|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Norveç krallığının xarici işlər naziri ADU-da Aprelin 29-da Norveç Krallığının
xarici işlər naziri cənab Yunas Qar Störe "Norveç
və Azərbaycan-Avropa əməkdaşlığı"
mövzusunda Azərbaycan Dillər Universitetində professor-müəllim
heyəti və tələbələrlə görüş keçirdi. Mərasimdə Azərbaycan Diplomatiya
Akademiyasının professor-müəllim heyəti və
tələbələri də iştirak edirdi. Görüşdən
öncə nazir ADU-nun rektoru, millət vəkili, AŞPA-nın
sədr müavini Səməd Seyidovla fikir mübadiləsi apardı.
Sonra universitetin nəzdindəki Skandinaviyaşünaslıq
mərkəzinə baş çəkən Yunas Qar Störe burada
həmin ixtisas üzrə təhsil alan 1 və 2-ci kurs
tələbələri ilə söhbət etdi. Görüşdə
Norveç Krallığının Azərbaycandakı fövqəladə
və səlahiyyətli səfiri Yon Ramberqlə yanaşı,
bir sıra
rəsmi nümayəndələr
iştirak edirdi. Tədbiri professor S.Seyidov açdı. O, çıxışında
Azərbaycan-Norveç əlaqələrindən, bu
əlaqələrin daha da inkişaf etdirilməsi
zəruriliyindən bəhs etdi. Cənab Yunas Qar Störenin
Azərbaycana gəlişi və
tələbələrlə görüşməsinin tarixi
əhəmiyyət kəsb etdiyini bildirən S.Seyidov
həmçinin bu görüşün təşkilinə görə
Azərbaycan Diplomatiya Akademiyasının rektoru Hafiz Paşayevə
də öz minnətdarlığını bildirdi. Daha sonra
professor S.Seyidov çıxış üçün sözü cənab
nazirə verdi. Yunas Qar Störe çıxışını
vikinqlərin Qafqaza və Xəzər sahillərinə
gəlib çıxması və norveçli səyyah Tur Heyerdalın
Azərbaycana səfəri haqqında qeydləri ilə başladı.
Bununla nazir Azərbaycan-Norveç əlaqələrinin
qədim tarixə malik olduğunu vurğuladı.
"Mənimlə Norveç dilində danışan
tələbələrlə görüşərkən özümü
vətənimdə hiss etdim", - deyən nazir bu dilin
Norveçdən kənarda hələ o qədər də geniş
yayılmadığını qeyd etdi. Azərbaycan-Norveç
əlaqələrindən danışarkən nazir bu
əlaqələrin inkişafında Prezident İlham
Əliyevin rolunu xüsusilə qeyd etdi. Görüşdə nazir ADU-nun və
Azərbaycan Diplomatiya Akademiyasının
tələbələrini maraqlandıran suallara cavab verdi. Fazil İDRİSOĞLU
Şeir müsabiqəsinin qalibləri mükafatlandırıldı Masallı Rayon Təhsil Şöbəsi ulu öndərimiz
Heydər Əliyevin anadan olmasının 85 illiyi münasibətilə
bir sıra maraqlı tədbirlər həyata keçirmişdir.
Belə tədbirlərdən biri ümummilli liderimizə
həsr olunmuş şeir müsabiqəsindən ibarət
oldu. "Heydər Əliyev - ən böyük
Azərbaycanlıdır" devizi altında rayon
məktəblilərinin zona mərhələsinin
qalibləri aprelin 21-də Nizami
adına mədəniyyət sarayına toplaşmışdılar. Tədbiri giriş sözü ilə RTŞ müdiri
Nurəddin Məlikov açaraq müasir Azərbaycanın memarı
kimi ulu öndərin respublikamızın çiçəklənməsi,
elm, təhsil, mədəniyyət və
incəsənətin inkişafındakı nəhəng
xidmətlərindən geniş bəhs etdi. Şeir müsabiqəsinin
final mərhələsinə vəsiqə qazanmış
20 nəfər müsabiqə iştirakçılarını
tamaşaçılara təqdim etdi. Final mərhələsinin iştirakçılarının
bir-birindən maraqlı və rəngarəng ifaları
alqışlarla qarşılandı. Rayonun Binə Xocavar orta məktəbinin
şagirdi Fidan Dadaşovanın, Digah məktəblisi Gülxar
Yasərlinin, Köçəkli kənd orta məktəbinin XI
sinif şagirdi ülkər Cabbarovanın, Təzə Alvadı
2 nömrəli orta məktəbin yetirməsi Şəhla Adıgözəlovanın
ifaları xüsusilə yaddaqalan oldu. Mollaoba məktəblisi Nigar Əliyevanın
ulu öndərə həsr etdiyi şeiri
tədbir iştirakçılarının və münsiflər
heyətinin böyük marağına səbəb oldu. "Heydər Əliyev - ən böyük
Azərbaycanlıdır" şeir müsabiqəsinin
qaliblərinə rayon
təhsil şöbəsinin xüsusi fərmanları və
qiymətli hədiyyələr təqdim olundu. Tədbirin sonunda təhsil şöbəsinin
müdiri N.Məlikov qalibləri
və onların müəllimlərini təbrik
edərək, məktəbliləri apreldə keçiriləcək
"Heydər Əliyev azad Azərbaycanın qurucusu və
memarıdır" inşa müsabiqəsinə
dəvət etdi. Əhməd SƏMƏDOV, Masallı rayonundakı Böyük Kolatan
kənd orta məktəbinin müəllimi, Bəhram YAQUBOV, Qodman kənd orta məktəbinin müəllimi
"Gənc istedadlar" liseyində elmi-praktik konfrans Bu günlərdə Bakı Dövlət
Universiteti nəzdindəki "Gənc istedadlar"
liseyində görkəmli
yazıçı, publisist,
nasir, tənqidçi Mir
Cəlal Paşayevin
100 illik yubileyi
ilə əlaqədar elmi-praktik
konfrans keçirilmişdir.
Tədbiri giriş
sözü ilə
açan liseyin direktoru, professor
Qasım Hüseynov gələn
qonaqları və
tədbir iştirakçılarını
salamladıqdan sonra
yazıçı Mir Cəlal
Paşayevin çoxşaxəli yaradıcılığından
və yüksək insani keyfiyyətlərindən söz açdi. Sonra liseyin
Azərbaycan dili
və ədəbiyyat müəllimi Afət
Abuşova sənətkarın
həyat və
yaradıcılığı barədə məlumat
verərək "Sağlam yollarda"
ilk kitabının 1932-ci ildə
çap edilməsindən, Azərbaycan
ədəbiyyatı üçün
örnək əsərlər
olan "Bir gəncin manifesti",
"Boy", "Dostumun qonaqlığı",
"Həkim", "Yaşıdlar", "Yolumuz
hayanadır", "Açıq kitab", "Dirilən
adam", "Təzə
şəhər" və s. hekayə , povest
və romanlarındakı
ideya- bədii xüsusiyyətlərindən
danışdı. Həmçinin
sənətkarın
1940-cı ildə
namizədlik dissertasiyası
kimi müdafiə
etdiyi "Füzuli şeirinin
poetik xüsusiyyətləri"
adlı əsərini
dönə-dönə təkmilləşdirməyi,
"Füzuli sənətkarlığı"
adı ilə
ədəbiyyatşünaslığımıza təqdim
etməsi, 1947-ci ildən isə
doktorluq dissertasiyasına
mövzu olaraq XX
əsrdə Azərbaycan
ədəbiyyatında "Ədəbi
məktəblər" adlı yenə
də çətin
bir mövzuya diqqət yetirməsi vurğulanmışdır.
Haqlı olaraq qeyd edilmişdir
ki, Mir
Cəlal ədəbiyyatşünaslıq
mühiti, ədəbi ictimaiyyət üçün
maraqlı frazaların
müəllifi olmuşdur.
Onun S.Vurğun yaradıcılığının
ilkin dövründə
"Kağız korlamamışdır",
Biz hamımız Mirzə Cəlilin
"Poçt qutusu"ndan çıxmışıq
(Dostoyevskinin "Biz hamımız Qoqolun "Şinel"indən"
çıxmışıq fikrinə əsaslanaraq), "İtə ataram, yada
satmaram" ("Bir gəncin manifesti" adlı
əsərindən) fikirlərinin hər kəs üçün
maraq doğuran, əsərlərinin
əxlaqi-didaktik cəhətdən
gənc nəslin tərbiyəsi
üçün əvəzolunmaz
olması diqqətə çatdırılmışdır. O
da qeyd
olunmuşdur ki, Mir Cəlal 1933-cü
ildən 1978-ci
ilə qədər Azərbaycan
Dövlət Universitetində
müəllim, professor və
kafedra müdiri
vəzifələrinə qədər
yüksəlmişdir. BDU-nun professoru
İfrat Əliyeva
müəllimi ilə
bağlı maraqlı
xatirələrini şagird və müəllim
kollektivi ilə bölüşmüşdür.
Professor Tofiq Hüseynoğlu da
xatirələrini varaqlayarkən onun
elmi işlər seçimində
Mir Cəlal Paşayevin
yüksək qayğısından
bəhs etmişdir.
Tədbir liseyin
ədəbiyyat müəllimi Yaqut
Hüseynovanın VII
"A" sinif şagirdləri
ilə birlikdə hazırladığı
"Həsrət" hekayəsi
əsasında səhnəciklə
tamamlanmışdır. Xavər ƏLƏKBƏROVA, Leyla AĞAYEVA, BDU-nun jurnalistika fakültəsinin IV kurs tələbələri Məktəb kitabxanalarına diqqət artırılmalıdır Məktəb kitabxanalarında olan
dərsliklərin vəziyyəti ilə tanış olmaq
üçün Bakının Nərimanov rayonundakı 45 və
Yasamal rayonundakı 175 nömrəli orta
məktəblərdə olduq. 45 nömrəli orta məktəbin direktoru
Nazilə Məmmədova ilə birlikdə kitabxananın işi
ilə tanış olanda məlum oldu ki, ixtisasca ingilis dili
müəllimi olan Təranə Ələsgərova 19 ildir
ki, kitabxananın müdiri vəzifəsində çalışır.
Burada saxlanılan dərsliklərin sayı 27.861
ədəddir. 2007-2008-ci tədris ilində isə
kitabxanaya şagirdlər üçün 4.407 ədəd
təzə dərslik verilmişdir. Məktəb
tərəfindən alınmış dərsliklərin
qorunub saxlanması üçün xeyli iş görülsə də,
kitablar rəflərə səliqəsiz yığılmış,
onların hansı siniflərə aid olması ilə
əlaqədar lazımi qeydlər aparılmamışdır. Yasamal rayonundakı 175 nömrəli orta
məktəbdə dərsliklərin saxlanılması
ilə tanış olduqda isə başqa bir
mənzərə ilə qarşılaşdıq.
Tədris işləri üzrə direktor müavini Tünzalə
Həsənova ilə birlikdə kitabxanaya daxil olduq.
Kitabxana ilk anda zirzəmiyə oxşayırdı.
Kitabxananın müdiri Xumar Səfərova şəraitsizlikdən
gileyləndi. Bildirdi ki, bu darısqal otaqda 30 min dərslik
yerləşdirilib. 2007-2008-ci tədris ilində I-XI
siniflərə aid Azərbaycan-rus bölməsi üzrə 5825
ədəd kitab almışıq və bu kitabları
şagirdlərə paylamışıq. Şagirdlərə paylanmayan kitablar isə
şəraitsiz otaqda şkaflara pərakəndə halda yığılmışdır. Deməliyik ki, hər il Təhsil Nazirliyi
tərəfindən şagirdlərə pulsuz paylanan bu
dərsliklərə biganəlik isə yolverilməzdir.
Məktəb kitabxanalarında saxlanılan
dərsliklər həmişə diqqət
mərkəzində olmalı və daim qorunmalıdır. Şakir CƏFƏROV Xalq üçün yaşanmış ömür Mayın 1-də Bakı şəhərinin
Xətai rayonunda fəaliyyət göstərən 287 nömrəli
"Zəkalar" liseyinin akt zalında ümummilli lider
Heydər Əliyevin 85 illik yubileyinə həsr edilmiş
"Biz azərbaycanlıyıq" adlı tədbir keçirildi. Mərasim başlamazdan qabaq tədbirə
qatılan qonaqlar akt zalında şagirdlərin ulu öndər
Heydər Əliyevin 85 illik yubileyi münasibətilə hazırladıqları
fotostendlərə, albomlara, əl işlərinə
maraqla baxdılar. İştirakçılar zalda yerlərini
tutduqdan sonra səhnəyə məktəbin şagirdləri
gəldi və ümummilli lider Heydər Əliyevin
xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Danışmaq üçün liseyin direktoru,
respublikanın əməkdar müəllimi, biologiya
elmləri namizədi Aygün Əhmədliyə söz verildi.
Aygün müəllim ulu öndərin keçdiyi mənalı ömür
yolundan söz açaraq Heydər Əliyevin SSRİ Nazirlər
Sovetinin I müavini vəzifəsinə qədər yüksəldiyini
və ittifaq dağılandan sonra Vətənə qayıdaraq
müstəqil Azərbaycan Respublikasının memarı
və qurucusu olduğunu, bir sözlə, vətən üçün,
xalq üçün misilsiz işlər görərək tarixə dönüb
bu gün qəlblərdə yaşadığını qeyd
etdi. Mərasimdə çıxış edən
Xətai RİH-nin nümayəndəsi Qafur Rəhmanov ümummilli
lider Heydər Əliyevin tanınmış dünya
siyasətçiləri arasında xüsusi dəst-xətti olduğunu,
müdrik siyasətçinin həyatını vətəninin çiçəklənməsinə,
xalqının tərəqqisinə sərf etdiyini,
digər sahələr kimi təhsilin inkişafına böyük
önəm verdiyini, yeniyetmələrin və gənclərin
gələcəkdə xoşbəxt yaşamaları
üçün əlindən gələni əsirgəmədiyini söylədi.
Onun arzu və istəklərinin bu gün layiqli davamçısı
Prezident İlham Əliyev tərəfindən inamla davam
etdirilməsini diqqətə çatdıran natiq həmçinin
adıçəkilən liseyin uğurlarından söz açaraq
təhsil ocağının bu gün nailiyyətləri
ilə birincilər sırasında olduğunu qeyd etdi. Yığıncaqda çıxış
edən liseyin ədəbiyyat müəllimi, şairə
Dilbər Şahbuzun ulu öndər Heydər Əliyevə
həsr etdiyi şeiri iştirakçılar
tərəfindən alqışlarla qarşılandı. Tədbir boyunca şagirdlərin ifa
etdikləri kompozisiyalar iştirakçılar
tərəfindən maraqla dinlənildi. Sonda məktəbin direktoru Aygün müəllim
mərasim iştirakçılarına, qonaqlara, liseyin müəllim
və şagird kollektivinə öz dərin təşəkkürünü
bildirdi. Bununla yığıncaq işinə yekun
vurdu. Nizami MİRZƏ
|