|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Azərbaycan
xalqı ötən əsrlərin bütün ağır sınaqları
içində dilini, dinini, mənəviyyatını saf bir
şəkildə qoruduğu kimi, milli bayramlarını, o
cümlədən Novruz bayramını da qoruyub saxlamış,
hər gəlişini çox böyük arzularla gözlədiyi bu
bayramı tarix boyu həmişə əziz tutaraq, onu
dərin ehtiram və məhəbbətlə qeyd etmişdir.
Onun milli bayram kimi bu gün dövlət səviyyəsində keçirilməsi
isə Azərbaycanımızın müstəqilliyinin
bəhrələrindən biridir. Azərbaycan
xalqının sonsuz sevinclə qarşıladığı
Bahar bayramını dünyanın hər bir guşəsində
yaşayan bütün soydaşlarımız böyük
təntənə ilə qeyd edirlər. Qoy milli
həmrəyliyin rəmzinə çevrilən bu bayram
həmvətənlərimizi azərbaycançılıq
məfkurəsi ətrafında daha sıx birləşdirsin.
Bu gün ölkəmizin hüdudlarından uzaqlarda olan soydaşlarımızın
hər birini hərarətlə salamlayır, onlara ən
səmimi bayram təbriklərimi yetirir, neçə belə
bayramlara çatasınız deyirəm. Heydər ƏLİYEV |
"TƏHSİLƏ QOYULAN VƏSAİT öLKƏMİZİN GƏLƏCƏYİNƏ QOYULAN VƏSAİTDİR" İndi
biz faktiki olaraq, Azərbaycanda bütün məktəb
infrastrukturunu yeniləşdiririk. İndiyədək
800-ə yaxın məktəbin tikilməsi və
gələcək illərdə yüzlərlə
məktəbin tikintisi - bu, məktəb sahəsinin
maddi-texniki bazasının yeniləşdirilməsini,
təhsilin keyfiyyətini də, avadanlıqla təchizatı
da təmin edir. Eyni zamanda, hesab edirəm ki, indi vaxt
gəlib ki, biz mövcud məktəblərin təmirinə
də daha çox vəsait ayıraq. çünki buna da böyük
ehtiyac var, xüsusilə, Bakı şəhərində.
Yəqin ki, bu il, gələn il Bakı şəhərində
yerləşən bütün məktəblərin istilik
təchizatı problemləri həll olunmalıdır. Bu,
həll ediləcəkdir. Ondan sonra bütün başqa şəhər
və rayonlarda da biz bunu həll etməliyik və mövcud
məktəbləri də çox gözəl
səviyyəyə gətirib çıxarmalıyıq. Bu sahədə vəsaitə qənaət
etməməliyik. çünki təhsilə qoyulan vəsait ölkəmizin
gələcəyinə qoyulan vəsaitdir. Bütün inkişaf
etmiş ölkələrin uğurlarının
səbəbi də məhz ziyalı
təbəqəsidir, elmi-texniki tərəqqidir, texnoloji
yeniliklərdir. Biz də bu yolu seçmişik. İstəyirik
ki, bizim insanlarımız, gənc nəsil bilikli, savadlı
olsun və ölkəmizin inkişafında çox böyük rol
oynasınlar. Prezident İlham Əliyevin
sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin ilin
birinci rübünün yekunlarına həsr edilmiş iclasındakı
nitqindən. |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik Hörmətli
həmvətənlər! Sizi
xalqımızın sevimli Novruz bayramı münasibətilə
ürəkdən təbrik edir, hamınıza cansağlığı,
səadət və bütün işlərinizdə uğurlar
diləyirəm. Təbiətin əbədi qanunları və kainatın dəyişməz nizamı ilə əlaqədar olan Novruz bayramı gecə ilə gündüzün bərabərləşdiyini xəbər verən ilk bahar günü yurdumuza qədəm qoyur. Qədim əcdadlarımızın bizə misilsiz yadigarı kimi Yaz bayramının gəlişi Odlar diyarında yüzillərdən bəri xüsusi mərasimlərlə qarşılanır, təntənəli el şənlikləri ilə müşayiət olunur. Milli varlığımızı və ulu babalarımızın mənəvi aləminin zənginliyini ən incə çalarlarınadək nümayiş etdirən bu el bayramı əsrlərin sınağından çıxmış gözəl adət-ənənələri ilə bu gün də çox sevilir, uca tutulur və layiqincə qorunub yaşadılır. Onun hazırda respublikamızın hər bir guşəsində böyük ruh yüksəkliyi ilə rəsmi səviyyədə geniş qeyd olunması dövlət müstəqilliyimizin verdiyi bəhrələrdəndir. Novruz bayramı, sözün əsl mənasında, ümumxalq bayramı mahiyyəti qazanmışdır. |
Heydər
Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva martın
18-də Bakının Əzizbəyov rayonunda olmuşdur. Heydər Əliyev Fondunun prezidenti Mehriban
Əliyeva daha sonra 3 nömrəli uşaq evinin Buzovnadakı
yay düşərgəsinin vəziyyəti ilə tanış
oldu. Uşaq evinin direktoru Zöhrə Hüseynova
bildirdi ki, 1988-ci ildən uşaq evinin balansına verilmiş
yay düşərgəsinin binası hazırda yararsız
vəziyyətdədir. Mehriban xanım burada görülməli olan işlərlə maraqlandı. |
Təhsil
Nazirliyinin kollegiyasında Sınaq
imtahanlarını keçirməkdə məqsəd orta ümumtəhsil
məktəblərində təhsilin keyfiyyətini artırmaq,
məktəbin və müəllimin nüfuzunu yüksəltməkdir Martın
15-də Təhsil Nazirliyində 24 fevral 2008-ci il
tarixində mərkəzləşdirilmiş qaydada keçirilən
ikinci yoxlama imtahanının nəticələrinə dair
kollegiya iclası keçirildi. İclasda kollegiya üzvləri
ilə yanaşı, Təhsil Nazirliyinin şöbə müdirləri
və struktur bölmələri rəhbərləri, Bakı
Şəhəri üzrə Təhsil İdarəsinin
məsul işçiləri, sınaq imtahanları keçirilən
məktəblərin direktorları və imtahan
rəhbərləri, respublikanın şəhər və
rayon təhsil şöbələrinin müdirləri iştirak
edirdilər. Təhsil naziri Misir Mərdanov kollegiya iclasını açaraq müzakirə olunan məsələ haqqında məlumat verdi. |
"Kiçik Akademiya"nın üzvləri elmi işlərini təqdim etdilər Martın
17-də T.İsmayılov adına "İntellekt"
məktəb-liseyində fəaliyyət göstərən
"Kiçik Akademiya" üzvlərinin elmi işlərinin
təqdimat mərasimi keçirildi. Tədbirdə Azərbaycan
Respublikasının təhsil naziri Misir Mərdanov,
rabitə və informasiya texnologiyaları naziri Əli
Abbasov, Səbail Rayon İcra Hakimiyyətinin başçısı
Sahib Ələkbərov, eləcə də ayrı-ayrı
ictimai qurumların, təhsil ictimaiyyətinin, Bakı
Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri
və qabaqcıl ümumtəhsil məktəblərinin
rəhbərləri iştirak edirdilər. Mərasimdə "İntellekt" məktəb-liseyinin direktoru Ceyran Kuliyeva 2007-2008-ci tədris ilinin əvvəllərində yaradılmış "Kiçik Akademiya"nın fəaliyyəti və qarşıya qoyulmuş vəzifələr haqqında məlumat verdi. |
Əziz
həmvətənlər! Hörmətli təhsil işçiləri! Sizi, sizin şəxsinizdə bütün xalqımızı
qarşıdan gələn Novruz bayramı münasibəti ilə
ürəkdən təbrik edirəm. Sevindirici haldır ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin bilavasitə rəhbərliyi altında ölkəmizdə başlanılmış geniş quruculuq işləri, cəmiyyət həyatının bütün sahələrində həyata keçirilən islahatlar, atılan inkişaf yönümlü addımlar bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. |
Bakıda
"Tempus günü" mövzusunda konfrans Martın
18-də Təhsil Nazirliyi Avropa Komissiyasının
Təhsil və Mədəniyyət üzrə Baş
direktorluğu ilə birlikdə Bakı Dövlət
Universitetində (BDU) Tempus Proqramının 10 illiyi münasibətilə
"Tempus günü" mövzusunda konfrans keçirmişdir. Ayrı-ayrı qurumların, o cümlədən ali təhsil müəssisələri nümayəndələrinin iştirak etdikləri tədbirdə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov və təhsil nazirinin müavini Elmar Qasımov ölkə Prezidenti İlham Əliyevin Azərbaycanda təhsilin inkişafına daim böyük əhəmiyyət verdiyini vurğulamışlar. |
Martın 18-də Təhsil Nazirliyində
"İlin ən yaxşı müəllimi" və
"İlin ən yaxşı ümumtəhsil
məktəbi" müsabiqəsinin keçirilməsi üzrə
yaradılmış Təşkilat Komitəsinin növbəti
iclası olub. İclasda təhsil naziri Misir Mərdanov ölkə Prezidenti cənab İlham Əliyevin "Ən yaxşı ümumtəhsil məktəbi müsabiqəsinin keçirilməsi qaydaları və ümumtəhsil məktəblərinə verilmiş mükafatın istifadə istiqamətləri"nin və "Ən yaxşı müəllim müsabiqəsinin keçirilməsi qaydaları"nın təsdiq edilməsi haqqında" fevralın 25-də verdiyi fərmandan irəli gələn vəzifələrdən söz açıb. Hər iki müsabiqə üzrə sənədlərin qəbulunun artıq martıq 15-də başa çatdığını qeyd edən nazir bildirib ki, Təşkilat Komitəsinə "İlin ən yaxşı müəllimi" müsabiqəsi üzrə 400-ə yaxın, "İlin ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsi üzrə isə 124 sənəd daxil olub. |
Azərbaycan təhsil müəssisələrində İKT-dən istifadə təcrübəsi maraq doğurdu Martın
10-dan 15-dək təhsil nazirinin müavini İradə Hüseynova
Moldova Respublikasının Maarif və Gənclər
Nazirliyinin dəvəti ilə "Təhsilin
keyfiyyəti: informasiya və kommunikasiya texnologiyalarının
təhsildə tətbiqinin nəzəri və praktiki
məsələləri" mövzusunda beynəlxalq
konfransda iştirak etmək üçün Moldova Respublikasının
Kişinyov şəhərində səfərdə olmuşdur.
Aşağıda səfər təəssüratları
ilə bağlı yazını oxuculara təqdim edirik. Konfransın beynəlxalq nümayəndə heyəti kifayət qədər geniş idi. |
Dağların bəyaz örtüklü
yal-yamaclarına iz düşüb. çillədən sonra yaz havası
hökmünü göstərir. Elə buna bənd imiş kimi,
həyət, bağçalarda görünənlər də çoxalıb.
Belı şallı, saçı xınalı
nənələr yulğun süpürgələri işə
salırlar. çiyni kürklü babalar çal-çəpərə əl
gəzdirirlər. Qız-gəlinlər xalça-palazı
havaya çıxarırlar. Qolu zorlu, köksü nurlu kişilər
torpağa bel sancırlar. Bağban qayçıları qurumuş
budaqlarda təmizləmə işi görür. Qışın buzu, qarı ilə
dolub tıxaclaşmış arxlarda lillənən sular
axar tapır. Evlərin divarları əhənglənir.
Qapı-pəncərələr silinib təmizlənir.
Saxlanc sandıqlarının qapaqları açıldıqca
evdəki oğul-uşaqların əyin-başı
təzələnir. Neçə vaxtdan bəri asılı
qalmış təzə paltarların tozu alınır.
Beləcə bütün el, oba camaatı əziz günə -
Novruza hazırlaşır. Yeni astronomik ilə keçid dövrü olan Novruza 50
gün hazırlıq görülür. Əvvəllər Novruz 7 gün qeyd olunardı.
Bayram süfrəsi 7 növ nemətlə bəzənərdi. Novruzun gəlişi 4 çərşənbə
ilə qeyd olunur: Su, Od, Yel və Torpaq çərşənbələri. |
O,
bir yaz günü dünyaya
göz açmışdı Xalqımızın
böyük və unudulmaz şairi Səməd Vurğunun anadan
olmasının 102-ci ildönümü münasibətilə onun keçdiyi
ömür yoluna işıq salmaq üçün şairin qızı,
Səməd Vurğun Fondunun prezidenti və S.Vurğun
ev-muzeyinin direktoru, əməkdar mədəniyyət işçisi
Aybəniz Vurğunqızı ilə görüşməyi
qərara aldıq. Gözlərini məchul bir nöqtəyə dikib dərin xəyala daldı. Yəqin ki, uzun illərin arxasından boylanıb qayğısız uşaqlıq illərini, atalı günlərini xatırlayır, olub-keçənləri bir-bir xəyal süzgəcindən keçirirdi, atası haqqında unudulmaz, əziz xatirələrini danışmaq üçün sözə haradan başlayacağını götür-qoy edir, düşünüb daşınırdı. Nura qərq olmuş çöhrəsində kədər qarışıq sevinc sezilirdi. Fikrini cəmləşdirib söhbətə çox uzaqdan, keçmişdən başladı... |