|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Sənədlərin qəbulu başa çatdı Martın 18-də Təhsil Nazirliyində
"İlin ən yaxşı müəllimi" və
"İlin ən yaxşı ümumtəhsil
məktəbi" müsabiqəsinin keçirilməsi üzrə
yaradılmış Təşkilat Komitəsinin növbəti
iclası olub. İclasda təhsil naziri Misir Mərdanov ölkə
Prezidenti cənab İlham Əliyevin "Ən yaxşı
ümumtəhsil məktəbi müsabiqəsinin keçirilməsi
qaydaları və ümumtəhsil məktəblərinə
verilmiş mükafatın istifadə
istiqamətləri"nin və "Ən yaxşı müəllim
müsabiqəsinin keçirilməsi qaydaları"nın
təsdiq edilməsi haqqında" fevralın 25-də
verdiyi fərmandan irəli gələn
vəzifələrdən söz açıb. Hər iki müsabiqə
üzrə sənədlərin qəbulunun artıq martıq
15-də başa çatdığını qeyd edən nazir
bildirib ki, Təşkilat Komitəsinə "İlin
ən yaxşı müəllimi" müsabiqəsi üzrə
400-ə yaxın, "İlin ən yaxşı ümumtəhsil
məktəbi" müsabiqəsi üzrə isə 124
sənəd daxil olub. Sonra nazir ayrı-ayrı zonalar üzrə müəllim
və məktəblərin sayı, qəbul edilən
sənədlər, eləcə də nəzərdə
tutulan kvotalar barədə iştirakçılara ətraflı
məlumat verib. Eyni zamanda Misir Mərdanov "İlin
ən yaxşı müəllimi" müsabiqəsində iştirak
üçün müraciətlər arasında riyaziyyat, Azərbaycan
dili və ədəbiyyat, ibtidai sinif, ingilis dili, tarix,
kimya fənlərini tədris edən müəllimlərin üstünlük
təşkil etdiyini diqqətə çatdırıb. Nazir
bildirib ki, hər iki müsabiqə üzrə təqdim olunan
sənədlər ölkə Prezidentinin fərmanı
ilə təsdiq edilən qaydalara uyğun meyarlarla
qiymətləndirilməlidir. Tədbirdə Misir Mərdanov "İlin
ən yaxşı müəllimi" müsabiqəsi iştirakçılarının
növbəti mərhələyə buraxılmazdan öncə
onların elmi-nəzəri və intellektual
səviyyələrinin müəyyənləşdirilməsi
üçün müvafiq suallar əsasında yaradıcı iş
yazmaları təklifini Təşkilat Komitəsinin müzakirəsinə
təqdim edib. İclasda yaradıcı yazı işinin
aprelin əvvəllərində Bakının bir orta
məktəbində keçirilməsi,
qiymətləndirmənin müvafiq şəxslər
tərəfindən aparılaraq nəticələrin
operativ elan olunması, iştirakçı
məktəblərin IX-XI sinif şagirdlərinin bilik
səviyyəsinin xüsusi testlər vasitəsilə yoxlanılması,
müsabiqələrin gedişi vəziyyətinin müntəzəm
işıqlandırılması, zəruri məlumatların
ictimaiyyətə çatdırılması və digər
məsələlər ətrafında fikir mübadiləsi
edilib. Sonda Təşkilat Komitəsinin növbəti
iclasınadək nəzərdə tutulan tədbirlərin
həyata keçirilməsi üçün konkret təkliflər
verilməsi qərara alınıb. Təhsil Nazirliyinin mətbuat xidməti |