|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Təhsil Nazirliyində müşavirə Mayın 1-də Təhsil Nazirliyində
"İlin ən yaxşı müəllimi" və
"İlin ən yaxşı məktəbi" müsabiqələrinin
növbəti mərhələsinə həsr olunmuş müşavirə
keçirilib. Müşavirədə təhsil naziri Misir
Mərdanov "İlin ən yaxşı müəllimi"
müsabiqəsinin üçüncü mərhələsi üzrə
nəzərdə tutulan tədbirlərdən danışıb
və bu mərhələdə müəllimlərin 10
dəqiqəlik təqdimatla çıxış
edəcəyini bildirib. Nazir həmin müəllimlərin
qiymətləndirilməsi üçün müvafiq meyarların hazırlanmasının
vacibliyini qeyd edib. Tədbirlərdə ilk olaraq Bakı və
Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə
müsabiqədə iştirak edən müəllimlərin
təqdimat etməsi, müvafiq işin iyunun sonunadək başa
çatdırılması, bu mərhələ üzrə
meyarların müəyyənləşdirilməsi, "İlin
ən yaxşı məktəbi" müsabiqəsi üzrə
görülən işlər və digər
məsələlər ətrafında müzakirələr
aparılıb. Sonra Misir Mərdanov bu günlərdə keçirilən
sınaq imtahanının nəticələrindən söz açaraq,
təşkilati işlərin daha mütəşəkkil
şəkildə qurulmasından danışıb. Nazir
həmçinin imtahan mərkəzlərinin sayının artırılması
və məktəb direktorlarının bu işə
cəlb olunmasının müsbət nəticələr
verdiyini qeyd edib. Müışavirədə nazir qarşıda
duran bir neçə mühüm məsələyə toxunub, eyni
zamanda orta ümumtəhsil məktəblərində xarici
dilin tədrisi vəziyyəti barədə fikirlərini açıqlayıb
və müvafiq istiqamətdə pilot layihə həyata keçirilməsinin
nəzərdə tutulduğunu bildirib.
|