|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir "Gülüstan"
sarayında məktəblilərin inşa yazı müsabiqəsinin
qaliblərinin mükafatlandırılma mərasimi keçirildi Aprelin
30-da "Gülüstan" sarayında ümummilli liderimiz, dahi
şəxsiyyət Heydər
Əliyevin anadan olmasının 85-ci ildönümü münasibətilə
Təhsil Nazirliyi, Yeni Azərbaycan Partiyası və
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar
İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı
ilə məktəblilər arasında keçirilmiş "Müstəqil
Azərbaycan Heydər Əliyevin şah
əsəridir" inşa yazı müsabiqəsinin
qaliblərinin mükafatlandırılması mərasimi
oldu.Tədbirdə təhsil naziri Misir Mərdanov, Yeni
Azərbaycan Partiyası sədrinin müavini, icra katibi,
millət vəkili Əli Əhmədov, Azərbaycan
Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı
Respublika Komitəsi sədrinin müavini Şaiq Əsgərov,
millət vəkili Mübariz Qurbanlı, təhsil nazirinin müavinləri
İsgəndər İsgəndərov, Elmar Qasımov,
İradə Hüseynova, Bakı Şəhəri üzrə
Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva, "çağ"
öyrətim İşlətmələri İdarə
Heyətinin sədri Ənvər özərən,
Azərbaycan-Türkiyə özəl liseyləri Baş İdarəsinin
rəisi Adəm önal və
digər şəxslər iştirak edirdilər. Mərasim iştirakçıları öncə
ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsini
bir dəqiqəlik sükutla yad etdilər. Tədbiri
təhsil naziri Misir Mərdanov
açaraq qeyd etdi ki, hazırda müstəqil Azərbaycan dövləti
və xalqı milli dövlətçiliyimiz üçün çox önəmli
bir tarixi hadisə ərəfəsindədir. Xalqımız
mayın 10-da müasir Azərbaycan dövlətinin banisi və
qurucusu, dahi şəxsiyyət, ümummilli lider Heydər
Əliyevin anadan olmasının 85-ci ildönümünü
təntənə ilə qeyd etməyə hazırlaşır. Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin 11 mart 2008-ci il tarixli
"Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin 85 illik yubileyi haqqında"
sərəncamına əsasən dahi öndərin yubileyi dövlət
səviyyəsində geniş qeyd olunacaq. Azərbaycanın sosial-siyasi və
mədəni həyatının bütün sferalarında olduğu
kimi, təhsil sahəsində də bu əlamətdar
tarixi günü ümummilli liderin adına və xalqımız qarşısındakı
əvəzsiz xidmətlərinə layiq yüksək
səviyyədə qarşılamaq və qeyd etmək
üçün Təhsil Nazirliyi tərəfindən müvafiq
tədbirlər planı hazırlanıb və ardıcıl
olaraq həyata keçirilməkdədir.
Belə tədbirlərdən biri də Təhsl
Nazirliyinin "ümummilli lider Heydər Əliyevin anadan olmasının
85-ci ildönümü münasibətilə təhsil müəssisələrində
keçiriləcək tədbirlər haqqında" 29 yanvar
2008-ci il tarixli 131 nömrəli əmri ilə təsdiq olunmuş
kompleks fəaliyyət planına uyğun olaraq ölkənin
ümumtəhsil məktəblərinin VII-XI sinif şagirdləri
arasında dahi şəxsiyyətin həyat və
fəaliyyətinə həsr olunan inşa yazı müsabiqəsinin
keçirilməsidir. Nazir bununla bağlı mərasim iştirakçılarına
ətraflı məlumat verərək
bildirdi ki, "Müstəqil Azərbaycan Heydər Əliyevin
şah əsəridir" nominasiyası üzrə inşa
yazı müsabiqəsi 3 mərhələdə keçirilib. Müsabiqənin
məktəb, rayon (şəhər)
mərhələsində 800 mindən artıq ümumtəhsil
və texniki peşə məktəbinin VII-XI sinif şagirdləri
iştirak ediblər. Aprelin 10-da Heydər Əliyev adına
liseydə "Müstəqil Azərbaycan Heydər Əliyevin
şah əsəridir" nominasiyası üzrə keçirilən
respublika mərhələsində isə 126 nəfər iştirak
etmək hüququ qazanıb. Respublika
mərhələsində iştirak edən həmin 126
şagirdin yazdıqları inşa yazı işləri
nazirliyin xüsusi əmri ilə yaradılan ekspert komissiyası
tərəfindən qiymətləndirilib. Respublikanın
tanınmış mütəxəssislərindən
ibarət ekspert komissiyası şagirdlərin ulu
öndərimizin çoxşaxəli fəaliyyətini
əhatə etməyə çalışdıqları inşa
yazılarını məzmun, orijinallıq, yaradıcılıq
və digər normalar baxımından
qiymətləndirərək, son nəticədə 32
nəfərin qalib olduğunu
müəyyənləşdirib. Həmin şagirdlərdən
5-i I yerə, 5-i II yerə, 10-u III yerə, 12 nəfəri
IV yerə layiq görülüb. İştirakçılardan
63 nəfərin yazı işləri də
diqqətdən kənarda qalmayıb, onlara
həvəsləndirici mükafatların verilməsi
qərara alınıb. Nazir Misir Mərdanov inşa yazılarında
məktəblilərin ulu öndər Heydər Əliyevin hamıya
örnək olan zəngin həyat yolunun, dövlətçilik
fəaliyyətinin müxtəlif məqamlarına, tarixi
mərhələlərinə dair fikir və düşüncələrini
özlərinə xas olan səmimi hisslərlə, ülvi
məhəbbət duyğuları ilə dolğun şəkildə
ifadə etdiklərini söylədi. Məktəblilərin
əbədiyaşar liderimiz Heydər Əliyevə olan
sonsuz sevgisindən danışan nazir onların yazdıqları inşalarda bunun geniş
əksini tapdığını dedi. Dahi şəxsiyyətin
ideyalarının hazırda onun layiqli davamçısı ,ölkə
başçısı cənab İlham Əliyev
tərəfindən uğurla həyata keçirildiyini qeyd
etdi. Misir Mərdanov budəfəki müsabiqədə keçən
illə müqayisədə daha çox məktəblinin iştirak
etdiyini deyərək, bunu müsbət
dəyərləndirdi. Təhsil naziri bildirdi ki, müsabiqədə müvafiq
yerlər tutanlarla yanaşı, fəxri fərman alan
şagirdlərin, eyni zamanda Naxçıvan Muxtar Respublikasında
da bu nominasiya üzrə keçirilən müsabiqənin 10
nəfər qalibinin inşa yazılarından ibarət
"Heydər Əliyev məktəblilərin gözü
ilə" kitabı nəşr olunub. Misir Mərdanov müsabiqənin hər il keçirilməsinin
artıq bir ənənəyə çevrildiyini
deyərək, onun növbəti illərdə əhatə
dairəsinin daha da genişlənəcəyinə ümidvar
olduğunu bildirdi. Nazir şagirdlərin yüksək yaradıcılıq
potensialının üzə çıxarılmasında mühüm
rol oynayan yarışın belə mütəşəkkil
şəkildə keçirildiyinə görə bütün təşkilatçılara-Yeni
Azərbaycan Partiyasının rəhbərliyinə,
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının
sədri, millət vəkili Səttar Mehbalıyevə
təşəkkür etdi. Təhsil
naziri müsabiqənin keçirilməsində
əməyi olanların zəhmətini yüksək
dəyərləndirdi. çıxışının
sonunda müsabiqədə yer tutan qalibləri, onların
valideynlərini və təhsil
aldıqları məktəblərin
kollektivlərini təbrik edərək müvəffəqiyyətlər
arzuladı. Sonra mərasim iştirakçıları ulu öndər
Heydər Əliyevin 85 illik yubileyinə həsr olunan
filmə tamaşa etdilər. Əbədiyaşar liderin təhsil
sahəsində gördüyü işlərlə bağlı ayrı-ayrı
məqamları əks etdirən görüntülər iştirakçılar
tərəfindən böyük marağa səbəb oldu. Ulu öndərin
müəllim əməyinə verdiyi yüksək qiymət
və bununla bağlı söylədiyi dəyərli
fikirlər alqışlarla qarşılandı. Yeni Azərbaycan Partiyası sədrinin müavini,
icra katibi Əli Əhmədov çıxış üçün söz
alaraq belə bir müsabiqənin keçirilməsini Heydər
Əliyevin zəngin irsinin öyrənilməsi və
gənclərimiz arasında geniş təbliğ olunması
baxımından xüsusi əhəmiyyət daşıdığını
dedi.Natiq şagirdlərin əbədiyaşar liderə
olan sonsuz sevgilərini öz inşa yazı işlərində
bir daha nümayiş etdirdiklərini deyərək, onların
yaradıcılıq imkanlarını, intellekt
səviyyələrini müsbət qiymətləndirdi. YAP
sədrinin müavini keçən il olduğu kimi, bu ildə I,
II, III yeri tutmuş qaliblərin hər birinə
gələcəkdə arzu etdikləri hansı ali
məktəblərə qəbul olunmalarından asılı
olmayaraq, Yeni Azərbaycan Partiyası tərəfindən
hər ay təqaüdlərin verilməsinin
nəzərdə tutulduğunu mərasim iştirakçılarının
diqqətinə çatdırdı. Əli Əhmədov müsabiqənin
qaliblərini təbrik edərək onlara xoş arzularını
söylədi. Nəhayət, gözlənilən an gəlib
çatdı. Müşabiqənin həvəsləndirici mükafatlarına
layiq görülən 63 nəfər səhnəyə
dəvət olundu. Sonra isə I, II, III və IV
yerlərin qaliblərinin adları açıqlandı.
Diplomlara layiq görülən I yerin sahiblərinə noutbuk, II
yer tutanlara videokamera, III yerin qaliblərinə fotoaparatlar,
IV yerə layiq görülənlərə isə həmin gündən
xatirə olaraq xüsusi hədiyyələr təqdim olundu. Mərasimi nazir Misir Mərdanov yekunlaşdıraraq
müsabiqənin qaliblərini bir daha təbrik etdi, onlara
yeni-yeni uğurlar arzuladı. Samirə KƏRİMOVA
"Müstəqil
Azərbaycan Heydər Əliyevin şah
əsəridir" inşa yazı müsabiqəsinin
qalibləri
I
yer 1. Muxtarova Filyar Mahir qızı -
Kəlbəcər rayon 88 nömrəli orta məktəbinin
XI sinif şagirdi 2. Dadaşzadə Türkan Rafiq qızı - Ağcabədi
şəhər 3 nömrəli orta məktəbinin X sinif
şagirdi 3. Abdullayeva Nigar Əfras qızı
- Əli Bayramlı şəhər 2 nömrəli orta
məktəbinin IX sinif
şagirdi 4. Əmrahlı İlahə Mürşüd qızı
- Tərtər şəhər 1 nömrəli orta
məktəbinin IX sinif şagirdi
5. Seydəliyeva Aydan İlham qızı -
Bakı şəhəri N.Nərimanov rayonu 200 nömrəli
BMLK-nın məktəbinin IX sinif şagirdi II
yer 1. İslamova Badam Yaşar qızı - Bakı
şəhəri Səbail rayonu 239 nömrəli orta
məktəbinin X sinif şagirdi 2. Qasımova Fəridə Həsən qızı
- Abşeron rayonu Xırdalan şəhər 9 nömrəli
orta məktəbinin XI sinif şagirdi 3. Feyzizadə Mənsur Namiq oğlu -
Biləsuvar şəhər N.Nərimanov adına 6 nömrəli
orta məktəbinin X sinif şagirdi 4. Səmədova Sanurə Sahib qızı
- Tovuz rayon N.Tusi adına orta məktəbinin XI sinif şagirdi 5. Novruzlu Rüfanə Nizaməddin qızı
- Ağdaş rayon S.Vurğun adına 1 nömrəli
orta məktəbinin IX sinif şagirdi III
yer 1. Qasımova ülkər Füzuli qızı -
Bakı şəhər Yasamal rayonu 31 nömrəli
orta məktəbinin IX sinif şagirdi 2. Abdullayeva Talehə Taleh qızı
- Nəsimi rayonu 46 nömrəli məktəbin X sinif
şagirdi. 3. Umudova Dilarə Məmməd qızı
- Bakı şəhər Binəqədi rayonu 83 nömrəli
məktəb-liseyin IX sinif şagirdi 4. Muxtarova Günay İmanverdi qızı -
Azərbaycan Dövlət Dəmiryolu Liseyinin XI sinif şagirdi 5. İlyasov Ayaz Adgözəl oğlu -
Siyəzən şəhər Ş.İsmayılov adına
3 nömrəli orta məktəbinin X sinif şagirdi 6. Hacıbabazadə Nərmin Əhmədiyyə
qızı - Oğuz rayon Xaçmaz kənd Z.Abışov adına
əsas məktəbinin IX sinif şagirdi 7. Əmiraslanova Tahirə Hüseyn qızı
- Gəncə şəhəri 25 nömrəli orta
məktəbinin IX sinif şagirdi 8. Nəsirova Təranə Şakir qızı
- Füzuli rayonu M.Əsədov adına Əhmədbəyli
kənd orta məktəbinin XI sinif şagirdi
9. Vəliyeva
Tacmahal Qnyaz qızı -
Yevlax şəhər 4 nömrəli orta məktəbinin X
sinif şagirdi. 10. Həsənova Şahnaz Vilayət qızı
- Şəmkir rayon Düyərli kənd 1 nömrəli
orta məktəbinin VIII sinif şagirdi. IV
yer 1. Rəhimli Sevda Şahmurad qızı -
Neftçala rayon Aşağı Surra kənd orta
məktəbinin IX sinif şagirdi 2. Məmmədova Gülay Ağagül qızı
- Ağsu şəhər 3 nömrəli orta məktəbinin
XI sinif şagirdi 3. Xəlilzadə Arzu
Arif qızı - Qusar şəhər 1
nömrəli orta məktəbinin XI sinif şagirdi 4. Mehdiyeva Aygün Ərəstun qızı -
Bakı şəhər "Zəngi" liseyinin X sinif
şagirdi 5. Həsənova Pərvanə Saday qızı
- Xızı rayon Rafiq İsmayılov adına orta
məktəbinin XI sinif
şagirdi 6. Həsənzadə Nigar Ağa qızı
- Qubadlı rayon B.Hüseynov adına Dəmirçilər
kənd orta məktəbinin XI sinif şagirdi 7. Eyubova Səbinə Ərəstun qızı
- Qazax rayon S.çobanov adına Ağköynək kənd orta
məktəbinin XI sinif şagirdi 8. Cəfərova Nuranə Aqil qızı -
Ağdam rayon 27 nömrəli orta məktəbinin X sinif şagirdi
9. İsmayılzadə Aygün
Sədrəddin qızı - Lənkəran şəhər
7 nömrəli orta məktəbinin XI sinif şagirdi 10. Xanalıyeva Azadə Hüseyn qızı -
Saatlı rayon S.Vurğun adına 1 nömrəli orta
məktəbinin X sinif şagirdi 11. Salamova Gülgəz Natiq qızı - Şəki
şəhər 10 nömrəli orta məktəbinin XI sinif
şagirdi 12. İsgəndərli Rauf Eldar oğlu -
Şuşa şəhər 19 nömrəli orta
məktəbinin IX sinif şagirdi
|