|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
"Mən fəxr edirəm ki, azərbaycanlıyam" Bakıdakı 193 nömrəli
məktəbdə Heydər Əliyevin 85 illiyi ilə
əlaqədar tədbir keçirilmişdir. Mərasimdə
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin
və YAP Nərimanov rayon təşkilatının nümayəndələri
iştirak edirdi. öncə
qonaqlar "Mən fəxr edirəm ki, Azərbaycanlıyam"
adlı sərgi ilə tanış oldular. Sonra məktəbin direktoru Xalidə Bağırova
Heydər Əliyev adına siyasi tarix otağında
tədbiri açıq elan etdi. Dövlət himni səsləndi.
ümummilli lider Heydər Əliyevin həyat və
fəaliyyətindən, ölkənin inkişafı üçün gördüyü
işlərdən danışdı və Prezident İlham
Əliyevin xidmətlərini önə çəkdi. Sonra qonaqlar ulu öndər Heydər Əliyevin
şəxsiyyətinin təlim-tərbiyə prosesində
təbliğinə həsr edilmiş interaktiv metodla ümumiləşdirilmiş
"açıq dərs"də iştirak etdilər. "Heydər Əliyev və
gənclər" mövzusunda "dəyirmi masa"da
fəallıq göstərən şagirdlər Heydər
Əliyevin xidmətlərindən danışdılar.
Sonra məktəblilərin ədəbi-bədii kompozisiyası
nümayiş olundu. Maraqlı keçən tədbirin sonunda
məktəbin bir neçə gənc müəllimi YAP sıralarına
daxil oldular.
Fazil İDRİSOĞLU
|