Misir Mərdanov, nazir müavinləri,
millət vəkilləri, ali məktəblərin rektorları,
digər təhsil qurumlarının rəhbərləri,
Təhsil Şurasının üzvləri, tanınmış
alimlər, təhsil ictimaiyyətinin nümayəndələri
və media mənsubları iştirak etdilər. Tədbir
başlanmazdan öncə Təhsil Şurasının üzvləri
və qonaqlar Fəxri xiyabana gələrək ümummilli
lider Heydər Əliyevin, görkəmli oftalmoloq alim, akademik
Zərifə xanım Əliyevanın xatirələrini
yad etdilər, məzarları üzərinə tər çiçək
dəstələri düzdülər. Sonra Şəhidlər
xiyabanında uyuyan azadlıq mücahidlərinin, torpaqlarımızın
bütövlüyü uğrundakı savaşlarda şəhid olmuş
vətən övladlarının xatirəsi yad olundu, ruhlarına
dualar oxundu.
|
Müstəqil
Azərbaycan Heydər Əliyevin şah əsəridir
Aprelin 30-da "Gülüstan" sarayında ümummilli liderimiz, dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 85-ci ildönümü münasibətilə Təhsil Nazirliyi, Yeni Azərbaycan Partiyası və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə məktəblilər arasında keçirilmiş "Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir" inşa yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi oldu. |
Mayın 1-də Təhsil Nazirliyində
"İlin ən yaxşı müəllimi" və
"İlin ən yaxşı məktəbi" müsabiqələrinin
növbəti mərhələsinə həsr olunmuş müşavirə
keçirilib. Müşavirədə təhsil naziri Misir
Mərdanov "İlin ən yaxşı müəllimi"
müsabiqəsinin üçüncü mərhələsi üzrə
nəzərdə tutulan tədbirlərdən danışıb
və bu mərhələdə müəllimlərin 10
dəqiqəlik təqdimatla çıxış
edəcəyini bildirib. Nazir həmin müəllimlərin
qiymətləndirilməsi üçün müvafiq meyarların hazırlanmasının
vacibliyini qeyd edib. Tədbirlərdə ilk olaraq Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə müsabiqədə iştirak edən müəllimlərin təqdimat etməsi, müvafiq işin iyunun sonunadək başa çatdırılması, bu mərhələ üzrə meyarların müəyyənləşdirilməsi, "İlin ən yaxşı məktəbi" müsabiqəsi üzrə görülən işlər və digər məsələlər ətrafında müzakirələr aparılıb. |
Ulu öndərə həsr edilmiş şahmat turniri T.İsmayılov
adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının
"Uşaq dünyası" qalereyasında ümumtəhsil
məktəblərinin şagirdləri arasında ümummilli
lider Heydər Əliyevin anadan olmasının 85-ci ildönümünə
həsr edilmiş respublika şahmat turnirinin mükafatlandırma
mərasimi keçirilmişdir. 700-dən artıq
məktəblinin iştirak etdiyi turnir 4
mərhələdə təşkil olunmuşdu. Təhsil Nazirliyi və Yeni Azərbaycan
Partiyasının birgə təşkil etdikləri şahmat
yarışı 5 yaş qrupunu əhatə etmişdir. Mərasimdə təhsil nazirinin müavini
Elmar Qasımov, YAP-ın icraçı katibi, millət
vəkili Əli Əhmədov, gənclər və idman
nazirinin müavini İsmayıl İsmayılov və
digər şəxslər iştirak edirdi. |
Təhsil Nazirliyi III yoxlama imtahanının nəticələrini açıqladı Təhsil Nazirliyindən aldığımız
məlumata görə, aprelin 27-də mərkəzləşdirilmiş
qaydada keçirilmiş üçüncü yoxlama imtahanının
nəticələri 1 may 2008-ci il tarixdə nazirliyin İnternet
saytında yerləşdirilib. Hər məktəbin göstəriciləri
isə 2 may tarixindən yerlərə göndəriləcək. Münaqişə komissiyasına
ərizələr 2008-ci il mayın 5-dən 10-na kimi
qəbul ediləcək. Məlumat üçün bildiririk ki, imtahan respublikanın 9 bölgəsində yerləşən 129 mərkəzdə aparılmışdır. 51.556 şagirdin cəlb edildiyi imtahanın davamiyyət faizi 96,55, müvəffəqiyyət göstəricisi isə 44 faiz olmuşdur. |
İki elm sahəsinin qaynağında formalaşmış görkəmli alim Allah-taala hərəyə bir ömür payı verir. Bu ömrü hərə bir cür yaşayır. Bəziləri öz ağlı, əməli, zəhməti, ədəb-ərkanı ilə ona verilən həyatı gözəlləşdirir. Belələri xoşbəxtdir, həm cəmiyyətə, həm insanlara səadət bəxş edir, həm də özləri, ailələri, övladları yaşanmış bu ömürdən qürur, iftixar, fərəh hissi keçirirlər. Hər bir insan fəaliyyəti və xarakteri ilə özünü başqalarına təqdim edir. Bununla o, özünün "mən"ini yaradır. |
Həmyerlimiz
Fransanın Monpelye Universitetinin müəllimidir
Doğma vətəndən -
Azərbaycandan kənarda yaşayan, təhsil alan, işləyən
hər bir soydaşımızın xoş sorağını
eşidəndə sevinirik, qürur hissi duyuruq. Bu günlər
belə soydaşlarımızdan biri - Fransanın Monpelye
Universitetinin müəllimi, iqtisadi elmlər doktoru Emin Ağamalıyevin
Bakıya gəldiyini eşidəndə
onunla görüşmək qərarına gəldik. Emin bu görüşə elmi rəhbəri olmuş fransalı professor Jan Mari Russo ilə birlikdə gəlmişdi. |